Şirvani Ədilli


Azərbaycan ədəbiyyatında işlənən şeir formaları: vəznlər və şəkillər



Yüklə 0,73 Mb.
səhifə8/55
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108611
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
Azərbaycan ədəbiyyatında işlənən şeir formaları: vəznlər və şəkillər
Şeirin forması onun vəznişəkli ilə xarakterizə olunur. Vəzn əsasən şeir misralarının bölgülənmə qay-dasını, uzunluğunu (misrada olan hecaların sayını) və metro-ritmk quruluşunu müəyyən edir. Şeirin şəkli isə misraların qafiyələnmə qaydasını, misraların uzunluqları-nı və şeirin bəndlərə ayrılma qaydalarını müəyyən edir.

Ümumilikdə bütün dünya xalqlarının şeirində 3 növ vəzn fərqləndirilir:



- Sillabik vəzn – misralarda heca saylarının bəra-bərliyinə əsaslanan vəznə deyilir. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmiş və bir çoxlarında bu gün də işlənməkdədir.

- Tonik vəzn – şeir misralarında vurğulu (daha yük-sək tonlu) hecaların müəyyən qayda ilə düzülüşünə əsaslanan vəzndir. Rus, fransız və b. xalqların şeirində istifadə olunur. Məlumdur ki, türk dilində vurğulu açıq he-calarda belə sait uzanmır, həmçinin şəkilçi qəbul etməmiş sözlərdə həmişə, şəkilçi qəbul etmiş sözlərdə isə əksərən vurğu sonuncu hecaya düşdür. Ona görə də bu dildə vur-ğu böyük əhəmiyyət kəsb etmir. Vurğu böyük əhəmiyyət kəsb etmədiyindən tonik vəzn türk dilinə xas deyil.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin