Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə66/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   62   63   64   65   66   67   68   69   ...   77
"Oğuznamə"

Cahan Türkologiyasının ictimai və iqtisadi həyatlarını çox zəif və az tədqiqi etdiyi oğuz türklərinin "Oğuznamə" adında dastanı bir kitabları olduğu ötədən bəri məlumdur.



Oğuz daha Azərbaycan və Qafqaza gəlmədən əvvəl, yəni Tür­küstan steplərində köçəri bir həyat sürərkən xalq şair və həkimi demək olan ozanlar əşirətdən-əşirətə dolaşaraq çadırlarda qurulan şülən-bəylik qonaqlıqlarda50 və başqa xalq yığın­caq­larında oğuzların mənkəbələrini bəstələr ilə oxuyaralardı.51 Bu mənkəbələr başqa türk şöbələrinin yaratdığı əfsanələr kimi əv­vəlcə şifahi bir şəkildə olaraq bütün xalq içində yayılmış və yerləşmiş bulunurdu. Sonradan kağız üzərinə gömülmüşdür ki, "Oğuznamə" adının bir yerə toplandıqdan sonra verilmək ehtimalı daha çoxdur. Qüvvətli bir ehtimala görə "Oğuznamə" adının ya əcəm müvərrixləri və yaxud da əcəmləşmiş türk tarixçiləri tərəfindən verildiyi qənaətindəyiz.

Mövzuları əsrlərcə yaşayaraq xalqın bədii ehtiyaclarını tə­min edən "Oğuznamə" müsəlmanlıqdan əvvəlki etiqad və ehti­yatların izlərini daşıyardı.52 Zaman keçdikcə müxtəlif səbəblərlə bilxassə ərəb dininin yerləşməsini mütəaqib qüvvətli bir surətdə inkişaf eləyən Quran kulturasının təsiri altında "Oğuznamə"nin dastanları yerini İslami bir şəkildə olan başqa xalq "məbəd"lərinə tərk edərək meydandan qalxmışdır.



Oğuz mənkəbələrinin, xalq ədəbiyyatından qalmış islamiy­yətin başlanğıclarında olmamışdır. Bunlar müsəlmanlığın intişa­rından son­ra da çox zamanlar qüvvətlə yaşamışdır. Azərbaycan və Qafqaz Oğuzları içində XVIII əsrin ikinci yarısına qədər da­vam etdiyini bizə bir neçə vəsiqə isbat edir. Türkiyənin kitabiyat müəlliflərindən Bursalı Məhəmməd Tahir məxəz göstərmədən, «Oğuznamə»nin XVI əsrə qədər xalq arasında yaşadığını bu sə­tirlərlə qeyd edir: “Türk qövmünə mənsub əkvam haqqında ya­zı­lan milli tarixlərdən ən dəyərlisi əldə bulunan bəzi imarələrə nə­zə­rən «Oğuznamə» al­maq lazım gəlir. Bu tarixi kəbir hicrətin bir tarixinə qədər Azər­baycan (Qərb-Şimali İran) tərəfində mövcud olduğu bəzi vəsaiklə müsbət isə də bu günkü gündə əlimizdə mövcud deyildir.53 Mə­həm­məd Tahirin ümumi rəvayətlərinin tə­siri altında olaraq tarix54 adı ilə deyiriz.

Göstərdiyi Oğuz mənkəbəsi izlərinin yaşadığı tarix XVI əsr sərhədini keçdiyini görürük. Bizim əhalimiz arasında XVII əsrdə o mənqəbələrin yaşadığı 1638 tarixində Dərbənd şəhərini ziyarət edən səyyah Oleari XVIII əsrdə mövcud olduğunu 1722-ci ildə köhnə Rusiya çarı Böyük Pyotrun knyazlarından Kantemirdən nəqlən qeyd edir. Zəmanəmizdə yaşayan xalq məsəlləri (nağılları) səlahiyyət sahibi türkoloqlar tərəfindən tədqiq edilirsə əski mən­qəbələrimizin təsirlərinin bulunduğunu tapmaq və yaxud onların başqa şəkillərə girdiyini görmək ehtimaldan uzaq deyildir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin