Яли Камали архивиндяки «Короьлу» дастанынын


Əski oğuzların yaşadıqları yerlər



Yüklə 1,1 Mb.
səhifə17/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   13   14   15   16   17   18   19   20   ...   77
Əski oğuzların yaşadıqları yerlər

VIII əsrin ilk yarısında dikilən Orxon abidələrindəki kitabə­lər mövzu etibarilə oğuzlardan çox bəhs edər; bu kitabələrdə “oğuz”dan başqa bir də “Doqquz oğuz” təbiri vardır. Çox zaman bu doqquz oğuzlar oğuzlardan ayrı bir camiə olaraq qəbul edil­mişdir. Fəqət sonralar oğuzların və doqquz oğuzların eyni olduğu qənaəti hasil olunmuşdur. “Orxon abidələrindən “Gün Təkin” adı­na olan birinci abidənin şimal yüzində “Yolluğ Təkin” in iza­hatı da bu qənaəti təyir etməkdədir. “Yolluğ Təkin” doqquz oğuz­lar ilə bir yıl içində beş dəfə müharibə etdigini söylədikdən sonra bu müharibələrin vüqu bulduğu yerləri birər-birər sayıyor və bu əsnada eyni təbiri oğuz kəlməsilə ifadə ediyor. Bu surətlə doqquz oğuz oğuzlardan bir şöbə olduğu qəbul edilən oğuzlar – yenə Or­xon abidələrinin yazısından anlaşıldığına görə – ilk zamanlar Tu­la-Tuğla nəhri hövzəsində yaşamışlardır. Zaman keçdikcə Çinə və sair yerlərə köçən oğuzlardan mühüm bir qismi A.Tuman­ski­nin ifadəsinə görə1 bir aralıq “Seyram, Almalıq, Köçüldağ, Ulu­dağ və İssığ-göl sahəsində yaşamışlardır. Zaman keçdikcə Çinə və sair yerlərə köçən oğuzlardan mühüm bir qismi A.Tuman­ski­nin ifadəsinə görə bir atalıq “Seyranı, Almalıq, Köçüldağ, Uludağ və İssıg-göl sahəsində yaşamışlardı. Oğuzlar buradan sonra Sey­hu­nun (Sır-Dərya) aşağı cəhətlərinə sığışmışlardır və Mavəray-i Xəzri sahəsinə qədər dağılmışlardı.

Bu sahələrdə böyük bir əksəriyyət ilə yerləşən oğuzlar öz­lərinə mərkəz olaraq “Yeni cənd – Yeni kənd” şəhərini təsis etmişlərdir1. Əşirət dövrü cəmiyyətləri kibi bir-birini boğazlayıb məhv etməklə məşğul olan oğuzlar, Seyhun və Mavəray-i Xəzər sahəsində də tutunamayıb şimal-qərbə və cənuba axına keçdilər. Bir qol Xəzərin şimalındakı yolu təqib edərək Şərqi Rusiya torpaqlarına hicrət etdilər. O biri qolu da Xəzər dənizinin şərq tərəflərinə və İranın şimali-qərb ölkələrinə endilər2. VII əsrdə Əməvi dövlətinin əsgərləri İranın qərb cəhətlərini istila edərkən buralarda yaşayan oğuzlara rast gəlmişlərdi3. Bu tarixdən əvvəl bu cəhətlərdə oğuzların bulunub-bulunmadığı haqqında məlumat verən başqa bir məxəz hənuz bulunamadı. Bununla bərabər İbn əl-Əsirin miladi VII əsrdə İranda ərəblərin oğuzları gördüklərinə aid məlumatına istinadən oğuzların və bu əsrdən əvvəlcə də ora­lara gəlib yerləşdigi ehtimalı da xatirə gələn şeylərdəndir.

Bu tarixdən sonra Xorasandan əski Ermənistana qədər uza­nan yerlər Oğuzların axınlarınə, köçəbə sitəmində istilalarına mey­dan olmağa başladı.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin