11-hecalı şeir. 6-5 və 4-4-3 bölgülərində olur. 6-5 bölgülü 11 hecalı şeir ölçüsü müəllif ədəbiyyatında heca vəzninin ən geniş yayılmış şeir ölçüsüdür. Bu da təsadüfi deyil. Belə ki, bu şeir ölçüsü həddən artıq diləya-tımlı, xüsusi, gözəl avaza malikdir. Eyni zamanda, bu şeir ölçüsündə misranın və bölgülərin uzunluğu fikri ifadə etməyə, müxtəlif uzunluqlu sözlərdən istifadə etməyə imkan verir. 6-5 bölgülü variantda sözlər bölgülərdə par-çalandığı halda deyiliş xeyli çətinləşdiyindən və avaz pozulduğundan buna yol verilmir.
6-5 bölgülü şeirdə 5-lik bölgü 5-hecalı şeirin xüsusiy-yətlərini daşıyır. 6-lıq bölgünün isə öz daxilində bölgülən-mə xüsusiyyəti belədir: bu bölgü 2-hecalı (və ya iki dənə birhecalı) sözlə başlayanda və ondan sonra 1-hecalı söz gəlməyəndə 2-2-2 (və ya 2-4) bölgüsü hiss olunur. Bu bölgü 4-hecalı sözlə başlayanda da 2-2-2 (və ya 4-2) bölgüsü hiss olunur. Qalan bütün hallarda (3-hecalı sözlə başlayanda; 1-hecalı sözlə başlayanda və ondan sonra 1-hecalı söz gəlməyəndə; 6-hecalı bütöv sözdən ibarət olduqda və s.) 3-3 bölgülənməsi hiss olunur. Bu hallarda sözlər 3-lüklər arasında parçalana bilər. Misal:
...(Bu dil/2 şirin/2likdə/2)6 şərbət kimidir/5,
(Saflığı/3 qorunan/3)6 şərhəd kimidir/5,
(Anamız/3 vətən də/3)6 qürbət kimidir/5
(Öz ana/3 dilini/3)6 bilməyənlərə/5.
(Beyninə/3 girmədi/3)6 ana öyüdü/5,
(Əsilsiz/3 yaşayıb/3)6 o, küt böyüdü/5.
(Görüm/2 haram/2 olsun/2)6 ananın südü/5
(Öz ana/3 dilini/3)6 bilməyənlərə/5.
(Bu gün/2 azad/2 dilli/2)6 Azərbaycanam/5,
(O taylı/3, bu taylı/3)6 vahid bir canam/5.
(Baxır/2 ögey/2 kimi/2)6 ağbirçək anam/5
(Öz ana/3 dilini/3)6 bilməyənlərə/5.
T.Bayram
4-4-3 bölgülü variantdan 6-5 bölgülü varianta nisbə-tən az istifadə olunur. Çünki, burada bölgülər daha çox və qısa olduğundan daha çox məhdudiyyət yaranır. Lakin 4-4-3 bölgüsü 6-5 bölgüsünə nisbətən daha ritmikdir. Çünki burada ardıcıl iki dördlük, sonda isə ondan bir heca qısa bölgünün (üçlüyün) gəlməsi ritmik təsir bağışlayır. Təsa-düfi deyil ki, ritm üstündə deyilən klassik meyxanalar məhz bu ölçüdə deyilir.
4-4-3 bölgülü şeirlərdə deyilişin normal alındığı xü-susi hallarda sözlər bölgülərdə parçalana bilər. Əski nü-munələrdəki bütöv sözlü 7-4 bölgülü misralarda da əslin-də 4-4-3 bölgüsü hiss olunur (bax, səh.-111).
Misallar:
Bircə bizim/4 haqqımız var/4 dünyada/3
Faş eləyək/4 bu ayrılıq/4 dərdini/3.
Yurd bölünüb/4, torpaq gedib/4, el gedib/3,
İtirmişik/4 Vətənin sər/4/həddini/3.
M.Yaqub
Söyüddü zatınız/6, billəm, mollalar/5,
Uca boy verərsiz/6, barınız olmaz/5,
Dildən dost olarsız/6, könüldən əyri/5,
Doğru-dürüst/4 etibarı/4/nız olmaz/3...
Aşıq Ələsgər
Aşağıdakı misalda sözlərin bölgülərdə parçalanması daha çox baş vermişdir:
Neçə padşah/4/lar gəldi sa/4/ibi-cəng/3,
Cəmşidü Cəm/4, Nuşirəva/4/ni Hüşəng/3.
Dağyanus, Hülakü/6, Çingiz, Teymurləng/5,
Onlardan bircəsi/6 bu zaman hanı/5?
Aşıq Valeh
Ədəbiyyat nəzəriyyəsində sözlərin bölgülərdə parça-lanması heca vəzni üçün ümumiyyətlə inkar edildiyindən belə parçalanmaların baş verdiyi nümunələr yanlış olaraq 11-hecalı şeirin başqa bölgülənmə variantlarına (4-3-4, 3-4-4, 5-6, 7-4 və s.) aid edilir.
Yuxarıdakı misallardan göründüyü kimi 11-hecalı şeirdə misraların bölgülərinin biri-birindən fərqlənməsi hallarına rast gəlinir. Bu hal əsasən şifahi ədəbiyyat, bəzən də yazılı ədəbiyyat nümunələrində baş verir. Daha bir misal:
Ələsgərəm, hər elmdən halıyam, (4-4-3)
Dedim “sən təbibsən, mən yaralıyam” (6-5)
Aşıq Ələsgər
Dostları ilə paylaş: |