Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə57/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   53   54   55   56   57   58   59   60   ...   218
İMANIN LÜĞƏTİ MƏNASI
Yuxarıda qeyd etdiyimiz kimi Əhli Sünnəyə müxalif olanlar qeyd edirlər ki, imanın lüğəti mənası tək təsdiqdir. Təsdiq və iman sinonim sözlərdir. Aralarında heç bir fərq yoxdur. Əhli Sünnə alimləri isə qeyd edirlər ki, imanın mənası təsdiqdir. Lakin təsdiqlə yanaşı başqa mənaları da vardır. İman sözü iki şeyi əhatə edir deyənlərin dəlillərindən birincisi İştiqaq alınmaq deməkdir. Sözün kökü - iman sözü Əmin sözündən alınmışdır. Əmənə, Əminu, Yuminu, İmənən sözünün məsdəridir. Qorxunun ziddidir. «Allah onları qorxudan əmin etdi» (Qureyş 4). İmana tək təsdiq mənasını vermək düzgün deyildir. Təsdiqlə yanaşı başqa bir şey, söz (məna da) vardır ki, bu da əmin olmaqdır. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İman sözü əmin olmaqdır». «İndi biz doğru danışsaq da sən bizə iman etməyəcəksən». (Yusif 17). Yəqub – əleyhissəlam – onların sözlərinə əmin deyildir. Yəni sən bizim xəbərmizə arxayın deyilsən, etibar etmirsən biz sadiq olsaq da belə. Onlar Yəqub – əleyhissəlam – ın yanında etibarlı deyildirlər.

İman sözü iki şeyi əhatə edir deyənlərin dəlillərindən ikincisi isə İstiməl sözünün işlənməsi, dilçilərin, ərəb dilində güclü olan alimlər imana elə bir təfsir vermişlər ki, özündə həm təsdiqi, həm də əmin olmağı əhatə edir. Tək təsdiqlə kifayətlənməmişlər.



Dilçilər də bu fikirdədirlər ki, iman sözü həm təsdiqi, həm də əmin olmağı əhatə edir. «Lisanul Ərəb» kitabını yazan İbn Mənzur – rahmətullahi aleyhi – deyir ki, iman Siqadır (arxayın olmaq, inanmaq) deməkdir. Siqa ərəb dilində əmin olmaq, arxayın olmaq mənasını verir. Sən bir şəxsə heç vaxt arxayın olmazsan əgər onu təsdiq etməsən. Bəzən görürsən ki, insan təsdiq edir, lakin ona arxayın olmur. Siqa sözü isə arxayınçılıqdır. Əgər təsdiq edəndən sonra əmin olarsa bu iman olur. Əgər insan xəbəri eşidib təsdiq edərsə, xəbər verən insana arxayın olarsa, xəbərin tələb etdiyini yerinə yetirərsə bu imandır. Əgər xəbəri təsdiq edib, sonra xəbər verənə qarşı düşmənçilik edərsə bu iman sayılmaz. Bunlara Musaddiqlər yalnız təsdiq edənlər deyilir.

Ümumən bunların dəlillərinin xülasəsi odur ki, iman məsələsində insan xəbər verənə arxayın olmalıdır, xəbərinə inanmalıdır və özünün də doğru olduğuna etiqad etməlidir. Buna görə də imanın təfsirinə münasib ləfz gətirmək üçün buna dəlillər gətirmək lazımdır ki, daha da güclənsin. Buna da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmisi Əbu Talibi misal göstərmək olar. Çünki o, Peyğəmbəri – sallallahu aleyhi və səllə - təsdiq edirdi. Elə bir təsdiq ki, onda heç bir şəkk yox idi. Şair deyir ki, artıq onlar bildilər ki, bizim oğlumuz bizim yanımızda təqzib olunmazdır. Buna görə də batil sözlərə məhəl qoyulmaz. Onlar bilmirlər ki, biz Muhəmmədi Musa – əleyhissəlam – kimi tapdıq (Peyğəmbər kimi). Hansı ki, bu da əvvəlki kitablarda yazılmışdır. Bununla da belə ona mömin deyilməz. Çünki onun qəlbi İslamla rahatlıq tapmadı. İslama boyun əymədi. Səid b. Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər - sallallahu aleyhi və səlləm – onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var idi. Peyğəmbər - sallallahu aleyhi və səlləmm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə də: «Ya Əbu Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm – sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət Əbu Talibin onlara söylədiyi son söz: «AbudulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən çəkindi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). «(Ya Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim»609. Əgər iman tək təsdiq olsa, onda onların sözlərindən belə çıxır ki, Əbu Talib mömindir. Buna görə də onlar bu sözləri ilə xətaya düşürlər. İmanın həm lüğəti, həm də istilahi (şərri) mənasını tək təsdiqdir dediklərinə görə. Əbu Talib Musaddiq tək təsdiq edən idi. Qureyşlilərin əksəriyyətinin halı da belə idi. «Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi Peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o, zalimlər (müşriklər) Allahın ayələrini inadla inkar edirlər» (əl-Ənam 33). Həmçinin Yəhudilərin halı da belə idi. «Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir». (əl-Bəqərə 146). Təkcə təsdiq etmək onların mömin olması demək deyildir.

Səhih iman düzgün iman sahibinə əmanəti qorumağa yönəldir və xəyanətdən çəkindirir. Hətta insanlar onun barəsində əmin olurlar. Ən qiymətli şeylərində belə o, insana əmin olurlar. Qiymətli şeylər də qanları və mallarıdır. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömin o, şəxsdir ki, başqa insanlar ondan əmindirlər. Canlarında və mallarında»610. Kamil imanın tələb etdiyi şeylərdəndir ki, həmçinin də imanın səmərələrindəndir ki, mömin tərəfindən insanlara qarşı heç bir pislik, əziyyət verilməz. Bu kimi şeylərdə həddi aşmaq əmin-amanlığa xələl gətirir. Bu da imanın kamilliyinə xələl gətirir. Kamil iman isə sahibini həddi aşmaqdan insanlara qarşı təcavüz etməkdən onların mallarına, canlarına və malik olduqları şeylərə qarşı təcavüz etməkdən çəkindirir. İnsanın imanı nə qədər artarsa bir o, qədər də insanda o, sifət: «Nədir o, sifət? – Başqa insanların ondan əmin, arxayın olmaları!» yaranar. İnsanın imanı artdıqca mömindən başqalarına əziyyət toxunmur. Buna görə də iman əhlinin söylədiyi şüar «Əssələmu Aleykum» - dur. Deməli insanın söylədiyi ilk söz və eşidənin də eşitdiyi ilk söz salamatçılıqdır. O, salam söyləyən insan söylədiyinə qarşı heç bir şər və pis niyyət daşımır. Həmçinin xəyanət və məkrdə. Sənə salamtçılıqla dua edən və sənə bu salamı verən sənə qarşı heç həddi aşarmı. Yəni məndən sizə qarşı heç bir xələl gəlməz. İman tam bir əmin-amanlığın olmasını tələb edir. Mömin tərəfindən qardaşına və bütün insanlara qarşı. Çünki o, mömindir imanı qəlbində kamilləşib. Artıq imanın şöbələri də kamilləşib. Əgər belə bir xislətlər bir kimsədə hasil olarsa insanlara qarşı həddi aşmaq, oğurluq, mallarına təcavüz etmək imanın zəifləməsini göstərir. Belə bir kimsə kamil mömin deyildir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – kamil mömini vəsf edərək buyurdu ki: «Mömin o, şəxsdir ki, başqa insanlar ondan əmindirlər».



İmanın mənalarından biri də Təsdiq - etmək deməkdir. Təqzibin, yalanın ziddidir. Rəbb olaraq Allaha iman etdim. «Biz Allaha iman etdik deyin» (əl-Bəqərə 136). «İndi biz doğru danışsaq da sən bizə iman (yəni təsdiq) etməyəcəksən. (Yusif 17). «Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?». (əş-Şuəra 111). «Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?». (əl-Muminun 47). İman qəti olaraq təsdiqdir. Tam bir etirafdır. Allah və Rəsulunun əmr etdiyi hər bir şeyi qəti olaraq təsdiq etmək, tam bir şəkildə etiraf etmək və ona zahirən və batinən də boyun əyməkdir (buna İnqiyad deyilir). Allahın əmr etdiyi hər bir şey itaətdir. İman nədir? İtaətdir, itaətdə əmrə müvafiq olmaqdır. Əgər əməl əmrə müvafiqdirsə o, itaət sayılır. Əgər əməl əmrə müvafiq deyilsə itaət sayılmır. Buna görə də Allah və Rəsulunun əmr etdiyi hər bir şey itaətdir və itaətdə imandır. Hamısı da din sayılır. Təsdiqdən sonra insan zahirən də, batinən də boyun əyməlidir. İnqiyad batinən də insanın qəbul etməsidir. Etiqad etmək və bundan doğan əməllərə, qəlbi əməllərə etiqad etməkdir. Zahiri əməllərə boyun əymək, dil və əzalarla əməlləri yerinə yetirməkdir. İman qəlbin təsdiqi və qəlbin etiqadıdır. Elə bir etiqad ki, həm qəlb əməllərini həm də bədən əməllərini özündə əhatə edib. Bu da bütün dini yerinə yetirməyi əhatə edir. Burada olan etiqad ya əməlləri özündə əhatə edir, ya da bu əməlləri tələb edir. Bununla da kamil iman qəsd olunur. Elə bir etiqad ki, həm qəlb həm də bədən əməllərini tələb edir. Kamil imanda artıq bütün əməllərə riayət olunur. Çünki kamil iman bütün zahiri və batini ibadətləri, əməlləri əhatə edir. Çünki sən etiqad etdikdə artıq bu etiqad səndən bu əməlləri tələb edir. İmanın əsası da imanın kamilliyini tələb edir. Bu da zahiri və batini əməlləri tələb edir.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin