Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Ağqoyunlu dövlətinin xarici siyasəti



Yüklə 1,84 Mb.
səhifə30/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   103
Ağqoyunlu dövlətinin xarici siyasəti. Ağqoyunlu dövləti Azərbaycanın bu vaxta qədərki tarixində Avropa ölkələri ilə ən geniş əlaqə yaratmış ilk dövləti idi. Uzun Həsən Qərb ölkələri ilə ticarət əlaqələri, xüsusilə ipək ticarəti yaratmışdı. Digər tərəfdən, o, öz ordusuna müasir silahlar almaq, Azərbaycanda topçuluq sənətini inkişaf etdirmək üçün Avropa ölkələrindən artilleriya mütəxəssisləri də dəvət etmək istəyirdi. Onun xarici siyasətində əsas istiqaməti Osmanlı imperatorluğu ilə münasibətlər təşkil edirdi. XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq, Ağqoyunlu dövlətinin Osmanlı imperatorluğu ilə münasibəti kəskinləşdi. Sultan II Mehmet Osmanlı imperatorluğunu Azərbaycan ipəyinin böyük rol oynadığı Avropa-Şərq ticarətində vasitəçilik edən dövlətə çevirmək istəyirdi. Osmanlı sultanı Qafqazı, xüsusilə Azərbaycanı tutmaq üçün səy göstərirdi.

Ağqoyunlu-Osmanlı münasibətlərinin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamamışdı. Ağqoyunlular hakimiyyətə gəlməmişdən əvvəl Trabzon yünan imperiyası (1204-1461) ilə dostluq əlaqəsi yaratmışdılar. Uzun Həsən Tabzon imperatorunun qızı Feodora-Dəspinə xatınla evlənmişdi. Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti vardı. Ağqoyunlu tacirləri bu şəhər vasitəsilə Krımdakı mərkəzləri ilə də əlaqə saxlayırdılar. Buna görə II Mehmet 1461-ci ildə Ağqoyunlu dövləti ilə müharibəyə Trabzon üzərinə hücumla başladı. Uzun Həsən Trabzonu müdafiə etməli oldu. İlk döyüş Qoyluhisar adlanan yerdə baş verdi. Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, Uzun Həsən hələlik osmanlılarla sülh bağlamaq qərarına gəldi, öz ağıllı və güclü məntiqi ilə tanınan anası Sara xatını Sultanın düşərgəsinə - Bolqar dağına göndərdi. Uzun

Həsən onun qarşısına 2 vəzifə qoydu: I, o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, çünki Ağqoyunlu dövləti güclü deyildi və onlara arxadan Qaraqoyunlular və Teymurilərin hücumu gözlənirdi. II, Sara xatın sultanı Trabzonu fəth etməkdən döndərməli idi. Sultan 1-yə razı oldu, 2-ci məsələdə isə fikrindən dönmədi. II Mehmet Trabzon üzərinə yeridi və Uzun Həsənin arxadan hücum etməyəcəyinə əmin olmadığı üçün Sara xatını elçilərlə birlikdə özü ilə apardı. Sara xatın yol boyu yenə də sultanı Trabzonu fəth etməkdən çəkindirməyə çalışdı. 30 gün mühasirədən sonra, 1461-ci il avqustun 15-də Trabzon osmanlılar tərəfindən zəbt edildi. Ticarət mərkəzi olan Trabzonun əldən çıxdığını görən Sara xatın öz gəlininin-Dəspinə xatının Trabzon taxtına varislik hüququnu irəli sürdü. O, Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı.

Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Uzun Həsən eyni zamanda bir neçə yerdən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqə yaratmağa başladı. Avropa dövlətləri 2 türk dövləti arasında ziddiyət salmağa çalışırdılar. Uzun Həsən isə bunu lazımı cəhətdən qiymətləndirə bilmədiyindən Avropa ölkələri ilə ticarət əlaqələrini Osmanlılarsız

möhkəmləndirməyə çalışırdı. Azərbaycanın cənub torpaqlarında hasil olunan ipək Şərqlə Qərb arasındakı ticarətdə vasitəçilik edən Venesiyanın toxuculuq manufakturalarını təmin edirdi.

1463-cü ildə Venesiya-Osmanlı müharibəsinin başlanması bu əlaqələri daha müntəzəm etdi. 1464, 1472-ci ildə isə Katerino Zeno da daxil olmaqla bir neçə diplomat Təbrizə Ağqoyunlu sarayına gəldi. Öz növbəsində, Uzun Həsənin elçiləri də Avropa ölkələrinə gedir, danışıqlar aparırdılar. 1475-ci ildə III İvan danışıqlar üçün Marko Rossonu Uzun Həsənin yanına göndərdi. Lakin Qızıl Ordu xanı onu qabaqlayıb, qiymətli hədiyyələrlə 200 nəfərlik nümayəndə heyəti göndərərək, Qızıl Ordunun cənub sərhədlərinin pozulmaması haqda Uzun Həsəndən təminat almışdı. Venesiya hökuməti ilə danışıqlar nəticəsində 1472-ci ilin yazında Təbrizdə Osmanlı dövləti əleyhinə bağlanan hərbi ittifaqın planına uyğun olaraq həmin vaxtda Uzun Həsən Osmanlılar üzərinə hücuma keçdi. Mirzə Yusif xanın başçılığı ilə ağqoyunlular qələbə çalaraq Aralıq dənizi sahillərinə çıxdılar, lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirən Venesiya gəmiləri yox idi. Venesiya dövləti 2 türk dövlətini qarşı-qarşıya qoyub aradan çıxdı.

Müharibənin ağırlığı Ağqoyunlu dövlətinin üzərinə salındı. II Mehmet öz rəqiblərini bir-birindən ayırdı və müharibədə qazandı. Şahzadə Mustafanın başçılığı ilə Ağqoyunlulara qarşı 60 min nəfərlik qoşun göndərildi. Ağqoyunlular Beyşehir yaxınlığında məğlub oldular. Qışda hər iki tərəf müharibəni müvəqqəti dayandırdı.

Sultan II Mehmet öz elçisi ilə Uzun Həsənə məktub göndərərək, 1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini bildirdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildiyinə görə, onları Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Uzun Həsəni Anadolunun şərqində qarşılamaq qərarına gəlmişdi. Fəratın sol sahilində Ağqoyunlular, sağ sahilində isə Osmanlı qoşunu duşərgə saldı.

1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmet məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən rədd etdi.

1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri II Mehmetin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Otluqbeli adlanan yerdə qabaqladılar, 8 saat davam edən Otluqbeli, bəzən Tərzincan adlanan bu döyüşdə Osmanlı piyadasının, xüsusilə yenicəri alaylarının inadlı əks-hücumlarına davam gətirə bilmədilər və məğlub oldular.

1474-cü ilin aprelində kürdlər Venesiya diplomatı İosafat Barbaronu və onunla Ağqoyunlu elçilərini qarət etdilər. Hacı Məhəmməd başda olmaqla Ağqoyunlu elçiləri öldürüldü. Həmin ilin mayında Şirazda Uzun Həsənin böyük oğlu, Şirazın varisi Uğurlu Məhəmmədin başçılığı ilə iri feodalların qiyamı başladı. Belə feodallardan biri 3000 nəfərlik süvari ilə Təbrizə hücum etdi. Hökmdarın oğlu Maqsud bəy öz süvari dəstəsi ilə köməyə gəldi və Təbrizin təhlükəsizliyi təmin olundu. Uzun Həsən isə Şirazda oğlunu məğlub etdi, ağır yaralanan Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı. Sultan Uğurlu Məhəmmədi təntənə ilə qarşıladı, qızı Gövhərxan Sultanı ona ərə verdi. Onların bir oğlu oldu-Gödək Əhməd. II Mehmet Uğurlu Məhəmmədə hərbi qüvvə verib onu Sivasa Azərbaycanla Osmanlı sərhədinə hakim təyin etdi. Uzun Həsən isə oğlunu tutub Təbrizdə edam etdirdi. Osmanlı sultanı Sivasda olan qızını və nəvəsini İstanbula gətirdi.

İqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə açıq müqaviməti, ümumxalq narazılığı-bütün bunlar Ağqoyunlu dövlətinin dağılmasını yaxınlaşdırdı.

Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi. 1477-ci ildə Uzün Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. Uzun Həsəndən sonra onun oğlu Yaqub Mirzə (1478-1490) taxta çıxdı. O, Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək dostluq əlaqələrini daha da möhkəmləndirdi. Lakin Ərdəbil hakimliyinin möhkəmlənməsi onun üçün təhlükə yaratdığına görə hər iki tərəf arasında ziddiyyət başlandı.

Yaqub Mirzənin qəfil ölümündən sonra oğlu Baysunqur (1490-1492) taxta çıxdı. İlk vaxtlar Ağqoyunlu dövlətini Baysunqurun adından idarə edən Sufi Xəlil bütün rəqiblərinə qalib gəldi. Az sonra Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı.

1491-ci ilin yayında Van yaxınlığındakı döyüşdə Sufi Xəlil məğlub oldu. Bicanoğlu hakimiyyəti ələ aldı, lakin Baysunqura toxunmayıb, Ağqoyunlu dövlətini onun adından idarə etməyə başladı.

1492-ci ildə Əbih Sultan Sufi Xəlil tərəfindən dustaq edilən Rüstəm Mirzəni (Uzun Həsənin nəvəsi) Əlincə qalasından xilas etdi, onun namizədliyini irəli sürdü. 1492-ci il mayın əvvəllərində Bərdə yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu ilə döyüşə getdi. Rüstəm Mirzə qalib gəldi. Bicanoğlu Diyarbəkirə çəkildi və orada öldürüldü. Baysunqur Şirvana, Fərrux Yasarın yanına qaçdı.

1492-ci il mayın sonunda Rüstəm Təbrizdə Ağqoyunlu taxtında oturdu. Ağqoyunlu dövlətini Əbih Sultan idarə edirdi.

XVI əsr tarixçisi Həsən bəy Rumlu yazır ki, 100 il ərzində Qaraqoyunlu və Ağqoyunlu padşahlarından heç biri Rüstəm padşah qədər soyurqal paylamamışdı. Lakin o, 5 il (1492-1497) Ağqoyunlu dövlətini idarə etsə də, iri köçmə feodallar qüvvətləndilər və mərkəzi hakimiyyətə tabe olmaq istəmədilər.

1492-ci ilin sonunda hakimiyyətdən devrilmiş Baysunqur, babası Fərrux Yasarın köməyi ilə Bərdə-Gəncə arasında Rüstəmə qarşı döyüşə girdi, lakin məğlub oldu. Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər yaxınlığında məğlubiyyətə uğradı, özü isə öldürüldü. Rüstəm padşah soyurqal torpaq paylamaqla köçmə əhalini özünə qarşı qaldırdı. Bundan istifadə edən Gödək Əhməd Ərzincana gəldi və Əbih Sultanın başçılığı ilə köçmələrin bir hissəsi onunla birləşdilər.

1496-cı ilin yayında Gödək Əhməd Azərbaycana hücum etdi. Sultaniyyə yaxınlığında Ağqoyunlular məğlub oldu. Gödək Əhməd 1496-cı ilin sonunda Naxçıvan yaxınlığında Rüstəm Mirzənin əsas hərbi qüvvələrini məğlub etdi, özünü də əsir aldı. O, 1497-ci ildə Təbrizə daxil oldu və Ağqoyunlu taxtına çıxdı. Gödək Əhməd Əbih Sultandan ehtiyat etdiyi üçün Kirman mahalını ona bağışladı. O, bir sıra vergi islahatları keçirdi, şəriətdə göstərilməyən 20-yə qədər vergi və mükəlləfiyyəti ləğv etdi. Gödək Əhmədin daxili siyasətinə qarşı bəzi əyanlar İran İraqında və Farsda qiyamlar qaldırdılar.

1497-ci il dekabrın 13-də İsfahan yaxınlığında Gödək Əhməd məğlub oldu və öldürüldü. Təqribən 7 ay hakimiyyətdə olan Gödək Əhməd məqsədinə nail olmadı. Gödək Əhmədin ölümündən sonra Əbih Sultan 1497-ci ilin dekabrında Muradı (1497-1498) Qum şəhərində Ağqoyunlu hökmdarı elan edərək, onun adından pul kəsdirdi. Murad Əbih Sultandan asılı olmaqla Ağqoyunlu dövlətini, qardaşı Məhəmməd Mirzə isə Muradın vassal asılılığını qəbul etməklə Yəzdi idarə etməyə başladılar.

1499-cu ilin sonunda Muradın əmisi oğlu Əlvənd Təbrizi ələ keçirdi. Ağqoyunlu taxtı uğrunda 2 güclü varis - Murad və Əlvənd arasında mübarizə kəskinləşdi. 1500-cü ilin əvvəllərində dərviş Baba Xeyrullahının köməyi ilə Təbriz yaxınlığında Əbhər adlanan yerdə onların arasında sülh sazişi imzalandı.

Bu müqaviləyə görə, Qızılüzən çayı sərhəd olmaqla Diyarbəkir, Azərbaycanın Kürdən cənubdakı hissəsi və Qarabağ Əlvəndə, bütün Ərəb İraqı, Fars və Kirman isə Murada çatdı. Bu parçalanma Ağqoyunlu dövlətinin süqutuna gətirib çıxardı.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin