Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə2/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
Demokratikləşdirmə. Təhsil prosesinin demokratikləşməsində maraqlı olan bütün tərəflərin, dövlət strukturu və ictimaiyyət nümayəndələrinin (müəllimlərin, şagirdlərin) təhsil prosesində fəal iştirak etməsi deməkdir. Bu isə tədris müəssisəsinin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir.

  • Humanistləşmə prinsipi. Müasir ekzistensial fəlsəfi baxışlarda öyrənənlərə (bütövlükdə insanlara) subyekt kimi yanaşma, onun unikal, fəal, daxilən azad və mənəviyyatlı bir şəxsiyyət kimi tanınması əsas faktor kimi qəbul olunur. Öyrənənlərin unikallığı dedikdə hər bir fərdin təkrarolunmamazlığı, bənzərsizliyi başa düşülür. Unikallıq texnokratizmin (öyrənənə obyekt kimi yanaşma) əksi olub, təhsilalanlara, təhsilverənlərə obyekt münasibəti göstərməklə bir araya sığmır. Bunlar, fərdi xüsusiyyətləri və qabiliyyətləri müxtəlif olan öyrənənlər üçün variativ təhsil proqramlarının hazırlanması və tətbiqi yolu ilə tədris-təlim prosesini fərdiləşdirməyi və differensiyalaşdırmağı tələb edir. Şəxsiyyətin fəallığı dedikdə təşəbbüskar, fəaliyyətsevən, öz hərəkətlərində və davranışında müstəqil olan öyrənən anlaşılır. Daxili azadlıq dedikdə isə öyrənənin seçim hüququ nəzərdə tutulur. Hər bir öyrənənin təhsil alacağı məktəbi, fənn proqramını, müəllimi seçməsinə, təlim prosesində sərbəstliyinə, problemin həll olunması variantını seçmə hüququna malik olması, həmişə diqqət mərkəzinə gətirilməli və buna hörmətlə yanaşılmalıdır. Mənəviyyatlılıq öyrənənə hörmət, məhəbbət, qarşılıqlı anlaşma, inkişafa və yaradıcılığa meyletmə kimi dəyərlərə əsaslanan həyat tərzi ilə bağlıdır. Deməli, müasir dərsin humanistləşməsi nəticəsində zor, güc tətbiqetmə pedaqogikası və psixologiyasından uzaqlaşmağı tələb edir. Ona görə də humanistləşmə prinsipi hər şeydən əvvəl obyekt dünyagörüşlüyünün subyekt dünyagörüşlüyü ilə əvəz olunmasını tələb edir. Bu prinsip həmçinin tədris- təlim prosesində, dərsdə dioloji münasibətlərin qurulması ilə reallaşdırılır. Dialoji fəaliyyət forması (frontal sorğu, cütlüklərlə işin təşkili və s.) subyekt- subyekt münasibətlərinin qurulmasıdır. Dialoqlar zamanı qarşılıqlı hörmət, bir- birini tamamlamaqla qarşılıqlı anlaşma, bir-birinin biliklərini zənginləşdirmək, birgə yaradıcılıq və s. insani münasibətlər inkişaf edir. Dialoq, eyni zamanda çox aspektli – şaquli, üfiqi, intellektual, emosional ünsiyyət formasıdır.


  • Yüklə 192,92 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   108




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin