Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"


Mühazirə 2 Sadə strukturlar



Yüklə 0,95 Mb.
səhifə3/44
tarix10.12.2023
ölçüsü0,95 Mb.
#139013
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   44
M hazir 1 Giri sas anlay lar. M lumat

Mühazirə 2
Sadə strukturlar

Proqramlaşdırma dillərində onlara verilənlərin tipləri deyilir. Sadə strukturlara ümumi halda aşağıdakılar daxildir :



  • tam ədəd ;

  • həqiqi ədəd ;

  • simvol ;

  • məntiqi;

  • göstərici;

Tam tip –mənfi və ya müsbət işarəli nöqtəsiz ədəddi təsir edir. Ədə­din işarəsi mərtəbə şəbəkəsinin soldan ilk, yəni 0-cı (nömrələnmə sıfırdan baş­la­nır) mərtəbəsində yazılır.Ədəd müsbət olduqda "0", mənfi olduqda isə "1" kimi qeyd olunur.









0

1

2




3

1

0

1

. . .

0


Şəkil 1.3. Tam və sabit nöqtəli ədədlərin kompüterdə təsviri


Növbəti mərtəbələrdə isə tam ədədin ikilik kodu təsvir olunur (16 mərtəbəli kompüterlərdə 15 mərtəbə, 32 mərtə­bə­li kompüterlərdə 31 mərtəbə) (şəkil 1.3). Kompüterlərdə təsvir oluna bilən tam ədədlərindiapazonu belə təyin olunur:


16 mərtəbəli kompüterlərdə: - 32768÷+32767
32 mərtəbəli kompüterlərdə: - 147483648÷+2147483647.
Sabit nöqtəli ədədlərdə kəsr hissəni tam hissədən ayıran nöqtənin yeri kompüter layihə olunarkə birdəfəlik qeyd olunur və məsələlərin həll prosesindədəyişilmir. Tam ədədlərdəki kimi burada da ədədin işarəsi mərtəbə şəbəkəsinin soldan 1-ci mərtəbəsində yazılır (mənfi – "1", müsbət – "0"). Kompüterin quru­luşunda mürəkkəbliyi və əməliyyatların icra vaxtını azaltmaq məqsədilə sabit nöqtəli formada yalnız vahiddən kiçik ədədlər təsvir olunur, yəni ki, nöqtənin yeri ədədin işarəsindən dərhal sonra qeyd olunur və nöqtə işarəsi aşkar şəkildə yaddaşda yazılmır. Buna görə də, sabit nöqtəli ədədlərin təsviri 2-lik say sistemində istifadə olunan tam ədədlərin təsvirinə uycundur (şəkil 1.3).
Üstünlüklərinə baxmayaraq, sabit nöqtəli ədədlərlə işləyərkən hesablama prosesi zamanı verilənlərin göstərilən aralıq və son nəticələrinin qəbul olunmuşdiapazondan kənara çıxmaması tələb olunur. Digər halda mərtəbə şəbəkəsinindolubdaşması baş verir, bu isə səhv nəticələrin alınmasına səbəb olur. Bu catışmazlıqlardan azad olmaq üçün ədədlərin sürüşən nöqtəli formasından istifadə olunur.
Sürüşən nöqtəli formada ədəd belə təsvir olunur:
x=±mq±p ,
burada ədədin mantissası - m ,
say sisteminin əsası –q,
tərtib isə – p ilə işarə edilib.
Istənilən həqiqi ədədi sürüşən nöqtəli formada təsvir etmək olar.
Misal. 18.5 ədədini sürüşən nöqtəli formada təsvir etməli.
18.5=18.5x100=1.85 x101=0.185 x 102
Göründüyü kimi, eyni ədədi müxtəlif cür yazmaq üçün sadəcə mantissada nöqtənin yerini sürüşdürmək lazımdır. Bu zaman tərtibin qiyməti nöqtənin yerinə uycun olaraqdəyişir.
Sürüşən nöqtəli ədədin kompüterdə birmənalı təsvirini almaq üçün ədədin normallaşdırılmış formasından istifadə olunur. Normallaşdırılmış formada olan ədəddə mantissa bu şərti ödəməlidir:
q-1m<1
Yəni nöqtənin yeri ədədin sıfırdan fərqli rəqə­min­dən əvvəl qeyd edilir. Misalda verilən 18.5 ədədinin normal­laşdırılmış forması 0.185 x102-dir.
Şəkil 1.4-də kompüterdə sürüşən ədədlərin təsvir sxemi verilib

Şəkil 1.4. Sürüşkən nöqtəli ədədlərin kompüterdə təsviri


Şəkildən aydın olur ki, 32 mərtəbəli kompüterlərdə tərtib ücün 8 mərtəbə (1 bayt) , mantissa üçün 24 mərtəbə (3 bayt) ayrılır. Mantissanın işarəsi 0-cı, tərtibinki isə 24-cü mərtəbədə yazılır (müsbət – "0", mənfi – "1"). Tərtibin üçün ayrılan 7 mərtəbədə -127~+127dia­pa­zo­nun­da onluq ədəd yazıla bilər ki, buda istənilən qədər kiçik və böyük ədədlərin təsviri üçün tam kifayət edir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin