Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə34/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   103
İstifadə edilmiş ədəbiyyat.

1. Azərbaycan tarixi 7 cilddə. Üçüncü cild Bakı “Elm”. nəşriyyatı 2007.

2. Z.M.Bünyadov və Y.B.Yusifov “Azərbaycan tarixi” Bakı 1994, 2005.

3. Mahmud İsmayıl “Azərbaycan tarixi” Bakı 1992.

4. İsmayıl Məmmədov, Azərbaycan tarixi. Bakı 2005.

5. İradə Nuriyeva. Azərbaycan tarixi. Bakı: 2015.

6. İ.Əliyev “Azərbaycan tarixi” Bakı, Elm nəşriyyatı 1993.

7. Süleyman Əliyarlı “Azərbaycan tarixi” Bakı 2009.


Mövzu: Azərbaycan Səfəvilər dövləti

Plan:

1. Səfəvilər dövlətinin yaranması

2. I Şah İsmayılın daxili və xarici siyasəti

3. Səfəvilər dövlətinin tənəzzülü

4. Səfəvilər dövlərtinin süqutu
Azərbaycan tarixinin ən qüdrərli dövlətlərindən biri, bəlkə də birincisi Səfəvilər dövlətidir. Səfəvilər Dövləti və yaxud Dövlət-i Səfəviyyə 1501-ci ildən 1736 ilə qədər Azərbaycandan başlayaraq bugünkü İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakis­tan, cənubi Türkmənistan ve şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi döv­lətdir. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan Türkcəsini əsas rəsmi dil, 12-imam Şiəlik məzhəbini isə rəsmi din kimi qəbul etmiş hakim sülalədir.

Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilan­dakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Sünnilərin şiələri təqib etdiyi üçün təqiyyə etdi və sünni kimi tanındı. Şeyx Əli dövründə təqiyyə aradan götürüldü. Daha sonra Şeyx Cüneyd dövründə Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün mübarizəyə başladılar. Şeyx Cüneyd 1459-cu ildə Şirvana hücum etdi və Samur çayı sahilində məğlubiyyətə uğradı, özü isə şəhid oldu. Daha sonra hakimiyyətə keçən Şeyx Heydər bu mübarizəni davam etdirdi. Şeyx Heydər dövründə onun müridləri Qızılbaş adlanmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları səbəb oldu. Daha sonra Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana hücumlar etdi. Sonunca səfərdə Şeyx Heydər şəhid edildi və Qızılbaşlar Ərdəbilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət Şeyx İsmayıl tərəfindən davam etdirildi.

1499-cu ildə Şeyx İsmayıl öz tərəfdarlarını toplamaq üçün hərəkətə başladı. 1499-cu ildə Ərçivanda daha sonra isə Çuxursəəddə məskən salaraq öz tərəfdarlarını topladı. 1500-cü ildə Ərzincana doğru hərəkət etdi. Anadolu, İraqSuriyada olan tərəfdarlarıda ona qoşulduqdan sonra 1500-cü ildə 7 minlik orduyla Şirvana daxil oldu. Həmin il Cabanı adlı yerdə Şirvanlıları məğlub etdi və Şirvanşah öldürüldü. 1500-cü ildə Bakını tabe etdi və Gülüstan qalasını mühasirəyə aldı ancaq, Azərbay­can Sultanı Əlvəndin yaxınlaşmasını eşidib mühasirəni dayandırıdı və Sultan Əlvən­də qarşı hərəkətə başladı. 1501-ci ildə Şərur yaxınlığında Sultanın 30 minlik ordu­sunu dağıtdı. Sultan Diyarbəkirə qaçdı. Şeyx İsmayıl və tərəfdarları Təbizə daxil oldu­lar. 1501-ci ildə İsmayıl Azərbaycan şahı elan edildi və beləliklə Azərbaycanda hakimiyyət Səfəvi sülaləsinə keçdi.

1499-cu ildə Ərdəbil şeyxlərinin məsləhəti ilə İsmayıl Lahicanı tərk edir və Ərdəbilə üz tutur. Burada o qızılbaş müridlərini öz ətrafına toplayır. Deyləmdən, Taromdan keçərək Xalxala gəlir. Yolboyu İsmayıl Azərbaycanın digər ərazilərindən, Anadoludan çoxlu sayda tərəfdaşı qoşulur. Qışı Ərcivanda keçirir. 1500-cü ildə Cabanı döyüşü Fərrux Yasarın, 1501-ci il Şərur döyüşü Əlvənd Mirzənin məğlubiyyəti ilə nəticələnir.

1501-ci ildə Təbrizə daxil olan İsmayıl özünü şah elan edir. 1503-cü il 21 iyun Almaqulağı döyüşü Murad Mirzənin məğlubiyyəti və Səfəvilərin tam qələbəsi ilə sona çatır.

1503-cü ildə I Şah İsmayıl müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Muradın yanına göndərdi və ona tabe olmağı təklif etdi. Rədd cavabı alan şah 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru irəlilədi. Alamaqulağı deyilən yerdə qızılbaşlar ağqoyunlularla qarşılaşdı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu və qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə Qum, Kaşanİsfahanı, 1504-cü ildə isə YəzdKirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə VanƏrzincanı, 1508-ci ildə isə Ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal etdi və şaha təhqiredici məktublar göndərərək onu hədələdi, Azərbaycanaİraqa gələcəyini bildirdi. İsmayıl isə cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi məsləhət gördü. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və Mərv yaxinlığında Məhəmməd xanı məğlub edərək Xorasanı ələ keçirdi. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə QaramanMalatyanı tabe edən şah daha sonra Təbrizə döndü.



Osmanlının Azərbaycanı işğal etmək planı II MehmetII Bəyazid dövründə baş tutmadı. Azərbaycan sultanları Uzun HəsənYaqub onları dayandırıdı və sülhə məcbur etdi. Ancaq, Osmanlı niyətindən əl çəkmədi. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. Öz işğalçılıq planını pərdələmək üçün Ədirnədə fövqaladə divan çağırdı. Bu divanda sünni üləmalar Qızılbaşları (şiələri) kafir və onlarla müharibənin doğru olduğuna fətva verdilər. Daha sonra I Səlimin əmriylə Anadoluda 40-70 min arasında şiə qılıncdan keçirildi.

1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Belə olduqda şah 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirmali olan Portuqaliya İran körfəzinə hücum etdi və Səfəfvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi Qızılbaşları cənuba, portuqa­liya­lılara qarşı, Qara xanı isə Diyarbəkiri alamaq üçün göndərdi. Amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq şəhid edildi. Həmçinin portuqaliyanı körfəz­dən çıxarmaq olmadı.



Gürcüstan XVI əsrdə bir neçə çarlığa parçalanmışdı. Çarlıqlar arasında müharibə gedirdi. Bu müharibədə Mesxiya çarı Səfəvilərə müraciət etdi və taxtının qaytarıla­cağı təqdirdə Səfəvilərə itaət edəcəyini bildirdi. Buna görə Şah I İsmayıl Əli xan Rumlunu (Div sultanı) orduya əmir təyin edərək Gürcüstana göndərdi. Əli xan bütün Gürcüstanı tabe etdi və Şahın yanına döndü. Ancaq İmeretiya çarı Mənuçöhr Osmanlıya müraciət etdi və osmanli əsgəriylə birlikdə Mesxiya çarı Davidi ölkədən qovdu. Bu səbəbdən Əli xan yenidən Gürcüstana daxil oldu və gürcü və osmanlı əsgərlərini Dəbil yaxınlığında məğlub etdi. Bundan sonra bütün gürcü çarları Şah I İsmayılın yanına gələrək tabeçilik göstərdilər.

1524-cü ildə Şah I İsmayıl vəfat etdi və oğlu Təhmasib şah oldu. Şah I Təhmasibin hakimiyyəti dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusuyla şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi. Şahın şərqə səfərindən istifadə edən Luristan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə Bağdadı aldı. Bununla əlaqədar şah Bağdadı mühasirəyə aldı və həmin il Bağdadı üsyançılardan təmizləyib Məhəmməd xan Türkməni Bağdad bəylərbəyi təyin etdi. 1531-ci ildə Təbriz bəylərbəyi Üləma xan Təkəli xəyanət edərək öz əsgərləriylə Osmanlıya qaçdı. Daha sonra Üləma xan Sultan I Süleymanı Azərbaycana yürüşə təhrik etdi. 1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini keçdi. Şah I Təhmasib Qəzvinə çəkildi və sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi ancaq sultan qəbul etmədi. Qışın yaxınlaşmasıyla sultan Azərbaycanı tərk etdi və Bağdadı ələ keçirdi. Bu arada şah sultanın Bağdadı almasına qarı Van və Qarsı mühasirəyə aldı. Sultan Üləma paşanı Vana göndərdi lakin Üləma məğlub olub qaçdı və beləliklə Van və Qars ələ keçirildi. Buna cavab olaraq sultan 1535-ci ildə Azərbaycana daxil oldu Təbrizi aldı. Şah yenədə danışıq üçün cəhd etdi lakin, nəticəsiz qaldı. Daha sonra sultan əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycandan çəkildi. Bundan istifadə edən şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqasın rəhbərliyiylə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələkeçirdi, Şirvan bəylərbəyliyə çevrildi və Əlqas Şirvanın ilk bəylərbəyisi oldu. Lakin, Əlqas 1541-ci ildə qardaşina xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bunula əlaqədar Şah I Təhmasib Şirvana daxil oldu və bütün qalaları tabe etdi Əlqas isə Krima oradan isə İstanbula qaçdı və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi. 1546-cı ildə Budaq xan Qacar şahdan əmr alaraq tabeliyindəki əsgərlərlə Baburilərin hakimiyyətində olan Qəndəharı Azərbaycan sərhədlərinə qatdı. 1548-ci ildə Sulat I Süleyman 3-cü dəfə Azərbaycana hücum etdi və Təbrizi aldı lakin sultan yenədə Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi. 1550-ci ildə Şah I Təhmasib sultana elçi göndərərək sülh təklif etdi lakin, sultan yenədə qəbul etmədi belə olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxinliğinda İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycan hücum etdi lakin, uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı Azərbaycan sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Azərbaycana verildi. Bundan sonra şah şərqə döndü çünki Əfqan əmiri Şirxan Baburi hökmdarı Humayun şahı məğlub edərək Hindistanı ələ keçirmiş və Humayun şah Azərbaycana sığınmışdı. Humayun şah kömək üçün müraciətinə cavab olaraq şah 12 minlik ordunu Budaq xan rəhbərliyində ona verdi. Qızılbaşlar əfqanlara ölkədən qovub çıxardılar və Humayun şah yenidən hakimiyyəti ələ keçirdi.

Şah I Təhmasib 1576-cı ildə öldü və oğlu İsmayıl şah oldu. Şah II İsmayıl dövrü sakitlik içində keçdi. Ancaq onun hakimiyyəti uzun sürmədi və 1578-ci ildə sui-qəsd nəticəsində öıdürüldü. Hakimiyyətə isə böyük qardaşı Məhəmməd keçdi. Bu arada Osmanlılar 1555-ci il dülh müqaviləsini pozaraq Azərbaycan sərhəddini keçdilər. 1578-ci ildə Qızılbaşlar İmamqulu xan Qacar rəhbərliyində Çıldır düzündə Osman­lıları qarşıladılar. Ancaq, Qızılbaşlar məğlub olaraq Qarabağa çəkildilər. Osmanlı ordusunun rəhbəri Lələ paşa 1578-ci ildə Tiflisi ələ keçiridi və Alazan çayını keçdi ancaq o burada Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən döyüşdə Osmanlılar məğlub oldular, ancaq Qızılbaşlar Şirvanı tərk etdilər və Qaraba­ğa çəkildilər. Bunu fürsət bilən Lələ paşa Şirvanı ələ keçirdi. 1579-cu ildə Krım tatarları Şirvana soxuldular lakin, Mollahəsənli adlı yerdə məğlub olaraq qaçdılar. 1583-cü ildə Qızıl­başlar Məşəl savaşında məğlu oldular və Şirvan tamamilə Osmanlılara keçdi, həmin il Fərhad paşa tabeliyindəki əsgərlərə Çuxursədi ələ keçirdi. Osmanlıların artan hücu­mu qarşısında Şah IV Məhəmməd Qəzvinə çəkildi. 1585-ci ildə Sufiyan ərazisində döyüş baş verdi, bu döyüşdə qızılbaşlar məğlub oldular və Təbriz işğal olundu.

1587-ci ildə şah öldü və oğlu 16 yaşlı Abbas taxta çıxdı. Əslində I Şah Abbasın hakimiyyətə gəlməsi Azərbaycan Səfəvilər dövlətinin İran səfəvilər dövlətinə çevrilməsi demək idi.

Şah I Abbas 1590-cu ildə Osmanlı dövləti ilə İstanbul sülh müqaviləsini imza­ladı. Bu sülh müqaviləsi Azərbaycan torpaqlarını Səfəvi və Osmanlı dövləti arasında böldü.Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi. Şah Xorasanın Özbəklərdə qalmasına razılıq verdi və səfərə çıxmadı. Şah I Abbas sülh bağladıqdan sonra islahatlara başladı. İlk öncə tayfaların üsyankar hərəkətlərini yatırmaq üçün onların özbaşına silah gəzdirmək hüququnu ləğv etdi, qeyri türk əsasən farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Beləki orduda Qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi.

Şah Abbasın dövründə Səfəvi dövlətinin qarşısında üç vacib məsələ dururdu: Xorasanı Şeybanilərdən geri almaq, 1578-1590 cı illərdə Osmanlılar tərəfindən işğal edilmiş torpaqları geri qaytarmaq, İran körfəzində Portuqaliyanın hegemonluğuna son qoymaq və Hind okenanına çıxış əldə etmək.

XVII əsrin əvvəllərində Osmanlı dövlətinin Azərbaycanda hakimiyyəti getdikcə zəifləyirdi. Bundan məharətlər istifadə edən Şah Abbas 1603-cü ildə Təbrizi geri aldı. Bundan sonar Səfəvi ordusu Azərbaycanın şimalına irəlilədi. 1603-cü ildə Ordubad, daha sonra 1604-cü ildə İrəvan tutuldu. 1605-ci ildə Gəncə yaxınlığında Osmanlı ordusu üzərində qələbədən sonra Səfəvilər 1606-cı ildə Gəncə tutuldu. 1607-ci ildə isə Şirvan Osmanlılardan azad olundu. Bakıdakı 1607-ci ildə Osmanlılara qarşı üsyan oldu. Üsyançılar şəhəri ələ keçirdi və şaha məlumat göndərildi. Şah bu münasibətlə osmanlılardan ələ keçirdiyi qəniməti üsyançılara verdi. Bakının geri alınmasından sonra 1607-ci ildə Dərbənd də əhali tərəfindən tutuldu və şah bunun əvəzində Dərbənd əhalisini bütün vergilərdən azad etdi.

Beləliklə 1603-1612-ci illər müharibəsi Sərab sülhü ilə yekunlaşdı. Bu müqavi­ləyə əsasən, 1555-ci il Amasya sülhünün şərtləri bərpa edildi. Lakin bu sülh tezliklə pozuldu.

1613-cü ildə Şah Abbas Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüşə başladı. Bundan ciddi narahat olan Sultan I Əhməd yenidən Səfəvilərlə müharibəyə başladı. 1618-ci ildə Sərab vilayəyində, Sınıq körpü adlı yerdə döyüş baş verdi. Bü döyüş Səfəvilərin qələbəsi ilə başa çatdı, Osmanlı ordusuna ağır zərbə vuruldu.

Məğlubiyyətdən onra Osmanlı sonra Osmanlı ordusu sülh bağlamağa məcbur oldu. 1618-ci ildə Mərəndə I Şah Abbasla xəlil paşa arasında sülh müqaviləsi imzalandı.

Tezliklə Mərənd sülhü də Səfəvilər tərəfindən pozuldu. Osmanlı imperator­luğunda baş verən hərc-mərclikdən istifadə edən Şah Abbas 1623-cü ildə Bağdad da daxil olmaqla İraqı ələ keçirdi.

1629-cu ildə I Şah Abbasın ölümündən sonra hakimiyyəti I Şah Səfi gəldi. O, Azərbaycan ərazisində xeyli dəyişiklik etdi. 1634-cü ildə Sultan IV Murad Azərbaycan ərazisinə soxularaq İrəvanı və Təbrizi tutdu, lakin qışın yaxınlaşması ilə əlaqədar olaraq Təbrizdən çıxmağa məcbur oldu. 1639-cu ildə Qəsri-Şirində Osmanlı ordusu ilə Səfəvi dövləti arasında Amasya sülhünün şərtlərini təsdiq edən sülh müqaviləsi bağlandı. Bu müqavilə XVIII əsrin birinci rübünə kimi qüvvədə qaldı.

II Şah Abbasın (1642-1666), Şah Süleymanın (1667-1694) hakimiyyəti illəri nisbi sakitlik içərisində keçdi. Bu dövrdə Səfəvilərlə ruslar arasında ticarət əlaqələri genişləndi. XVII əsrin sonunda Azərbaycan iqtisadiyyatı dərin tənəzzül dövrü yaşayırdı. Bakıda neft hasilatı 2 dəfə aşağı düşmüşdü, Şabran, Zəncan, Qəbələ kimi şəhərlər acınacaqlı vəziyyətə düşmüşdü.

XVIII əsrin əvvələrində Səfəvilər dövləti xeyli zəifləmişdi. Bundan istifadə edən rus qoşunu I Pyotrun 1722-ci ilin iyunun 18-də Həştərxandan yürüşə başladı. I Pyotrun din amildən məharətlə istifadə etdi. Cənub Qafqazdakı xristian əhalisinə yürüşünün məqsədinin buranı “müsəlman zülmündən xilas etmək” olduğuu söylədi.

1722-ci ildə Dərbənd, daha sonra Rəşt şəhəri zəbt olundu. 1723-cü ildə rus qoşunu Bakıya daxil oldu. Bakıdan sonra rus ordusu asanlıqla Salyana daxil oldu.

1723-cü ildə II Təhmasibin Peterburqa göndərdiyi elçisi İsmayıl bəy şahın icazəsi olmadan Dərbənddən Gilana qədər olan Xəzəryanı ərazilərin Rusiyaya birləşdirilməsi haqda müqaviləni özbaşına imzaladı. Bu, osmanlıların maraqlarına uyğun gəlmədiyi üçün 1723-cü ildə Gəncəyə yürüş etdilər, lakin qalanı ala bilmədilər. İrəvan osmanlı qoşunları tərəfində müqavimətsiz alındı.

İsveçlə müharibəni təzəcə qurtaran Rusiya yeni müharibəyə başlaya bilmədiyində Osmanlı dövləti ilə sülh bağlamağa məcbur oldu. 1724-cü ildə İstanbulda Azərbaycan torpaqlarının bölüşdürülməsi barədə müqavilə imzalandı. Bu müqaviləyə əsasən, Xəzəryanı bölgələr Rusiyaya ,digər ərazilər isə Osmanlılara verildi.

İstanbul müqaviləsindən sonra Osmanlı dövləti Cənubi Qafqaza öz qoşununu yeritdi. 1724-cü ildə Salmas, Xoy, Mərənd, İrəvan, Naxçıvan, eləcə də, Qazax və Borçalı elləri Osmanlı hakimiyyətini tanımalı oldu. 1725-ci ilin mayında Təbriz, avqustunda isə Gəncə, dekabrında Ərdəbil Osmanlılar tərəfindən tutuldu.

XVIII əsrin 30-cu illərində Azərbaycanda vəziyyət kəskin dəyişmişdi. Ölkə ərazisi Osmanlı dövləti ilə Səfəvilər arasında gedən qanlı döyüşlər meydanına çevrilmişdi. Şah II Təhmasib və yerli feodallar dövlətin taleyi barədə düşünməli oldular. Bu məsul vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürdü. Nadir xan 1730-cu ildən etibarən Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Marağada Nadir xan Osmanlı ordusu üzərində ilk qələbəsini qazandı. 1730-cu ildə Ərdəbil, daha sonra Təbriz Osmanlılardan azad edildi. Bundan sonra Nadir xan Xorasanda baş verən üsynı yatırmağa yollandı. II Təhmasib öz nüfuzunu qaldırmaq məqsədilə 1731-ci ildə Naxçıvanı və İrəvanı Osmanlılardan geri almaq üçün hərbi əməliyyatlara başladı. Üçmüədzin yaxınlığında müharibədə qələbə qazansa da, İrəvan səmtində, daha sonra Həmədan yaxınlığında məğlub oldu. Nadir tərəfindən alınan torpaqların itirilməsindən qorxuya düşən II Təhmasib 1732-ci ildə Kirmanşahda Osmanlılarla müqavilə imzaladı. Kirmanşah müqaviləsinə əsasən, İrəvan, Gəncə, Şamaxı, Şirvan Osmanlılara, Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə verildi.

Nadir xan 1730-cu ildə Osmanlı üzərində qələbədən sonra rus qoşunlarından Xəzəryanı bölgələri tərk etməsini tələb etdi. Buna uyğun olaraq 1732-ci ildə Rəşt şəhərində Səfəvilərlə Osmanlılar arasında müqavilə imzalandı. Müqaviləyə əsasən, Kürdən cənubdakı Xəzəryanı bölgələr Səfəvilərə geri qaytarıldı.

Bundan sonra Nadir xan öz tərəfdarı olan feodal əyanlarının köməyi ilə Şah II Təhmasibi taxtdan salıb, Abbas Mirzəni III Abbas adı ilə şah, özünü isə onun qəyyumu elan etdi.Nadir xan 1732-ci il Kirmanşah sülhünü tanımadı və Osmanlılardan torpaqları geri qaytarmağı tələb etdi. Rədd cavabı alınca müharibəyə başladı. 1733-cü ildə Bağdad Osmanlı qoşunu məğlubiyyətə uğradıldı. 1734-cü ildə Şamaxı Osmanlıların əlindən alındı.

Nadir öz ordusunu Gəncəyə yönəltdi,lakin qalanı ala bilmədi. O, Xəzaryanı bölgələri rusların əlində qoyub qərbə hərəkət etməyi doğru hesab etmədiyindən rus ordusunun buradan çıxarılmasını tələb etdi. Ruslar bununla razı oldular və 1735-ci ildə Gəncə yaxınlığında müqavilə imzalandı. Rus qoşunları, müqavilənin şərtinə uy­ğun olaraq, Xəzəryanı bölgələri tamamilə tərk etdi.

1735-ci ildə Üçmüədzində Səfəvi və Osmanlı ordusu arasında döyüş baş verdi. Döyüş Nadirin tam qələbəsi ilə başa çatdı. Bundan sonra osmanlı ordusu tamamilə Cənubi Qafqazdan çıxarıldı.

1735-1736-cı illərdə Azərbaycanda ona qarşı müqavimətin qeyri-mütəşək­kiliyindən istifadə edən Nadir xan çoxsaylı qurbanlar olsa da, öz hakimiyətini bərqərar etməyə nail oldu. 1736-cı ildə III Şah Abbasın ölümündən sonra Suqovu­şanda özünü şah elan etdi. Beləliklə, bununla 235 illik Səfəvi dövlətinin hakimiy­yətinə son qoyuldu.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin