ШәР’и суаллара ҹаваб


Cavab: Eybi var. (Xoşagəlməz haldır) Sual 5



Yüklə 1,08 Mb.
səhifə124/249
tarix04.01.2022
ölçüsü1,08 Mb.
#54587
1   ...   120   121   122   123   124   125   126   127   ...   249
Cavab: Eybi var. (Xoşagəlməz haldır)

Sual 500. Tə’mir etmək məqsədi ilə məscidin üzərində Qur’an ayələri olan yerləri sökməyin nə hökmü vardır? Sökülən halda onların torpağını və artığını hansı yolda istifadə etmək olar?

Cavab: Tə’mir və təzədən tikmək lazım olan surətdə heç bir maneəsi yoxdur. Artıq qalan torpağını bir yerə töksünlər ki, ehtiramsızlıq olmasın, ya axar suya töksünlər və ya dəfn etsinlər və yaxud da əl çatmaz səhralara töksünlər.

Sual 501. Toy mərasimlərinin yalnız yemək məclisini məsciddə, ya Hüseyniyyədə təşkilinin eybi varmı?

Cavab: Ümumi halda məscidə ehtiramsızlıq gətirən hər bir iş haramdır. Bunun üçün təkcə kəbin və məhrəm siyğəsini oxumaq üçün məclis təşkil olunsa bir maneəsi yoxdur. Amma bu gün məşhur olan toy və nişan mərasimlərini məsciddə keçirmək caiz deyil.

Sual 502. Bir şəxs öz mülkündə məscid tikmişdir. Məscid binasının xərclərinin də çoxunu özü vermişdir və ona başçılıq etməyi öz üzərinə götürmüşdür. Onun nəzərinə görə səlahiyyəti olmayan bir şəxs ondan icazəsiz o məsciddə namaza imamlıq edir. Bu İmamın və ona iqtida edənlərin nə hökmü vardır, məscidi vəqf edən və başçılıq edən şəxs onu camaat namazına İmamlıq etməkdən çəkindirib, başqasını tə’yin edə bilərmi?

Cavab: Mə’mumlar İmam-camaatı adil bilsələr və ona iqtida etsələr namazları səhihdir. Məsciddə İmamlıq etməyə və namaz qılmağa görə icazəyə ehtiyac yoxdur. Heç kimin məsciddə namaz qılmağın qarşısını almağa haqqı yoxdur. İstər İmam-camaat olsun, istər qeyri İmam-camaat.

Sual 503. Üzərində göyərçin, tovuz quşunun və bu kimi heyvanların heykəlləri olan ələmi məsciddə qoymağın nə hökmü vardır. Bu ələmi satmağın və onun qarşısında namaz qılmağın hökmü nədir?

Cavab: Heykəlləri alıb-satma və saxlamaq məkruhdur. Heykəl və şəkil olan yerdə namaz qılmaq da məkruhdur.

Sual 504. İslam hökuməti qanunlarına uyğun olaraq, məscid kimi ümumi yerlər də su və işıq pulunu ödəməlidir. Su məsələsi xüsusi şirkətin olduğu üçün imkanı olmayan məscidlər su pulunu ödəməkdə çətinlik çəkirlər. Xahiş edirik buyurun:

1) İslam dövlətinin qanunlarının xilafına əməl etmək düzgündürmü?

2) Tam və ya müəyyən ölçüdə imkanı olmayan məscidlərdə məscidin suyundan istifadə edən şəxslərin hökmü nədir. İstifadə etdikləri ölçüdə məscidə kömək etmələri lazımdırmı?

3) Bə’zi şəxslər su və bu kimi vergiləri ödəsələr başqalarının boynundan götürülərmi?



Cavab: 1) İslam respublikasının qanunlarının xilafına əməl etmək düzgün deyil. 2) Qeyd olunan halda məscid suyu ilə dəstəmaz alan şəxslər gərək niyyət etsinlər ki, istifadə etdikləri miqdarda suyun pulunu versinlər. Əgər bilsələr ki, heç kəs su pulunu ödəməyib və özlərinin də su pulu ödəmək niyyəti olmasa, onların dəstəmazı səhih deyildir. 3) Bəli, başqalarının öhdəsindən götürülür.

Sual 505. Bə’zən camaat namazında iqtida edənlər Qur’anı öz yanlarında qoyurlar və bu da qabaq sırada duranların arxasında qalır. Bu iş haramdırmı və namazın düzgünlüyünə zərər gətirirmi?

Cavab: Təkcə Qur’anı arxada qoymaq haram deyil. Bəli, ehtiramsızlıq olsa caiz deyil və hər surətdə namaz batil olmur.

Sual 506. Məscid və Hüseyniyyədə təşkil olunan dini bayramlarda və İmamların (ə) mövlud günlərində əl çalmaq caizdirmi?

Cavab: Əl çalmağın öz-özlüyündə eybi yoxdur. Amma möminlərə lazımdır ki, bu işi məscid, Hüseyniyyə və müqəddəs yerlərdə etməsinlər. Həmçinin müqəddəs İmamların mövlud günlərində əl çalmaq hörmətsizliyə səbəb olar, ondan çəkinmək lazımdır. Möminlər müsəlmanların həmişəki şüarları olan salavatdan istifadə etsinlər.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin