Яли Камали архивиндяки «Короьлу» дастанынын


Naxçıvan Evimə ozan gəlib, Pərdəni pozan gəlib. Gündüz olan işləri, Gecə yazan gəlib. Gəncə



Yüklə 1,1 Mb.
səhifə64/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   60   61   62   63   64   65   66   67   ...   77
Naxçıvan
Evimə ozan gəlib,

Pərdəni pozan gəlib.

Gündüz olan işləri,

Gecə yazan gəlib.



Gəncə
Qızım-qızım qızına,

Qızımı verəm ozana.

Ozan axca qazana,

Qızım gecə bəzənə.



Şəki42

7. Əski Alman şərqiyyatçılarından Fon Ditsin, 1815-ci sənə­sində təb etdirdiyi Şərq materialları güllüyyatı içində “Həzətür­risalə min qəlimati Oğuznamə əl məşhur” “Atalar sözü» adlı bir risalə də vardır.43

Bu risalə adından da məlum olduğu üzrə «Oğuznamə»nin havi olduğu atalar sözlərindən yapılma bir məcmuədir. Bundakı atalar sözlərindən əlimizdə olanlardan bəziləri az-çox şəkilini dəyişdirməklə indii də Azərbaycan xalqı arasında yaşamaqdadır.

Oğuznamədə: «İgidlik et, dənizə at! Balıq bilməsə xaliq bilər».

Azərbaycanda indiki şəkili:«Yaxşılış et, at dəriyaya, balış bilməsə xalıq bilər».

Bu kimi atalar sözü də, «Oğuznamə»nin Azərbaycanda intişarı təyin etməkdədir.

8. XVII əsrin türk səyyahlarından Evliya Çələbi öz səya­hətnaməsində Dərbənd şəhərinin «ziyarətgahı çəbəlil ərbəin», yəni qırxlar məkandan bəhs edərkən Qorqud Atasının qəbrini bu qəbiristanda gördüyünü aşağıdakı sətirlərdə qeyd etməkdədir:

«...Qırx ədəd qəbri əzim olub ziyarətgahı ənamdır, (ziyarət­gahı Dədə Xurxud ulu sultandır). Şirvanlılar bu sultana müətək­kiddirlər”.44 Bu qeyddə anlaşıldığına görə, Qorqudun xatirəsi əski Azərbaycanlılar arasında qüdsi bir mahiyyət almışdır. Qorqudun böylə əhəmiyyət qazanması, onun çox geniş ölçüdə nüfuza malik olduğunu göstərir ki, bu da onun “Oğuznamə” nağıllarını eldən-elə gəzərək çalıb oxuması sayəsində vicudə gəlmişdir.

9. “Oğuznamə” nağıllarının qəhrəmanlarından Qazan ilə zöv­cəsi Burla xatun adına Cənubi Azərbaycanda iki qəbir bu­lun­ması da «Oğuznamə»nin Azərbaycandakı mövqeini göstərən və­siqələrdəndir. Bu qəbirləri gözü ilə görən alman səyyahı Olearius bu cəhəti aşağıdakı sətirlər ilə izah edir:

«...Qazan öldürüldükdən sonra Təbriz civaridə Aci nəhr kə­na­rında dəfn edilmişdir. İndii də45 onun qəbrini orada görmək olur. Urmiya qələsi civarında onun zövcəsi Burlanın qəbrini də mənə göstərdilər».46

Burlaxatunun şəxsiyyəti haqqında tədqiqat yapan akademik Bartold bu vaxta qədər məlum olan tarixi simalar arasında Burla Xatun adına təsadüf edilmədiyini və bu adın yalnız «Qorqud ki­tabı»nda bulunduğunu, türk tarixi haqqındakı geniş tətəbbööatinə istinadan qeyd etməkdədi.47



10. «Oğuznamə» adı haqqında yapılmış qıssa bir tədqiqdə fi­kirimizi təyid edəcək bir qiyməti vardır. Türk kitabiyyat mutəxəs­sislərindən Burusali Məhəmməd Tahirin yaddulları içində mənbə­sini göstərmədiyi bu parçaya təsadüf edirik. Lisan və imlası ey­nən mühavizə edilmişdir: «...Türk qövmünə mənsub əqvam haq­qında yazılan Milli tarixlərin ən dəyərlisi, əldə bulunan bəzi əma­rə­lərə nəzərən,(«Uğuznamə») olamaq lazım. Bu tarixi qəbirin hic­rətin bin tarixinə qədər Azərbaycan tərəfilərində mövcut oldu­ğu bəzi vəsaiyiklə müsbət isə də bu gün əlimizdə mövcud deyildir.48

Bursalı Məhəmməd Tahir hər nə qədər «Oğuznamə»yi yan­lış olaraq tarixi qəbir şəklində qəbul edirsə də Azərbaycan top­raqlarında «Oğuznamə» deyilən bir şeyin yaşıdığını, müdəkkiklər arasında ilk dəfə hifs etmiş olduğu için yazısının hər halda bir xüsusiyyəti vardır.

Yuxarıdan bəri izah etdiyimiz bu vəsiqələr, «Oğuznamə» nağıllarının hicri tarixinin ilk əsrlərindən başlayaraq XVIII əsrə qədər Azərbaycanlılar arasında yaşadığını qəti surətdə isbat et­mək­dədir.49

Bu qüvvətli vəsiqələrə istinad edərək “Oğuznamə”yi Azər­baycan xalq ədəbiyyatında məhsul sayma icab etdiyi kimi, havi olduğu tarixi qiymət etibarilə də ədəbiyyatımızın ilk əsəri olaraq qəbul etmək lazım gəlir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin