Kurikulum islahatını zəruri edən səbəblər
Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
Dünya təhsil sisteminə inteqrasiya
İnformasiya əsrinin tələbləri
Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması
Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi
Kurikulum konseptual sənəd kimi
İslahatın gedişi prosesində dilimizə xeyli anlayışlar daxil olmuşdur və olmaqdadır. “Kurikulum” da belə anlayışlardan biridir.
“Kurikulum” termininin Azərbaycan və rus dillərində ekvivalenti yoxdur, lakin bu söz beynəlxalq təhsil ədəbiyyatında geniş istifadə olunur. Kurikulum - latın sözü olub, lüğəti mənası “kurs”, “elm” deməkdir. Bu söz ingiliscə-rusca lüğətlərdə “təlim kursu”, “tədris planı” kimi izah olunur.
Tədqiqatçıların qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ – da meydana gəlmişdir.
Avropada kurikulumun tarixi qədim olsa da, təhsilin standartlaşması 80-cı illərdə ABŞ-da həyata keçirilməyə başlamışdır. Təhsildə Keyfiyyət Milli Komisiyasının “Millət təhlükədədir” başlıqlı hesabatında deyilirdi: “Biz faktiki olaraq keyfiyyət-siz təhsillə özümüzü tərksilah etmişik. Cəmiyyətin təhsil əsasları iflasa uğradıqca xalqı, milləti və onun gələcəyini təhlükə altına atır”.
Standartlara əsaslanan təhsil sisteminin qurulması bu ciddi vəziyyətdən çıxış yolu hesab edildi və bu istiqamətdə geniş bir hərakat başlandı. ABŞ-da standart hərakatının memarı hesab edilən D.Ravic təhsil standartlarının məntiqi əsaslandırılmasını belə təqdim edir: “Biz binaların, yolların, körpülərin, tunellərin tikintisini idarə etmək üçün mükəmməl standartlara ehtiyac duyuruq. Ucuz iş insanın həyatı üçün təhlükə mənbəyidir. Biz içdiyimiz su, aldığımız hava, qəbul etdiyimiz qidanı da qorumaq üçün standartlara müraciət edirik. Standartlar ona görə yaradılır ki, onlar həyat fəaliyyətini yüksəldir. Standartlar gündəlik həyatımızda dəyişikliklər etdiyi kimi, təhsilin də keyfiyyətinin yüksəldilməsinin təminatçısı olacaqdır”. 1970-ci illərdən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən 90–cı illərin sonlarından başlayaraq istifadə olunmağa başlanmışdır.
1999-cu ildən isə Azərbaycanda təhsi islahatlarına başlanıb. Təhsil islahatının tərkib hissəsi olan Milli Təhsil Konsepsiyası (Milli Kurikulum) haqqında sərancam isə 30 oktyabr 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər kabinetinin 233 nömrəli qərarı ilə təsdiq olundu.
Təhsil islahatı hazırlanarkən geniş miqyaslı sorğular keçirilmiş, Azərbaycan ictimayyətinin hazırkı şəraitdə təhsil ehtiyacları nəzərə alınmış, dünyanın qabaqcıl ölkələrinin təhsil sahəsindəki təcrübələri (standartlar) öyrənilmiş və mütərəqqi ideyalar tətbiq olunmuşdur. Həmçinin Təhsildə islahatlar aparılarkən bu islahatlar azlığın subyektiv mülahizələri əsasında tərtib edilə bilməz. Cəmiyyətin təhsildə maraqlı olan bütün təbəqələrinin nümayəndələri standartların yaradılmasında iştirak edir. Buraya şagirdlər, müəllim-lər, valideynlər, təhsil idarəçiləri, fənn üzrə mütəxəssis alimlər, pedoqoq və psixoloqlar, hakimiyyət dairələrindən nümayəndələr, işgüzar adamlar dəvət olunurlar. Hər kəs öz ehtiyacının ödənilməsi baxımından standartların tərtibində fəal iştirak edirsə, sonda hərtərəfli düşünülmüş, cəmiyyətin təhsilə sifarişi kimi dəyərlən-dirilə bilən bir sənəd yaranmış oldu.
Təhsil standartlarını hazırlamamışdan əvvəl aşağıdakı məsələlərlə bağlı cəmiyyətdə araşdırmalar və təhlillər aparıldı:
Cəmiyyətin tələb və ehtiyacları araşdırıldı;
Şagirdlərin ehtiyac və maraqları öyrənildi;
Ölkə daxilində və onun hüdudlarından kənarda fənn mütəxəssislərinin təcrübəsi öyrənildi.
Dünyanın mütərəqqi ölkələrində kurikulum təhsil modellərindən biri olmaqla hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində kuriku-luma təhsilin əsasını təşkil edən sənəd kimi baxılır. “Kurikulum” geniş termindir və milli təhsil məqsədlərindən başlayaraq, şagirdin gündəlik fəaliyyətinə kimi bütün prosesləri əhatə edir. Kurikulum mahiyyət etibarilə, nəticə (sənəd) deyil, konsepsiya olmaqla yanaşı, müxtəlif xarakterli və eyni zamanda bir-biri ilə bağlı olan nəticələrdən (sənədlərdən) ibarətdir.
Dostları ilə paylaş: |