ШәР’и суаллара ҹаваб


Dəstəmaz üzvlərində olan yara



Yüklə 1,08 Mb.
səhifə46/249
tarix04.01.2022
ölçüsü1,08 Mb.
#54587
1   ...   42   43   44   45   46   47   48   49   ...   249

Dəstəmaz üzvlərində olan yara


Sual 185: Əgər dəstəmaz üzvlərinin birində suyun zərər etməyəcəyi, qanı dayanmayan bir yara olarsa, dəstəmaz almaq üçün nə etməlidir?

Cavab: Bu sualda qeyd olunan yara yerini kürr suda, ya da kranın altında saxlayıb əl sürtmək lazımdır ki, qan yuyulsun. Əli onun üstünə sıxmaq lazımdır ki, qanın çıxmasının qarşısı alınsın. Fasiləsiz dəstəmaz niyyəti ilə suyu həmin yerə axıtmaq lazımdır. Ondan sonra üzvün qalan hissəsini dəstəmaz üçün yusun.

Xəstənin və bir bədən əzası kəsilən şəxsin dəstəmazı


Sual 186: Bir nəfər elə bir xəstəliyə düçar olub ki, düz bağırsağın çıxacağı tutulub. (Qəbz olub) Bağırsağı qarından çıxarıb bir kisəyə birləşdiriblər. Namaz üçün dəstəmaz alanda nə etməlidir?

Cavab: Əgər nəcis və sidik fasiləsiz olaraq xaric olursa və dəstəmazla namazın heç bir hissəsini qıla bilmirsə, namazları bir dəstəmazla qıla bilər.

Sual 187: Bir nəfərin əli dirsəkdən yuxarı kəsilibsə, sağ ayağı məsh etməlidirmi?

Cavab: Verilən sualın şərtinə əsasən sol əllə sağ ayağı əvvəl, sonra sol ayağı məsh etməlidir.

Sual 188: Əli və ayağı olmayan, ya bir əli və bir ayağı olmayan necə dəstəmaz alsın?

Cavab: Əgər hər iki əli dirsəkdən yuxarı kəsilibsə bacardığı halda dəstəmaz almaq üçün üzünü yusun. Məsələn üzünü suya salsın dəstəmaz niyyəti ilə tərtiblə, yə’ni yuxarıdan aşağı sudan çıxarmaqla yusun. Ya da kranın altında saxlasın. Başı və ayaqları məsh etmək üçün köməkçi tutsun ki, onun üzünün nəmi ilə onun başını və ayaqlarını məsh etsin. Əgər üzünü suya sala bilmirsə, məsələn köməkçi aftafa olan su ilə onun üzünü yusun və başını və ayaqlarını məsh etsin. Dirsəkdən aşağı bir hissə qalıbsa onu özü dəstəmaz niyyəti ilə yusun və həmin hissə ilə başını və ayaqlarını məsh etsin. Ehtiyat budur ki, dəstəmazdan əlavə təyəmmüm də etsin. Belə ki, alnını yerə özü məsh etsin. Köməkçi də öz əllərini yerə vurub onun alnını məsh etməlidir. Əgər iki ayağı topuqdan yoxdursa, bu təklif ondan götürülmüşdür. Əgər ayağın üstündən bir hissə qalıbsa onu məsh etməlidir. Əgər bir əli dirsəkdən yuxarı yoxdursa, o əli yumaq onun öhdəsindən götürülüb.

O biri əli qabaqda deyilən qaydada dəstəmaz üçün yumalı və həmin əllə başı və ayaqları məsh etməlidir. Əgər dirsəkdən aşağı bir miqdar qalıbsa, dirsəyə qədər qalan hissəni və digər əli də dəstəmaz niyyəti ilə yusun yusun. Məsh üçün sağ əl naqisdirsə həmin qalan hissə ilə başı və sağ ayağı məsh etsin. Sol əllə də sol ayağı məsh etsin. Əgər bir ayaqda məsh olunan yerin bir hissəsi qalıbsa, həmin hissəni məsh etsin. Qalmadığı halda məsh etmək lazım deyil. Yalnız o biri ayağı məsh etsin.



Sual 189: Əgər bir xəstənin damarına sistem köçürülmək üçün xüsusi iynə bağlanıbsa üç növ təharəti (qusl, təyəmmüm, dəstəmaz) necə yerinə yetirməlidir?

Cavab: Verilən suala əsasən belə xəstənin vəzifəsi cəbirə hökmündədir. Lazımdır ki, cəbirə dəstəmazı və cəbirə quslu alınsın.1

Sual 190: Yuxarıda qeyd olunan əksər hallarda, plastik boruların içində və onların xarici hissəsində qan toplanır. Qanın olmasının namaz üçün bir maneəsi varmı?

Cavab: Əgər çətinliyi yoxdursa borunu dəyişin, yaxud da boşaldıb təmizləyin. Əks təqdirdə həmin vəziyyətdə namaz qılsa düzgündür

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin