Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Yaş böhranları və onların aradan qaldırılması yolları



Yüklə 277,04 Kb.
səhifə74/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   70   71   72   73   74   75   76   77   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

10. Yaş böhranları və onların aradan qaldırılması yolları
Plan:
1. Bir yaş böhranı
2. Üç yaş böhranı
3. Altı yaş böhranı
4. Yeniyetməlik yaşının böhranı
Yaş böhranları 1, 3, 6 və 13 yaş mərhələlərini əhatə edir. Bir yaşın böhranı onunla səciyyələnir ki, körpə bu dövrdə dik yeriməyə başlayaraq ətraf aləmlə fəal əlaqə yaradır. Onun valideynlərlə emosional ünsiyyət fəaliyyəti əşyavi-manipulyativ fəaliyyətlə əvəzlənir. Yaşlılara əvvəlki marağı zəifləməyə, ətraf aləmə olan marağı isə, əksinə, artmağa başlayır. Bu əlaqələr zəminində yaşlı onun üçün bilavasitə fəaliyyət qurmaq deyil, köməkçi funksiyasını yerinə yetirməyə başlayır. Bir yaşlı uşaqlarda nitq imkanları da artmış olur. Onlar ətrafda gördükləri əşyaları adlandırmağa, onlarla təmasda olmağa cəhd göstərirlər.
Üç yaşda ən ziddiyyətli tərəf onların davranışının real və formal tərəflərilə bağlıdır. Üç yaşdan başlayaraq uşaqda davranışın real tərəfləri ilə yanaşı formal tərəfləri də möhkəmlənir. Bu prosesdə o, fərdi xüsusiyyətlərin inkişafını da ciddi şəkildə təmin etməyə çalışır və onun bütövlüyünü qoruyub saxlamağa can atır. Tərbiyə prosesində uşağın daxili tələbatı olmadan onun xarici davranışı düzgün istiqamətlənə bilmir. Fərdi-tipik cəhətlərin kənar təsirlərlə sıxışdırıldığı halda isə psixi proseslərin dinamikası zəifləyir. Ona görə də belə böhran mərhələsində uşağın həyat və fəaliyyətinə diqqətlə yanaşmaq tələb olunur.
Tərbiyəvi təsirlər nəticəsində uşaq üç yaşın sonlarında artıq fəal şəkildə təlim tapşırıqlarını yerinə yetirir. Bu prosesdə fəal nitq nümayiş etdirir, öz mövqeyini ortaya qoyur. Müxtəlif fəaliyyət növlərində yaşlının tələb və tapşırıqlarını yerinə yetirir. Bütün bunlar təlim-tərbiyə işinin daha intensiv vasitələrlə təşkilinə imkan verir. Davranışda müstəqillik elementlərinin yarandığı dövrdə uşaqla yaşlılar arasında narazılıqlar artır. Müstəqilliyə can atan uşaq qadağalarla üzləşir. Valideynlər bu yaşda uşaqlardan tez-tez şikayət edirlər. Uşaq yaşlının fikirlərini, etirazını özünün şəxsi toxunulmazlığına, müstəqilliyinə “təcavüz” kimi qiymətləndirir. Ümumiyyətlə uç yaş böhranına inadkarlıq, özbaşınalıq, ətrafdakıları ələsalma cəhdi, höcətlik, etirazlar, yaşlılara hörmətsiz yanaşma, qadağalara məhəl qoymamaq, şıltaqlıq və s. əlamətlər aiddir. Əlverişli inkişaf şəraitində uşaq hər cür ləngidici təsirlərlə mübarizə aparmaq imkanına malik olur.
Altı yaş böhranının daha ciddi proseslərlə müşayiət olunduğunu qeyd etmək olar. Belə ki, uşaq ədalılıq göstərməyə, tərslik etməyə başlayır, əvvəlki yerişini belə dəyişir. Özünüsevərlik, özünüqiymətləndirmə kimi faktlar öz əlamətlərini qoruyub saxlayır. Uşaq günün əsas hissəsini yaşıdlar, müəllimlər arasında keçirir. Bu baxımdan uşaqlarda böhran əlamətləri müxtəlif cür təzahür edir. Bəziləri ailədə çılğınlıq, tərslik nümayiş etdirdikləri halda yaşıdlar arasında sözəbaxan, qayğıkeş olurlar. Bəzilərinin isə sakit, təmkinli təbiətində inadkarlıq, kobudluq kimi əlamətlər müşahidə edilir. Belə hallarda uşağın tərbiyəsində məktəbəqədər dövrdə təsadüf edilməyən çətinliklər yaranır. Məsələ ondadır ki, bu daxili qarşıdurma harada yaranırsa, orada da təəssüratların dəyişməsi baş verir.
Yeniyetməlik dövrü böhran mərhələsi kimi də səciyyələndirilir. Yaşlı və yaşıdlar tərəfindən həyat fəallığının boğulması, fəaliyyətin digər istiqamətə yönəldilməsi, iradəsinə göstərilən hər cür təzyiq, asanlıqla stress və aqressiyalarla, bəzən də daha ağır psixi pozuntularla nəticələnə bilər. Bu fakt göstərir ki, fəaliyyətin tarixində yeniyetməlik dövrünün başlıca vəzifəsi onun mənlik şüurunun möhkəmlənməsinin əsas keçid mərhələsi sayılan özünütəsdiq tələbatının ödənilməsidir. Yeniyetmələr özlərinin şəxsi dəyərini mənsub olduqları millətin, ailənin, təmsil etdiyi sosial qrupun dəyərinə uyğunlaşdırmağa başlayırlar. İstər müəllimlər, istərsə də yaşlılarla qarşılıqlı münasibətlərin xarakteri onun davranışında özünü göstərir.
Psixoloqlar yeniyetməlik dövründəki ziddiyyətlərin bir qismini onların iddia etdikləri bərabərhüquqluluq problemi ilə əlaqələndirirlər. Bu problemin ən səmərəli həlli yolunu onların yaşına və gücünə müvafiq fəaliyyətə cəlb olunmasında, maraqları dairəsində əyləncə, oyun, təlim və s. sahələrə yönəldilməsində görürlər. Burada bütün cəhdlərin mərkəzində mənlik şüurunun formalaşdırılması dayanmalıdır.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin