Kiçik summativ qiymətləndirmə №-1



Yüklə 44,78 Kb.
tarix08.03.2020
ölçüsü44,78 Kb.
#102271

Ədəbiyyat 8 – ci sinif BSQ – 1

Şagirdin adı soyadı: ___________________________________________ Tarix: _____ yanvar 2020 – ci il

1.Biri epik növə aid edilə bilməz:

A)Bu növdə olan əsərlərdə bir-biri ilə əlaqədar olan çoxlu əhvalat və hadisə, insan obrazları, onların həyatı, fəaliyyəti, cəmiyyəti düşündürən problemlər əhatəli təsvir olunur.

B)Bu növə daxil olan janrlarda həyat hadisələri daha çox təhkiyə, nağılolunma yolu ilə verilir.

C)Bu növdə təsvir də mühüm yer tutur. D)Bu növün qəzəl, qəsidə, qitə, rübai kimi janrları var.

E)Hekayə, novella, nağıl, povest, dastan kimi janrlar epik növə aiddir.

2.“Koroğlu və Bolu bəy” qolunda bir-birinə zidd olan əxlaqlar hansı bənddə verilmişdir? A)Mərdlik, qorxaqlıq B)Mərdlik, səmimilik C)Qorxaqlıq, yaltaqlıq D)Təvazökarlıq, igidlik E)Acizlik, yaltaqlıq

3. Fikirlərdən biri Molla Pənah Vaqifin “Hayıf ki yoxdur” qoşmasına aiddir:

A)Əsərdə ictimai mətləblər öz əksini tapmışdır. B)Heca vəznində olub, qoşma janrında yazılmışdır.

C)Şeirin son bəndində şair öz adını çəkmişdir. D)Misradaxili bölgüsü 3+5 şəklindədir.

E)Şeirin bədii təsir gücünü artırmaq məqsədilə şair bədii təsvir vasitələrinin bir neçəsindən istifadə etmişdir.



4. Aşağıda verilən şeir parçasının müəllifi kimdir?

Başına döndüyüm ay qəşəng Pəri,

Adətdi, dərərlər yaz bənövşəni.

Ağ nazik əlinlə dər, dəstə bağla,

Tər buxaq altında düz bənövşəni

A)M. P. Vaqif B) Qurbani C) Q. Zakir D) Aşıq Ələsgər E) İ. Nəsimi



5. XII əsrdə yaşayıb yaratmış sənətkarı göstərin. A)Xaqani B) İ. Nəsimi C) M. Füzuli D) Aşıq Ələsgər E) Q. Bürhanəddin

6. Verilənlərdən biri İmadəddin Nəsiminin “Ağrımaz” qəzəlinə aid edilə bilməz: A)Əruz vəznində yazılmışdır. B)Ehtimal olunur ki, bu qəzəl edam öncəsi yazılmışdır. C)Əsərdə başlıca fikir, ideya saf məhəbbətdir. D)Qəzəli oxuduqca cəsarətli, yenilməz insan obrazı gözümüz önündə canlanır. E)Şeirin bədii təsir gücünü artırmaq məqsədilə şair bədii təzadlardan istifadə etmişdir.

7. Sənətkarlardan birini Orta Dövr Azərbaycan ədəbiyyatına aid etmək olmaz. A)Şah İsmayıl Xətayi B) İmadəddin Nəsimi C) Həbibi D) Qazi Bürhanəddin E) Molla Pənah Vaqif

8. Verilən nümunə hansı bədii əsərdəndir? Qazılıq qoca etibarlı qocaları yanına cəmlədi. Yataq-yarağı ilə yola düşdü. Çox dağlar, dərə-təpələr aşdı, keçdi. Günlərin bir günü Düzmürd qalasına gəldi. O qalanın bir təkuru vardı. Adına Arşın oğlu Dirək təkur deyərdilər. O kafirin altmış arşın qaməti vardı. Altmış batmanlıq gürz atardı. Ən möhkəm yayı da çəkərdi... A)“Koroğlu və Bolu bəy” B)“Kitabi – Dədə Qorqud” dastanından C)Nizaminin “Xəmsə”sindən D)Xaqaninin “Gənclərə nəsihət” əsərindən E)“Keçəl Həmzənin Qıratı qaçırması” qolundan



9. “Bahariyyə” əsərinin müəllifi kimdir? A) İmadəddin Nəsimi B) Qazi Bürhanəddin C)Həbibi D) Əsər dərvişlər tərəfindən yazılıb E)Şah İsmayıl Xətayi

10. “Bahariyyə” əsəri haqqında hansı fikir səhvdir? A)Əsərdə baharın gəlişi ilə təbiətdə baş verən canlanma, onun min rəngə boyanması ən xırda incəliklərinə qədər əks etdirilmişdir. B)Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. C) Müəllifi Şah İsmayıl Xətayidir. D) Əsər XVII əsrin sonlarında yazılmışdır. E)Söz sənətkarlarımız baharın təsvirinə tez-tez müraciət etmişlər. Bu təsvir bahariyyə adlanır.

11.Əruz vəznində yazılan əsərləri göstərin. 1.qoşma 2.qəzəl 3.rübai 4.gəraylı A) 1,2 B) 2, 4 C) 3, 4 D) 2.3 E) 1,4

12. Mir Cəlalın aşağıda verilmiş fikirləri hansı sənətkara aiddir? O, ana dilimizdə yaranmış əsl lirik şeirin böyük banisi və ölməz dahisidir. O, qəzəllərində bütün keçmiş ədəbi irsin nailiyyət və zənginliklərini inkişaf etdirmiş, öz dühası ilə Azərbaycanda lirik şeirin ən yüksək nümunələrini yaratmışdır. A) Məhəmməd Füzuliyə B) Qazi Bürhanəddinə C)Xaqani Şirvaniyə D) Aşıq Ələsgərə E)İmadəddin Nəsimiyə



13. Sənətkarlarımızın VII əsrdən başlayaraq ərəb dilində yazıb-yaratmasına səbəb: A) Hökmdarların tələbi B) Bu dildə yazmağın asanlığı C)Ərəblərin Azərbaycanı işğal etməsi D) Bütün Azərbaycan əhalisi yalnız bu dili bildiyi üçün E)Yerli əhalinin tələbi

14. Fikirlərdən biri N. Gəncəvinin “Sirlər xəzinəsi” poemasına aid edilə bilməz: A)Nizaminin ilk poemasıdır. B)Poemada həyat hadisələri, obrazların taleyi geniş təsvir edilib. C)Zəmanə hökmdarlarını ədalətli olmağa çağırış var. D)Şairin hiss və duyğuları qabarıq şəkildə verilmişdir. E)Əhalinin zəmanə hökmdarlarından razı olduğu göstərilir.

15. Ulu babalarımızın “Dədə Qorqud” dastanında hansı adət-ənənələri yaşadırlar?

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________




Suallar


Şagird balı


Təsdiq edirəm:

Komissiyanın sədri

___________________________________



Təyin olunan bal

(maksimum)

Topladığı

bal

1

10 bal

bal

2

15 bal

bal

3

10 bal

bal

4

10 bal

bal

5

5 bal

bal

6

5 bal

bal

7

15 bal

bal

8

5 bal

bal

9

5 bal

bal

10

20 bal

bal

Cəmi

100 bal

bal

Nəticə: Toplanan ümumi bal : __________

Qiymət: ______ Müəllimin imzası: _________




Yüklə 44,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin