Sərbəst İş: №1 Fakultə: İnformatika və idarəetmə İxtisas: Menecment Qrup: 526 Tələbə



Yüklə 14,43 Kb.
tarix27.06.2018
ölçüsü14,43 Kb.
#55063

Azərbaycan Dövlət İqtisad Universiteti


Sərbəst İş: №1
Fakultə: İnformatika və idarəetmə
İxtisas: Menecment
Qrup: 526
Tələbə: Kərimov Mahir


Qədim Hindistanda ortodoksal və qeyri- ortodoksal fəlsəf i məktəblər

Hindistanda fəlsəfənin formalaşması demək olar ki, b.e.ə. I minilliyin ortalarına təsadüf edir. O dövrdə Qədim Hind cəmiyyəti dörd qrupa bölünürdü: brahmanlar (rahiblər), kşatrilər (hərbi aristokratiya), vayşilər (sənətkarlar, istehsalçılar, tacirlər) və şudralar (brahmanlara, kşatrilərə, vayşilərə tabe olan aşağı təbəqə).

Bu dövrdə varlıq, materiya, həyat, insan, kainat və s. haqqmda əsasən dini- mifoloci, idalist səciyyə daşıyan fəlsəfi baxışlar və materialist fəlsəfi sezmələr meydana gəlmişdi.

Dünya, insan və əxlaq haqqmda bir sıra fəlsəfi fikirlər Qədim Hind ədəbiyyatı abidəsi olan Vedalarda toplanmışdır ki, bu da əsasən dini dünya baxışı əks etdirirdi. Vedalar 4 hissədən ibarətdir, onlardan ən qə- dimi Samhitlərdir (Riqveda, Brahmanlar, Zahidlər, Arnyaklar).

Qədim Hind fəlsəfəsi əsasən iki istiqamətdə ortodoksal (Vedaları qəbul edən) və qeyri-ortodoksal (Vedaları qəbul etməyən) inkişaf etmişdir. Burada ortodoksal dini-idealist məktəblər 1) vedanta, 2) mimansa, 3) sankhya, 4) yoqa, 5) nyaya, 6) vayşeşika hesab olunurdu. Qeyri-ortodoksal məktəblərin dini-etik formalarında kortəbii materializm ideyaları təzahür edirdi. Bunlar, 1)caynizm, 2) buddizm, 3) çarvaka-lokayatlar məktəbi idi.

İdealist Vedanta təlimi Badarayanın adı ilə bağlı olmaqla, bu təlimdə məqsəd Allah və ruh arasındakı münasibət anlayışının fərqləndirilməsi idi. Vedantaya görə, öz bədəni ilə əlaqədar olan ruh azad deyil. Allah və ruhun tamamilə fərqli anlayış olmasını Madhva, onların vəhdətdə olmasını isə Şankara müdafiə edirdi.

Mimansada əsas məqsəd idrak və məntiq məsələlərinin, Veda ayinlərinin öyrənilməsi idi. Bu tə’limə görə bilik əldə etməyin əsas mənbəyi hissi qav- rayışdır. Qavrayışların
mənbəyi isə real obyektlərin əlamətləridir.

Hindistanda ən qədim təlim olan Sankhyanın banisi Kapilanın b.e.ə. 600-cü ildə yaşaması güman edilir. Bu təlimə görə dünyada iki başlanğıc mövcuddur: biri maddi, digəri isə mə’nəvi başlanğıcdır. Bu təlimdə başlıca məqsəd insanı əzablardan və bədbəxtlikdən azad etməkdir.

Yoqa dini fəlsəfi təlim olmaqla, burada başlıca məqsəd Allaha inam, məhəbbət, daima onun haqqında fikirləşmək əsas vəzifədir. Onun banisi Patancal (b.e.ə 1 əsr) hesab olunur.

Vayşeşika təliminin banisi Kanada olmuşdur. E.ə. VI-V əsrlərdə meydana gəlmiş bu təlimə görə, Allah obyektiv aləmin yaradıcısı olmaqla, onu heçlikdən deyil, əbədi mövcud olan anudan (məkan, zaman, efir, ağıl və ruh) yaratmışdır.

Banisi Hotoma olan Nyaya fəlsəfəsinin əsasını məntiq və idrak məsələləri təşkil edir. Bu təlimə görə, həqiqi biliyə qavrayış və ya məntiqi nəticənin köməyilə nail olmaq olar.

Qavrayış duyğu orqanlarından asılı olub, bilavasitə bilik əldə etməyə xidmət edir.

Caynizm təlimi isə, əsasən dualist xarakter daşıyırdı.

Burada canlı və cansız aləm haqqında danışılır. Cansız aləm isə, atomlardan ibarət olan materiyadır.

Caynistlərə görə, hətta torpaq da nəfəs alır. Onların nəzərincə, hava, su, torpaq, od yalnız lamisə hissiyyatına aiddirsə, quşlar, heyvanlar və insanlar isə beş hissetmə üzvlərinə malikdirlər. Caynistlərə görə, ruhun əsas əlaməti şüur olub, o, bədənlə birləşməyə meyllidir. Əsas məqsədi «qurtuluş» olan Çaynistlər, ruhun bədəndən ayrılmasma yalnız asketizm yolu ilə çatmaq mümkün olduğunu qeyd edirdilər.

Lokayata-çarvaka təlimi əsasən “Manu qanunları” (e.ə.IV-III) adlı əsərdə toplanmışdır. Çarvak tə’liminin tərəfdarları dünyanm maddiliyini qəbul edib, onun dörd elementdən od, hava, su, torpaqdan ibarət olduğunu söyləyirdilər. Onlar, insan da daxil olmaqla, bütün canlı aləmin bu ünsürlərdən yarandığmı iddia edirdilər. İnsan ruhu isə yalnız bədəndə


mövcud ola bilər.

Materiya – şüur münasibətləri məsələlərində çarvaklar qeyd edirdilər ki, şüur bədənin əlamətlərindən biridir, insan öldükdə onun bədəni ilə birlikdə şüur da yoxa çıxır. İnsan “Mən”inin mövcudluğu bədənsiz mümkün deyil. Onlara görə həqiqətin dərk edilməsinin yeganə mənbəyi duyğu və qavrayışdır. Hiss olun- mayan, qavranılmayan mövcud ola bilməz. Məntiqi nəticə həqiqətin dərk olunmasmm mənbəyi ola bilməz, çünki o özündə yalnız ümumi münasibətləri cəmləyir ki, o da hissi qavrayışm predmeti ola bilməz.

E.ə VI-V əsrlərdə dini-fəlsəfi təlim olan buddizmin meydana gəlməsi, Hindistanda böyük dövlətlərin yaranması dövrünə təsadüf edir. Xristianlıq və islamla bir sırada duran buddizm dünyada mövcud olan üç böyük dindən biri dir. Əfsanəyə görə bu dinin yaradıcı Hind çarınm oğlu Hautamadır. O, anadan olanda atasma xəbər verilmişdir ki, əgər o, xəstə, qoca və ya ölü adam görsə, monaxasket olacaq. Bunu bilən atası ona elə bir şərait yaratmışdır ki, oğlu həyatm qaranlıq tərəfi haqqmda heç nə bilməsin. Lakin Hautama təsadüfən xəstə, sonra qoca, sonra ölü, daha sonra isə monax – asket görür. Həyatm əzabmı görən Hautamam bu hadisələr sarsıdır. Gecələrin birində o, evdən qaçır və asket həyatı keçirməyə başlayır. Nəhayət, bir dəfə o, bir ağacm altmda oturur və özünə söz verir ki, həyat haqqmda əsil həqiqəti bilməyincə oradan durrnayacaq.

Dördüncü gün ona aydmlıq gəlir və o, “budda” olur (budda- işıqlanmış, nurlanmış deməkdir). Tezliklə onun ətrafmda çoxlu tərəfdarları toplaşır və beləliklə də budda icması yaranmağa başlayır. O, 40 il peyğəmbərlik edir. Buddizm təlimi 4 əsas hissədən ibarətdir: həyat iztirabdır, həqiqət iztirabın yaranmasınrn səbəbidir, insanlar təkrar-təkrar iztiraba qayıdırlar, həqiqət bu iztirabdan azad olmaq yoludur.



Buddizmin müdriklərinə görə, idrakın məqsədi-insanın iztirabdan azad olunmasıdır. Buddizm etikasının əsası bundan
ibarətdir ki, əzabdan, iztibardan o dünyada deyil, yalnız bu dünyada azad olmaq olar.
Yüklə 14,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin