Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə9/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

Beşinci fəsil


Abadanın neft şirkəti hər iki ildən bir, öz işçilərinə ya torpaq sahələri ayırar, ya da əlverişli şərtlərlə bank kreditləri təqdim edərdi. Əli əmi çox ağıllı və uzaqgörən bir insan olmaqla yanaşı, güclü iqtisadi düşüncəyə də malik idi. Şirkət vasitəsi ilə bankdan götürdüyü kreditlərlə Şirazda özünə iki ev ala bilmişdi. Evlərdən biri Astana xiyabanında, digəri isə Hacı bazarının arxasındakı Şahçıraq məscidinin yaxınlığında yerləşirdi. Əli əmi evlərdən birini kirayə vermiş, digərini isə yayda, Xürrəmşəhrin havasının dözülməz dərəcədə isti olduğu vaxtlarda ailəsinin oraya köçə bilməsi üçün səliqəyə salmışdı. Bundan əlavə, əmi Xürrəmşəhrin 40 metr xiyabanında da torpaq sahəsi alaraq, şirkətdən götürdüyü kredit vasitəsilə bu sahədə də özünə bir ev tikmişdi. Bu ev çox böyük, altı otaqlı və yaraşıqlı idi. Evin həyəti geniş və ürəkaçan idi. Əli əmi bağçada çəhrayi çiçəkləri olan gül kolları ilə yanaşı, sarı, qırmızı və ağ güllü pionlar da əkmişdi.

Həyətin bir tərəfində damdakı terasa aparan dəmir pilləkan düzəldilmişdi. Həyətə mozaik piltələr döşənmişdi. Əmi həmçinin, xüsusi mətbəx mebeli, bufet və taxta dolablar da sifariş vermişdi. O, mətbəx və qonaq otağı arasındakı divarda bir pəncərə açdırmışdı. Hamımız bu pəncərəni çox bəyənirdik. Evin hamamında unitaz, vanna və duş quraşdırmışdı. Mətbəxin arxasında balaca iç həyət yerləşirdi. Hamamın və mətbəxin pəncərələri həmin iç həyətə açılırdı. Əmi evin bütün otaqlarına kondisioner quraşdıraraq, kovrolit döşətdirmişdi. Bu ev Əli əminin xüsusi imarətinə çevrilmişdi. Bizim ən çox sevdiyimiz məşğuliyyət Əli əminin imarətinə qonaq getmək idi. Füruzanla Sağər həyat yoldaşları və övladları ilə birgə bizə qonaq gəldikləri zaman, hamımız birlikdə Əli əminin evində yığışanda, yerə sərdiyimiz süfrə, qonaq otağından evin giriş qapısına qədər uzanardı. İçimdəki bir hiss mənə deyir ki, Əli əminin evi hələ də dünyada ən şad və ən qəşəng ev olaraq qalır. Həmin il İsmayıl dayım Məhəmməd Cahanaranın xalası ilə ailə həyatı qurdu. Bəhmənin qardaşı Əlirza isə Amerikada aero-kosmik mühəndislik fakültəsindəki təhsilini yarıda buraxaraq, İrana qayıtdı və Qum şəhərinə köçüb, dini hövzənin tələbəsi oldu. Bir müddətdən sonra isə ailə həyatı qurdu. Sanki, bütün qohumlarımızın övladları üçün ailə qurmaq zamanı yetişmişdi. İsmayıl dayımın azadlığa çıxmasından sonra yaxşı xəbərlər bir-birinin ardınca gəlib çatırdı. Amma xəbərlərdən biri tam fərqli tərzdə hamı üçün çox gözlənilməz və sevindirici oldu. Siddiqə xalam anama demişdi ki, cənab Seyid Rza Musəvi onun üçün elçi gəlmək istəyir. Anam isə öz növbəsində, yarım saatın içində bu xəbəri bütün qohumlara çatdırmışdı. Bu xoş xəbərin yayılma sürətinə bərabər bir sürətlə, Seyid Rza Musəvi xalamın elçiliyinə gələrək, toyla əlaqədar digər işləri də yoluna qoydu. Hər şey bir göz qırpımında baş verdi. Bir də ayıldıq ki, bizim evimizdə Siddiqə xalamın kəbinkəsmə mərasimi keçirilir. Biz həmişəki kimi, mərasimə uyğun geyim, çanta və ayaqqabı alaraq, bir neçə gün öncədən gözəllik salonuna növbəyə yazılmaq fikrində idik. Elə bu ərəfədə eşitdik ki, Siddiqə xalam kəbinkəsmə mərasimi üçün gözəllik salonuna getməyəcək. O, nə makiyajdan istifadə edəcək, nə də gəlin paltarı geyinəcəkdi. Həmişə xalamın qayğısına qalan anam xahiş edib dil tökdü ki, o, azca da olsa, üzünə əl gəzdirməyə icazə versin. Amma xalam razılaşmadı və özü kəbin süfrəsi sərərək onu sadə tərzdə bəzədi. Sonra əynində olan sadə qara manto və məqnə ilə kəbin süfrəsinin kənarında əyləşdi. Anam yaranmış vəziyyətdən kədərlənərək, hey dodaqaltı narazılığını bildirirdi. Bununla belə, ağ rəngli təzə çadra gətirərək xalamın başına örtdü. Bir qədər keçmiş, əynində İslam Keşikçiləri Korpusunun xüsusi geyim forması olan bəy məclisə daxil olaraq, Siddiqə xalamın kənarında əyləşdi. Bu, bizim evimizdə keçirilən ilk sadə və təmtəraqsız kəbin mərasimi idi. Xalam çox ciddi, cənab Musəvi isə zəhimli bir insan olduğundan onların hər ikisindən çəkinərdik. İş o yerə çatmışdı ki, biz cavan qızlar olduğumuz üçün, məclisə uyğun geyim alıb saçlarımızı xüsusi modeldə düzəltdiyimizə baxmayaraq, səssiz şəkildə bir kənarda əyləşərək, xalamın kəbinini kəsən ruhaniyə tamaşa etməyə başladıq. O, xalam və cənab Musəvinin kəbinini kəsərək bu iki nəfəri bir birinə qovuşdurdu. Bir müddətdən sonra Röyanın nişan mərasimini keçirdik. Bir neçə aydan sonra ilk dəfə olaraq əmimgilə gedə bildiyimə görə çox sevinirdim. Axırıncı dəfə əmimin evində keçirdiyim iki gün həyatımın ən gözəl günlərindən idi. Röyanın nişanlısı əslən Minu adasından olsa da, Abadanda yaşayırdı. Onun atası Abadan şəhərinin təhsil şöbəsində çalışırdı. Röyanın nişanlısının adı Fazil Hesami idi və Qum şəhərinin dini hövzəsində təhsil aldığından, ona Şeyx Fazil deyə müraciət edirdilər. Nişan günündə Bəhmən bir neçə dəqiqəlik mənim olduğum otağa gəldi. Mənə baxıb gülümsədi və heç nə demədən çıxıb getdi. Buna baxmayaraq, onun baxışlarının sirrini anladım. Onun gözləri məni sevdiyini və sözünün üstündə dayandığını söyləyirdi. Bir həftə keçəndən sonra eşitdik ki, Rəhmət, Şeyx Fazilin bacısı Həlimənin elçiliyinə gedib. Cavab müsbət olduğundan qərara alınıb ki, kəbinkəsmə mərasimi ilə toy bir gündə keçirilsin. 1981-ci il mart ayının 27-si, həm Rəhmətlə Həlimənin, həm də Röya ilə Şeyx Fazilin kəbinkəsmə mərasimi keçirildi. Mən əynimə ağ rəngli, dördbucaq formada yaxası olan, qolları klyoş şəkildə tikilmiş don geyinmişdim. Ayağımda isə ağ rəngli dikdaban ayaqqabılar vardı. O zaman dizə qədər corablar dəbdə idi. Qızlar bu corabları geyinəndə özlərini gözəl və dəbli hiss edirdilər. Röyadan ayrılmağıma görə çox narahat idim. Röya və həyat yoldaşı qərara gəlmişdilər ki, yayın axırı Quma köçsünlər. Həmin gecəni əmimgildə qaldıq. Səhər tezdən əmimin həyat yoldaşı ilə Füruzan yuxudan ayılıb kəbin süfrəsini yığmağa başladılar. Mən, Mitra və Rəna isə hələ də yatmışdıq. Əmimin həyat yoldaşı xürrəmşəhrlilərin adəti üzrə, kəbin süfrəsinə tökülmüş qənd tozunu mənim başıma səpərək, toya xas şadyanalıq etdi. Yuxudan ayıldım. O, təbəssümlə dedi: “İnşallah yaxın günlərdə Nəsrinin də bəxti bu evdə açılsın. İnşallah bizim evin gəlini olsun”. Bəhmən "ya Allah" deyərək otağa daxil oldu. Ədyalı başıma çəkdim. Bəhmən soruşdu: “Kim yatıb?” Dedilər: “Nəsrindi”. Bəhmən bunu eşidib güldü və otaqdan çıxdı.

Bir neçə gündən sonra Röya xoş xəbərlərlə evimizə gələrək dedi: “Neçə gün öncə Bəhmən evinizin qarşısından keçərkən, kəbinkəsən ruhanini katibi ilə birgə küçənizdə görüb. Onların əlində iri ölçülü kəbin dəftəri olub. Bəhmən narahat və qanı qara halda evə qayıdıb anama dedi ki, bibigilin küçəsində kiminsə toyudur. Qorxuram ki, Nəsrini ərə vermiş olalar? Nəsrin başqası ilə ailə həyatı qursa, mən məhv olmuş bir halda Xürrəmşəhrdən çıxıb gedərəm”. Anam qorxdu. Axşam atam evə qayıdanda, anam onunla birgə otağa keçdi və ikilikdə söhbət etməyə başladılar. Sonra Əlirza gəlib çıxdı və onu da bu iclasa çağırdılar, daha sonra Rəhməti və nəhayət, sonuncu olaraq, Bəhməni. Yarım saatdan sonra iclas bitdi və müzakirə mövzusu hamı üçün açıqlandı: Sabah, ya birisi gün Nəsrini Bəhmən üçün istəməyə gedirik. Röya bu sözləri deyəndən sonra qəlbimdə toy büsatı quruldu. Bir neçə gündən sonra əmimin həyat yoldaşı səhər tezdən evimizə gəlib anama dedi: “Bu axşam Nəsrinin elçiliyinə gələcəyik. Babaya da çatdırın”. Əmim yoldaşı gedəndən bir neçə saat sonra iztirabdan sancılandım. Axşam yaxınlaşdıqca, halım get-gedə pisləşirdi. Tez-tez ayaq yoluna gedirdim. Nəhayət, həyətdə əyləşməyə məcbur oldum ki, həmin yolu tez-tez gedib gəlməyim. Halım bir cür olmuşdu, özümü heç yaxşı hiss etmirdim.

Həmin axşam əmim, əmimin həyat yoldaşı, Bəhmən və ailəmizin digər üzvləri salam verərək evimizə daxil oldular. Yersiz qorxu və iztiraba düçar olmuşdum. Özümü yaxşı hiss etmirdim. Anam şam yeməyinə plov və balıq kababı hazırlamışdı. Uşaqlıq illərimdə bişirilən balıq kababını, anamla birgə balıq bazarına getdiyimizi və həmin bazarda satılan balıqların sağ qala bilməkləri üçün necə çapaladıqlarını xatırladım. Bu xatirələrdən sonra dilimə heç nə vurmadım. Yuxarı mərtəbədəki otaqların birinə qalxıb, uşaq kimi özümü yuxuluğa vurdum. Sonradan eşitdim ki, babam, mənim Bəhmənə qarşı olan hisslərimdən xəbərdar olduğu üçün elçilərə belə cavab vermişdi: “Mən yenə də öz sözümü təkrar edirəm, Nəsrin hələ uşaqdır, bununla belə mən daha müxalifətçilik etmirəm. İstədiyiz kimi hərəkət edə bilərsiz. Bu meydan, bu da şeytan. Amma gərək hamınız köməkləşib, bu iki gəncə həyat yolunu başa salasınız”. Böyüklərin söhbəti sona çatana qədər özümü yuxuluğa vurdum. Hamı gedəndən sonra anam otağıma daxil olub dedi: “Nəsrin can, çox mübarəkdir, qızım! Bəs niyə aşağı düşmədin? Qərara gəldik ki, ayın 29-u nişan mərasiminizi keçirək. Mehriyəni də 520 tümən məbləğində təyin etdik”. Anam yatağımın kənarında əyləşərək, sevinə-sevinə danışırdı: “Bəhmənin anası dünən Dirani əminin klinikasına gedərək, ona deyib ki, siz gəlinin atası yerindəsiz. Sizin buyruğunuza uyğun əməl edəcəyik. Dirani əmi də ondan soruşmuşdu ki, Röya üçün nə qədər mehriyə təyin etmisiz? Bəhmənin anası 270 tümən deyə, cavab verəndən sonra, Dirani əmi yenidən sözə başlayıb: “Belə olan halda, Nəsrinin də öz qızınız olduğunu düşünün. Onun da mehriyəsi Röya üçün təyin etdiyiniz məbləğdə olsun. Əminin həyat yoldaşı da ona cavab vermişdi ki, əgər təklif edirsiz ki, Nəsrinin öz qızımız olduğunu düşünək, biz də öz növbəmizdə Nəsrin üçün Röyaya təyin etdiyimiz mehriyənin iki bərabəri qədər təyin edirik”. Deyilənləri eşidəndən sonra qəfildən halım düzəldi. O andan etibarən, qəlbimdəki iztirab və narahatçılıq, sevinc və xoşhallıq hissi ilə əvəz olundu. Düşündüm ki, tezliklə bu evdən ayrılacağam.

Artıq, nə atamın boş qalmış yeri, nə də Füruzanla Sağər üçün darıxmağım məni narahat etməyəcək. Bundan sonra, heç vaxt dava etmək üçün kifayət qədər cəsarət toplaya bilmədiyim iki dəcəl qardaşım Səid və Həmidin də əlindən rahat olacaqdım. Hətta Nəğmənin də əlindən xilas olacağam ki, həmişə dərs oxuyar və məni danlayardı ki, sən çox istedadlısan, daha yaxşı dərs oxuya bilərsən, ailə qurmaq üçü hələ çox cavansan. Artıq bu evdən gedəcəyəm. Bu ev mənim üçün acı xatirələrlə doludur. Atamın acı ölüm xəbəri, bibinin xəstəliyi, İsmayıl dayımın həbs olunub barəsində edam hökmü çıxarılması, Siddiqə xalamın məktəbdən çıxarılaraq, həbs edilmə xəbəri, anamın ağlayaraq, ağı deməsi... Beləliklə, həmişə dadlı xörək ətri gələn bir evə köçəcəkdim; şən qəhqəhələrin və şadyanalıq səslərinin heç vaxt kəsilmədiyi bir evə. Ayın 20-i evimizdə başqa ab-hava vardı. Biri gəlir, digəri gedirdi. Kişilər alıb gətirdiklərini tələsik həyətin bir küncünə qoyub gedirdilər. Ailəmizin toy adətlərini çox bəyənirdim. Yaxın qohumlar görüləcək işlərin və çəkiləcək xərclərin bir hissəsini öz öhdələrinə götürürdülər ki, gəlinlə bəyin ailəsi çox çətinlik çəkməsin. Mahmud dayım limonad qutularını maşının arxasından boşaldaraq, həyətə yığırdı. İsmayıl dayım meyvə yeşiklərini ağacın altındakı kölgəliyə düzürdü. Əlirza isə gətirdiyi şirini qutularını anama təhvil verirdi. Rəhmət otaqda və küçə qapısının önündə rəngli çıraqları bərkidirdi. Musiqi əvəzinə, səhər tezdən maqintofonumuzdan inqilab təranələrinin sədaları ətrafa yayılırdı. Siddiqə xalamın həyat yoldaşı nişan mərasiminin təşkilatçısı idi. Bir qədər sonra Bəhmən də gəlib çıxdı. O, İslam Keşikçilərin Korpusunun xüsusi geyimində həmişəkindən də ucaboy və yaraşıqlı nəzərə çarpırdı. Mən əynimə noxud rəngində bir don geyinmişdim. Saçlarımı isə özüm saç ütüsü ilə ütüləmişdim. Makiyajdan istifadə etməmişdim.

Əmimin həyat yoldaşı əlində bir neçə hədiyyə qutusu ilə otağa daxil oldu. Məni görəndə şadyanalıq etdi. Onun səsini eşidən bütün xanımlar mənim otağıma yığışdılar. Həyətdən Bəhmənin səsi eşidildi: “Ana, bəsdir. Bilirsən inqilabda nə qədər şəhid vermişik?”

Mitra ilə Röya Bəhmənin sözünə fikir vermədən əl çalmağa davam etdilər, mənimlə əmim yoldaşının qarşısına keçib rəqs etməyə başladılar. Həyətdən yenidən Bəhmənin səsi ucaldı: “Orada nə xəbərdir? Bu qədər səs-küy salmayın. Belə bir iş tutmağa necə razı ola bilərsiz? Bir görün inqilabda nə qədər adam şəhid olub”. İnqilab qələbə çaldıqdan sonra əmimin həyat yoldaşı hamıdan çox dindar olub, diqqətlə hicaba riayət edirdi. Bununla belə, bizə göz vuraraq dedi: “Heç nə olmaz. Siz davam edin, amma yavaşca”. Mitra ilə Röya ətrafımda rəqs edərək, ədabazlıq edirdilər. Əmim yoldaşı dedi: “Eybi yoxdur, bu gün toy günüdür”. Siddiqə xalam bizə tərs-tərs baxaraq dedi: “Gərək beşinci sütunu yaddan çıxarmayıb, ehtiyat saxlayaq”. Təəccüblə xalama baxıb soruşdum: “Beşinci sütun nədir?” Qohumlarımız yavaş-yavaş toya uyğun tər-təmiz və rəngarəng geyimlərdə evimizə yığışmağa başlayırdılar. İnqilabi mahnıların səsi kəsilmirdi. Bu arada “Azadlıq fəryadı” mahnısı hamını vəcdə gətirdi. Bu inqilabi əsərin musiqisinin müəllifi Əhməd Əli Rağebdir. Əsər 1980-cı ildə Məhəmməd Qolriz tərəfindən ifa olunub. Əsərin bir hissəsi belədir:



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin