Massivdə də vektorda olduğu kimi elementlər üzərində əməliyyatlar və onların qiyməti elementin tipi ilə təyin olunur. Massivin hər bir elementinə ayrıca müraciət massivin ölçüsündən asılı olaraq bir və ya bir neçə(sətir və sütun rəqəmi ilə) indeksin köməyi ilə mümkündür. Indeks kimi sabit vədəyişən sıra tipindən, tam ədədlərdən istifadə etmək olar. Massivin elementləri isə istənilən tipdə- həm sadədəyişənin ixtiyari tipi, həmdədəyişənin mürəkkəb tipi (sətir, yazı, massiv və s.) ola bilər.
Məsələlərin həllində adətən birölçülü, ikiölçülü və üçölcülü massivlərdən istifadə olunur. Praktikada çox nadir hallardadaha böyük ölçülü massivlərə rast gəlinir.
Yazı. Cədvəl Yazı müxtəlif tipli elementərin toplusudur, məntiqi baxımdan nəzər saldıqda hər hansı obyektin elementlərinin xarakteristikaları toplusudur. Bildiyimiz kimi yazı müəyyən obyekti və ya obyektin elementini xarakterizə edən müxtəlif tipli elementlər toplusudur.
Massiv, fayl və çoxluq öz tərkibinə bir tipdə elementləridaxil etdiyi halda yazılar tərkibində ixtiyari sayda müxtəlif tipli verilənləri ( sadədəyişənlər, çoxluqlar, massivlər və fayllar) birləşdirə bilər. Yazıya daxil olan bu verilənlər yazının sahələri adlanır.
Şəkil 1.7. Yazının iyerarxik strukturu
Yazının fiziki strukturu yaddaşda ardıcıl olaraq yerləşdirilmiş elementlərdir.
Cədvəl (table). Cədvəl strukturların ümumiləşdirilmiş variantıdır.
Bildiyimiz kimi cədvəlin elementləri yazılardır. Başqa sözlə təsvir etsək cədvəl elə bir çoxölçülü massivdir ki, elementləri yazılardan ibarətdir. Cədvəl müəyyən əlamətin qiymətlərinə görə nizamlanmış və ya nizamlanmamış ola bilər. Hər bir yazı bir mənalı təyin edilir. Həmin əlamətə yazının açarı deyilir. Hər yazı uzunluğu ilə xarakterizə olunur.
Yazıdakı simvolların sayı onun uzunluğu adlanır və baytlarla ölçülür. Formalarına görə yazılar dəyişən, sabit və qeyri-müəyyən uzunluqlu ola bilərlər. Məsələlərdə adətən sabit uzunluqlu yazıları olan cədvəllərə baxırlar. Sabit uzunluqlu yazılarda ünvan belə təyin oluna bilər:
Ai = A1 + ( i – 1 ) Le A1 - 1-ci yazının ünvanı, Ai – i-ci yazının ünvanı, L - yazının uzunluğudur.
1-ci yazının ünvanı (cədvəlin başlanğıc ünvanı), yazının uzunluğu və sonuncu yazının ünvanı və ya strukturdakı yazıların sayı ilə cədvəl tipli verilənlərin ardıcıl strukturunu təyin etmək olur.
Ardıcıl strukturlar digərlərinə nəzərən üstünlüyə malikdilər. Ardıcıl strukturlarda yazılar bir-birinin ardınca arakəsmələr olmadan yerləşdirilir bu da yaddaşın qənaətlə istifadə olunmasına şərait yaradır.Bu yalnız sabit ölçülü cədvəllərdə özünü biruzə verir. Yazıların sayı naməlum olduqda bu üstünlüyün əhəmiyyəti itir. Bu halda yazıların planlaşdırılan maksimum sayına uyğun olaraq yaddaş sahəsi ayrılmalıdır.
Mövcud yüksək səviyyəli alqoritmik dillərin çoxunda cədvəllərin təşkili və işlənməsi üçün vasitələr mövcuddur.
Cədvəl üzərində aparılan tipik əməliyyatlar aşağıdakılardır:
Cədvəldəki elementlərin sayı və axtarış üsulu bu əməliyyatların yerinə yetirilməsi sürətinnə təsir edir. Çox böyük olmayan cədvəllərdə və bəzi məsələlərin həllində(cədvəlin) axtarış ardıcıl üsulla aparılır, yəni cədvəlin əvvəlindən başlayaraq axtarılan elementi tapanadək yazılara bir-bir müraciət edilir.