Ustad Misbah Y?zdi


MƏ’SUM IMAMA VƏSIYYƏT NƏ LAZıM?



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
Əbədi öyüd 2022

MƏ’SUM IMAMA VƏSIYYƏT NƏ LAZıM?
Həzrət  Əlinin  (ə)  bəyanında  düşünüləsi  tərbiyəvi  məqamlar
olduqca  əsrarəngizdir.  Məsələlərə  xüsusi  üslubla  yanaşma
nəticəsində  vəsiyyətnamədə  vəsiyyət  edənin  və  vəsiyyət
olunanın  sadalanmış  xüsusiyyətləri  bə’zən  düzgün  anlaşılmır.
Bu  vəsiyyətdə  Əmirəl-mö’minin  (ə)  haqqında  zikr  olunan
sifətlər  ilk  baxışdan  mə’sum  imama  layiq  sifətlər  deyil.  Eləcə
də imam Həsən Müctəbaya (ə) aid edilən sifətlər mə’sum imam
məqamına uyuşmur. Buna görə də bə’ziləri bu vəsiyyətin imam
Həsənə yox, Məhəmməd ibn Hənəfiyyəyə ünvanlandığını iddia
edirlər.  Onların  nəzərincə,  vəsiyyətdə  sadalanan  xüsusiyyətlər
imamət  məqamına  layiq  deyil.  Zahirən,  bu  vəsiyyət  mə’sum
olmayan bir şəxsə ünvanlanmışdır. Vəsiyyətin bəyan keyfiyyəti
onun haqqında yanlış təsəvvür yaratmış, zəif imanlı insanlar bu
rəvayəti imamların mə’sum olmamasına dəlil gətirmişlər. Onlar
bildirirlər  ki,  imamlar  özlərini  mə’sum  hesab  etməmişlər  və
onların  məqamı  şiələr  tərəfindən  şişirdilmişdir.  Guya  imamlar
özlərini qeybi elm və paklıq sahibi saymamışlar. Guya onların
vəsiyyətləri də sübut edir ki, onlar özlərini adi, xətakar, bə’zən
isə  nadan  bilmişlər.  Bu  iddiada  olanlar  uyğun  vəsiyyətin  ilk
ifadələrini  öz  iddialarına  dəlil  göstərirlər.  Məsələn,
“tacirul-ğürur” (“hiylə və yalan sövdəgəri”) və “səriiş-şəhəvat”
(“nəfs  istəklərinə  məğlub”)  tə’birlərinin  imam  Həsənə  (ə)
ünvanlanması  paklıq məqamı  ilə  uyuşmur.  Əgər  imamın
müraciət  etdiyi şəxs mə’sum olarsa, şübhəsiz ki,  belə tə’birlər
yanlış  olar.  Əgər  həzrət  Əli  (ə)  öz  vəsiyyət  etdiyi  şəxsi  “nəfs
istəklərinə məğlub” adlandırırsa, demək, həmin şəxs şəhvətlərlə
mübarizə  meydanında  məğlub  olmuşdur.  Hansı  ki,  belə
tə’birlər imam Həsənin (ə) məqamı ilə uyuşmur. Belə çıxır ki,


8
ya  vəsiyyət  imam  Həsənə  (ə)  ünvanlanmamışdır,  ya  da
bə’zilərinin  düşündüyü  kimi,  imamlar  üçün  mə’sumluq  zəruri
deyil. Əslində isə hər iki yanaşma yanlışdır. 
Rəvayətin  mətnindəki  ali  və  ilahi  məziyyətlər,  onu  nəql
edənlərin  mö’təbərliyi  ciddi  əsas  verir  ki,  həqiqətən  də  imam
(ə)  belə  bir  vəsiyyət  etmişdir.  Digər  bir  tərəfdən,
vəsiyyətnamənin  tə’birləri  haqqında  düşündükdə  həmin  iki
yanaşmanın yanlışlığı aşkar olur. 
Həzrət  Əli  (ə)  bu  vəsiyyəti  hamının  istifadə  edəcəyi  şəkildə
bəyan  etmişdir.  Əgər  Həzrət  (ə)  bir  mə’sum  imam  adından
digər  mə’sum  imamı  nəsihət  etsəydi,  mə’sumluq  məqamına
uyğun  tə’birlər  işlədərdi.  Həmin  halda  adi  adamlar  fövqəladə
zərif nöqtələri anlamaz, vəsiyyətdən faydalana bilməzdilər. Ali
səviyyədə  bəyan  olunmuş  mətləblərdən  bəhrələnmək  bizim
üçün müyəssər olmayan bir işdir. Təsəvvür edin ki, iki mə’sum
şəxs  bir-birlərinə  tövsiyyə  verir.  Bu  insanlar  ilahi  elmdən
xəbərdar  olduqlarından  elə  tə’birlər  işlədəcəklər  ki,  bu
tövsiyyələrin  başqaları  üçün  heç  bir  faydası  olmayacaq.  Onda
həmin sözləri hamı mə’sumlara aid bilər və faydalanmazdı. 
Həqiqətdə  isə  öz  mə’sum  övladına  müraciət  edən
Əmirəl-mö’mininin  (ə)  əsas  məqsədi  bütün  insanların  bu
vəsiyyətdən  faydalanmasıdır.  İmam  Həsən  (ə)  belə  bir
vəsiyyətə ehtiyaclı olmaya da bilərdi. 
Başlanğıcda  vəsiyyət  edənin  mövqeyini  müəyyən  edən
bəyanatda 
daha 
sonra 
vəsiyyət 
olunanın 
mövqeyi
müəyyənləşdirilir.  Bununla  da  Həzrət  (ə)  öz  mə’mumuna
vəsiyyət  etmədiyini  nəzərə  çatdırır.  Vəsiyyət  olunan  şəxsin
mə’sum və ya qeyri-mə’sum olmasından asılı olmayaraq, imam
(ə) “bu, ölümə yaxın bir atanın öyüdüdür”, buyurur. Maraqlıdır
ki,  vəsiyyət  olunan  şəxsin  kimliyinin  bəyanı  onun  bu
xüsusiyyətlərə  malik  istənilən  bir  adama  aid  olduğunu  aşkar
göstərir. 


9

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin