Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


İSLAMIN ƏSASLARINI TƏRK EDƏNİN HÖKMÜ



Yüklə 5,74 Mb.
səhifə78/218
tarix03.01.2022
ölçüsü5,74 Mb.
#42635
1   ...   74   75   76   77   78   79   80   81   ...   218
İSLAMIN ƏSASLARINI TƏRK EDƏNİN HÖKMÜ
Bu məsələyə toxunmağımızda məqsədimiz qarşıda sadaladığımız rəylərdən birini alaraq zəlalətə düşən kimsələr barəsindədir. Onlar qeyd edirlər ki, kim onların bu rəyləri ilə razılaşmazsa o, bidət əhlidir. Onları dəstəkləməyəni isə Əhli sünnədən kənarlaşdırırlar. Alimlər İslamın dörd rükununda ixtilaf etmişlər. Bunlardan birini tərk edən kafirdirmi? Yoxsa yox? Bu məsələ ilə bağlı Sələflərdən beş rəy varid olmuşdur. Şəhadət Kəliməsində isə heç bir ixtilaf yoxdur. Onu tərk edər icma ilə kafirdir. Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla savaşılır deyə soruşan bir kimsəyə verdiyi cavabında belə demişdir: «İslamın rükunları beşdir. Bunların ilki Şəhadət kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqrar etdiyi halda tənbəllik səbəbi ilə tərk edərsə, biz o, kimsə ilə o, rükunu tərk etdiyindən ötrü savaşsaq da, onu öldürsək də, əsla təkfir etmərik. (Namaz məsələsinə gəldikdə) fərziyyətini inkarsız tənbəllik səbəbi ilə bir rükunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edərik. O, da şəhadət kəliməsidir»800. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Artıq Müsəlmanlar ittifaq ediblər ki, hər kim Şəhadət kəliməsi ilə gəlməzsə (yəni dili ilə səbəbsiz tələffüz etməzsə) o, insan kafirdir. O ki, qaldı İslamın şəhadətdən sonra olan dörd (namaz, zəkat, oruc, həcc) rükununa, bu barədə yəni, bunların (namaz, zəkat, oruc, həcc) tərki barəsində müsəlmanlar ixtilaf etmişdirlər. Biz dedikdə ki: “Əhli Sünnə ittifaq edib ki, müsəlman işlətdiyi günaha görə təkfir edilmir, biz bu sözlə günahları nəzərdə tuturuq. Məs: Zina, şərab və s. Amma İslamın dörd rükunu, bunların tərkinin hökmü barəsində məşhur ixtilaf vardır (Yəni: Bu məsələdə heç bir İcma yoxdur). İmam Əhməddən – rahmətullahi aleyhi – bu barədə bir neçə görüş vardır: Bir görüşdə bildirir ki, bu dörd rükundan hər hansı birini tərk edən təkfir olunur. İmam Əhmədin – rahmətullahi aleyhi – bu görüşünü Əbu Bəkr və Malikilərdən bir neçəsi məs: İbn Həbib üstün görmüşdür. İkinci görüşdə bildirir ki, dörd rükundan yalnız namazı və zəkatı tərk edən təkfir olunur. Üçüncü görüşündə isə bildirir ki, namazı və zəkatı tərk edən təkfir olunur, əgər imam onunla vuruşarsa. Dördüncü görüşündə isə bildirir ki, bu dörd rükundan yalnız namazı tərk edən təkfir olunur. Beşinci rəyində isə bildirir ki, bu dörd rükunun tərkinə görə İnsan təkfir olunmur. Yəni əgər insan namaz qılmasa, zəkat verməsə, oruc tutmasa və həcc etməsə, o insan müsəlman sayılır”. Sonra: “Bu sözlər Sələfilərdə məruf idi”801.

Birinci Rəy: Şəhadətdən kəliməsindən başqa Kim dörd əsasdan birini tərk edərsə kafirdir. İmam Əhməddən – rahmətullahi aleyhi – gələn bir rəvayətdə bu belədir. Əbu Bəkr əl-Həlləl – rahmətullahi aleyhi – da bu fikirdə idi. Onlar deyirlər: “Namaz dirəkdir. Üzərində isə hər bir şey bina edilmişdir. Əgər dirək olmasa üzərində olan da olmayacaqdır. Bu şeylərdə (namaz, zəkat, oruc, həcc) İslamın sütunları olduğu üçün biri olmazsa o, kimsənin İslamı yoxdur”.

İkinci Rəy: Şəhadət kəliməsindən başqa İslamın dörd dirəyindən birini tərk edən kimsə onların vacibliyini inkar etmədən tərk edərsə o, kimsə müsəlmandır. Bilir ki, bunları yerinə yetirmək vacibdir, lakin hər hansısa bir səbəbdən (tənbəllik və s) onları yetinə yetirmirsə bu kimsə müsəlmandır. İmam Əbu Hənifə – rahmətullahi aleyhi – və tələbələri, İmam Məlik, İmam Şəfii – rahmətullahi aleyhi – və eyni zamanda İmam Əhməddən – rahmətullahi aleyhi – bir rəy vardır. Bəziləri qeyd edirlər ki, İmam Əhməd mütləq şəkildə təkfir edirdi və onun bundan başqa rəyi yoxdur. Xeyr, bu xətadır. Gördüyümüz kimi onun digər rəyləri də vardır. Alimlər qeyd edirlər ki, heç kəs bilmir hansını öncə deyib. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: “İnsan - İslam dairəsindən böyük şirk etmədikcə və Allahın fərz etdiyini inkar etmədikcə çıxmaz. O ki, qaldı tənbəllik səbəbilə vaciblərdən birini tərk edənə, onun halı Allahdan aslıdır. İstəsə onu bağışlayar, istəsə də cəzalandırar”802.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin