Beynəlxalq qiymətləndirmə Proqramının əsas məqsədləri
Beynəlxalq qiymətləndirmə proqramının məqsədləri aşağıdakılardır:
Ölkədə təhsilin vəziyyəti haqqında müvafiq məlumat əldə etmək, beynəlxalq səviyyəli müqayisələr aparmaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri, təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;
Şagirdlərin nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək, nəticələr arasındakı fərqləri təyin etmək üçün şagirdlərin, onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;
Təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun hazırlanması üçün əsas təlim məqsədlərini təyin etmək, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparmaq, gözlənilən və nail olunan təlim nəticələrini müqayisə etmək;
Pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik təcrübədə istifadə olunan nəzəri və praktiki məsələlərini öyrənmək;
Müasir qiymətləndirmə vasitələrinin hazırlanmasını, nəticələrin təhlili üsullarını və hesabatlar hazırlanması qaydalarını öyrənmək;
Ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması istiqamətində ümumi orta təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.
Dostları ilə paylaş: |