Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


BEN LADEN BARƏSİNDƏ ALİMLƏRİN SÖZLƏRİ



Yüklə 5,74 Mb.
səhifə5/50
tarix22.10.2017
ölçüsü5,74 Mb.
#11518
1   2   3   4   5   6   7   8   9   ...   50

BEN LADEN BARƏSİNDƏ ALİMLƏRİN SÖZLƏRİ

Şeyx İbn Bazz rahmətullahi aleyhi deyir ki: “Muhəmməd İbn Masari, Sad əl-Faqih və bu kimi yalan şüarlarla dəvət aparan kimsələr, heç şübhə yoxdur ki, böyük şərdir. Onlar böyük şərin və fitnə-fəsadın dəvətçiləridirlər. Onların dəvətlərindən (insanları) çəkindirmək, onlara söykənməmək (əsaslanmamaq) və onlara şər, fitnə-fəsad və yalan olan bir şeydə yardım etməməkdir. Çünki Allah bizlərə xeyirli işlərdə yardımlaşmağı əmr etmiş, müsəlmanların parçalanmasına, əminliyin itməsinə səbəb olacaq fitnə-fəsad, şər, yalan dəvət olan olan işlərdə isə yardım etməyi qadağan etmişdir. Yalan və Şər dəvətçiləri olan əl-Fəqihi, əl-Masari və onlara oxşayanların dəvətlərini (əmirlərin pislənməsi barəsində yaydıqları vərəqələri) yaymaq olmaz, əksinə onlara nəsihiət etmək lazımdır ki, tutduqları yoldan əl çəksinlər. Mənim nəsihətim isə əl-Masari, əl-Fəqihi, Ben Ladenə və onların yolunu tutan hər bir kəsə bu həlak yolundan əl çəksinlər. Allahdan qorxsunlar və Onun qəzəbindən həzər etsinlər. Quran və Sünnətə qayıdaraq etdiklərinə tövbə etsinlər”186.


İbn Bazz rahmətullahi aleyhi deyir ki: “Usamə Bin Laden – yer üzündə fitnə yayan kimsələrdəndir”187. Şeyx Fovzandan hafizahullah - soruşurlar: “Hörmətli Şeyx! Allah sizi xeyirlə mükafatlandırsın. Sual verən deyir: “Mən sizdən xahiş edirəm ki, mənim sualımı sizə ünvanladığım kimi oxuyasınız. Əksi təqdirdə Allaha and olsun ki, Qiyamət günü haqqımı tələb edəcəyəm. əl-Masari, əl-Faqihi və Usamə Bin Laden müsəlman cəmaatdan uzaqlaşmış sayılırlarmı? İbn Bazz rahmətullahi aleyhi Usamə Bin Laden barəsində neqatif bir fikirdə idi, onun verdiyi fətva isə adından uydurulmuş – yalandır?” deyən kimsələr barəsində sözünüz nədir? Çünki onlar bu sözləri dəlil olaraq gətirirlər”. Cavab: “əl-Faqih, əl-Masari və Bin Laden barəsində onların sözləri və əməllərinə görə mühakimə edin. Onlar barəsində yalan danışmayın, lakin etdiklərindən bir nəticə çıxarın. O, ki qaldı iddia edənlər ki, İbn Bazzın rahmətullahi aleyhi fətvası yalandır – onun özü yalançıdır. Bu fətva uydurulmuş deyildir. Biz özümüz bu fətvanı Şeyxdən eşitmişik. Sağ olduğu zaman Onun fətvaları içərisində bu fətva yer almışdır. Ona görə də kim deyərsə ki, bu fətva yalandır onun özü yalançıdır”188.


Bəzi zəlalət əhli İnternet saytlarında Usame Ben Laden barəsində olan Şeyx Useyminin rahmətullahi aleyhi gözəl sözlərini yerləşdirərək insanları çaşqınlığa salmaq istəyirlər. Buna cavabımız: Şeyx Useymin rahmətullahi aleyhi bu sözləri Ben Laden barəsində Birinci Əfqan Rus müharibəsi zamanı demişdir. Şeyx Useyminin rahmətullahi aleyhi ölümündən sonra bir çox şeylər dəyişmişdir, eləcə də Ben Ladendə. Şeyx Useymin rahmətullahi aleyhi heç vaxt bu cür partlayışlar və müsəlmanların qanlarının axıdılması ilə razı olmazdı. Çünki onun bu barədə bir çox fətvaları vardır.

Baxın, görün Şeyx Useymin rahmətullahi aleyhi İbn Bazın rahmətullahi aleyhi fətvası barəsində nə deyir: “Son zamanlar ölkəmizdən kənarlarda (əl-Masari, əl-Fəqihi və s. Kimilərinin əmirlərin pislənməsi barəsində payladıqları vərəqlər mövcuddur), bəlkə də bu vərəqlər bizim ölkəmizdə yazılmışdır, dövlət rəhbərlərinin pislənməsi ilə bağlı bir çox vərəqlər (məqalələr) yayılmışdır. Bu kağızlarda rəhbərlərin etdikləri yaxşı işlərdən heç nə qeyd olunmayıb. Deməli, bu qeybətdir və oxunması da haramdır. Heç kəsə icazəli deyil ki, bu kimi kağızları insanlar arasında yaysın, lakin kim bunu görərsə cırmalı və ya yandırmalıdır. Çünki bu kimi kağızların paylanması bir çox fitnələrin, zülmün yayılmasına səbəbdir. Bundan isə ölkəmizin Muftisi İbn Bazz rahmətullahi aleyhi çəkindirmişdir. O, bundan çəkindirərək söyləmişdir ki, bu kimi vərəqlərin paylanması fitnə-fəsadı, rəhbər ilə xalqın parçalanma-sına səbəbdir. Mən də bundan çəkindirirəm və bizim digər qardaşlarımız da bundan çəkindirirlər. Alimlər də öz ölkələrini bu kimi vərəqlərin paylanmasın-dan çəkindirirlər”. “11-ci dəqiqə, 20-ci saniyədən başlayır danışmağa”.

Şeyx Fovzandan hafizahullah - soruşurlar: “Hörmətli şeyx, Allah sizi qorusun! Sizə də gizli deyildir ki, Usamə Bin Laden yer üzündə fitnə yayan və insanları da buna dəvət edən bir kimsədir? Sualım belədir: Biz bu insanı Xəvaric adlandıra bilrərikmi? Çünki o bir çox partlayışları həm bizim ölkəmizdə, həm də digər ölkələrdə təsdiqləyir”. Cavab: “Hər bir kəs özündə bu etiqadı daşıyarsa, Xəvaricdir. Hərmçinin insanları bu etiqada (mənhəcə) dəvət edən, yönəldən də şəxsiyyətindən və yaşadığı yerdən aslı olmayaraq Xəvaricdir. Bu qayda: Kim insanları əmirlərə qarşı çıxmağa, müsəlmanları təkfir etməyə, müsəlmanları öldürməyə çağırarsa o, kimsə Xəvaricdir”189.

Şeyx Fovzandan hafizahullah - soruşdular: “Hörmətli şeyx! Sual verən soruşur: Nə üçün fətvalar komitəsinin böyük alimləri xəvariclərin liderləri olan Usamə Bin Laden, Zarkavi, əl-Fəqihi haqqında, insanları onlardan çəkindirən fətvalar vermirlər?”. Cavab: “Böyük Alimlərin komitəsi belə kimsələr barəsində və onların əməlləri barəsində dəfələrlə fətvalar vermişlər. Bu barədə neçə dəfə qərar da verilmişdir, onların liderləri barəsində də”190.

Şeyx Əhməd ən-Nəcmidən hafizahullah - soruşurlar: “Bəzi insanlar deyirlər ki, Bin Laden gözlənilən Mehdidir və onu möminlərin Əmiri adlandırırlar. Buna açıqlamanız nədir?”. Cavab: “Bu insanlar Şeytandırlar! Bin Laden isə Şeytan və Xəvaricdir. Heç kəsə olmaz onu tərif etmək. Tərif edənlər isə görünür onlar da onun kimi Xəvaricdirlər”.

Şeyx AbdulMuhsin əl-Abbaddan hafizahullah - soruşurlar: “Bəzi insanlar günümüzdə deyirlər ki: əl-Qaidə quruplaşması Xəvaricdirlər, digərləri isə deyirlər ki: Onlar Mucahiddirlər”. Sizin fikriniz nədir?”. Cavab: “Qısa və dolğun cavab: “Bəli onlar Mucahiddirlər – şeytanın yolunda”.

Şeyx Saleh Luheydandan hafizahullah - soruşurlar: “Müsəlmanların Bin Ladenin rəhbərlik etdiyi əl-Qaidə qruplaşmasına qarşı münasibəti necə olmalıdır?”. Cavab: “Bu qruplaşmada xeyir yoxdur! Onlar müsəlmanları parçaladılar, zülm və fitnəni yaydılar və nahaq qanlar axıtdılar”.

Şeyx AbdulƏziz Əli Şeyxdən hafizahullah - soruşurlar: “Ben Laden üçün azmış birisidir demək olarmı? Elmdə zəif olan müsəlmanlara internet saytlarında yerləşdirilən Ben Ladenin moizələrinə qulaq asmaq olarmı?”. Cavab: “Ey mənim qardaşım! Onlar şər və fitnənin səbəbkarlarıdırlar. Heç şübhə yoxdur ki, onlar tutduqları yoldan azmışlar. İlk gündən indiyə qədər mən düşünürəm ki, onlar İslam düşmənlərinin törəmələridir. İslam düşmənləri onları yetişdirmişlər. Onlar İslam düşmənlərinin kölgələri altında yaşayan və nə qədər gizlənməyə çalışsalar da onlar İslam düşmənləri və digər İslam düşmənlərinə yardım edən kimsələrdir”.

Şeyx Saleh Əli Şeyx hafizahullah - deyir ki: “Siz eşidə bilərsiniz, necə bəzi müəllimlər Ben Ladeni tərif edirlər, lakin bu İslamı başa düşməkdə xətadır”191.

Şeyx Muqbil İbn Hədi hafizahullah - deyir ki: “Mən Ben Ladenin etdiklərindən Allaha sığınıram. Ümmət üçün xəstəlik və fitnədir. Əməlləri isə şərdir”. Ondan: “Avropa ölkələrində olan müsəlmanları bu törədilən partlayışlara görə sıxışdırıb (əziyyət verirlər)”. Şeyx: “Mənim bu haqda məlumatım vardır. Mənə İngiltərədən qardaşlar zəng edərək onlara verilən əziyyətlər barəsində xəbər vermişlər. Onlar soruşdular ki: “Bizlər Ben Ladenin etdiklərindən uzaq olduğumuzu açıq-aydın söyləyə bilərikmi?”. Mən: “Bizlər onun özündən və əməlidən çoxdan uzaq olduğunu bəyan etmişik. Şahidik ki, Avropa ölkələrində olan müsəlmanlar sıxışdırılır müxtəlif partiyaların “İxvanul Muflisin” və onlara oxşarların törətdiklərinə görə”192.

Salaman Avde özü Ben Ladenin əməllərindən xoşlanmayaraq ona müraciət edərək demişdir: “Ey mənim qardaşım Usama! Nə qədər qanlar axıdılmışdır!? Nə qədər günahsız insanlar, uşaqlar, qocalar və qadınlar öldürlülmüşdür “əl-Qaidə” bayrağı altında?! Sənin halın necə olacaq bu qədər 100 min, milyon insanın qanı ilə yüklənmiş halda Allahın qarşısına (hüzüruna) çıxdığın zaman”.

Şeyx Saleh əs-Suheymidən hafizahullah - soruşurlar: “Biz əz-Zərkavini sevmirik, lakin onu təhqir də etmirik. Çünki o, elm əhlidir” deyənlər barəsində sözünüz nədir? Cavab: “Bü dəvətçilərin səbəbilə bir çox ölkələrdə onların sözləri yayılmış, bir çox insanlar aldadılmiş və öldürülmüşlər. Nə qədər müsəlmanlar haqsız olaraq, düşməncəsinə öldürülmüşlər, hələ mən müsəlmanlarla müqavilələri olan kafirlərin öldürülməsindən danışmıram. Qoy sizləri bu kimi cahillərin sözləri aldatmasın. Mən sizdən soruşuram: Kimdir (Zərkavinin) müəllimi? Müsəlmanlar üçün ölüm və dağıntılardan başqa nə qoyub? Heç nə? Nə o, nə də Ben Laden və s. Onlar kimi dəvətçilər. Allaha and olsun! 11 Sentyabr baş verməmişdən öncə İslam dəvəti güclənmişdir. Mən özüm bu hadisədən iki həftə öncə Amerikada Filadelfiyada dəvət seminarlarında olmuşdum. İnsanlar Allahın dininə dəstələrlə girirdilər. Bu Amerika, İngiltərə, Hindistan, Çin və s. ölkələrdə dini məktəblər açılırdı. Bunlar haradadır indi? Bu məktəblər haradadır? Qərb ölkələrində müsəlmanlar başı yuxarı gəzirdilərsə, indi artıq başları aşağı, hicablar çıxardılıb. Qoy sizi bu dəvətçiləri sözləri: 11 Sentyabr İslamın yayılmasına və insanların bu dini qəbul etmələrinə görə baş vermişdir. Allaha and olsun ki, bu yalandır. Bu saat Amerikadan olan 150 dəvətçi qardaşımız var. Bir həftə Mədinədə şeyxlərdən dərs aldılar, bir həftə də Məkkədə. Ümrə etməyə gəlmişdilər. Onlardan soruşa bilərsini nə baş verib. Hamısı elm tələb edən tələbələrdir. Məkkədədirlər bu an. Filadelfiyada hicablı qadınlar çoxlu idi. Bəs indi hicablar çıxarılmış adi bir şəhərdir. Səbəbi isə Xavariclərdir. Elmi isə onun əhlindən almaq lazımdır. O ki, qaldı bu kimi kimsələrə, bizim onlara ehtiyacımız yoxdur. Onlardan bir çoxları artıq həyatda yoxdurlar və biz bilmirik onların halları Allah qatında necədir. Lakin biz bilirik ki, heç bir müsəlman onlardan fayda əldə etməyib, əksinə onlar İslama və müsəlmanlara zərərdən başqa bir şey gətirməyiblər və onların zərər vurmaqları hələ də davam edir. Əsl elm tələbələrinin ardınca gedin, Elm - hisslər deyildir. Elm – nəşidlər də deyildir. Elm – teatr səhnələri də deyildir. Elm – diskə yazılmış səslərdən də ibarət deyildir. Elm – bir başa alimlərdən elmi almaqdır. Allah buyurdu: Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız. (ən-Nisa 83).




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin