29 İyul 2013 Mövzuya dair digər materiallar



Yüklə 32,49 Kb.
tarix23.10.2017
ölçüsü32,49 Kb.
#11870

Əsas səhifə ›

Cəmiyyət

Azərbaycanın 2020-ci ilədək əsas məqsədlərindən biri əhalini elektron xidmətlərdən istifadəyə tam cəlb etməkdir

inShare

azərbaycanın 2020-ci ilədək əsas məqsədlərindən biri əhalini elektron xidmətlərdən istifadəyə tam cəlb etməkdir

29 İyul 2013

Mövzuya dair digər materiallar:

  • Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin tətbiqinə hazırlıq başa çatıb

  • Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ilin I yarısının yekunlarına dair kollegiya iclası keçirilib

  • Əli Abbasov: Azərbaycanda "start-up" layihələrinin dəstəklənməsi üçün vençur fondların yaradılması zəruridir

  • Azərbaycanda 14 mindən çox elektron rəqəmsal imza verilib

  • Əli Abbasov: Azərbaycanda innovasiya müəssisələrinə böyük ehtiyac var

  • Azərbaycanın mobil rabitə operatorlarına avqustun 1-dən nömrələrin daşınması xidmətini tətbiq etmək göstərişi verilib

  • DB İKT sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır

  • Azərbaycanda rəqəmsal TV siqnalının əhatə dairəsi genişləndirilir (FOTO)

  • Səfir: Argentina Azərbaycanın kosmik sənayesinin inkişafında iştirak etməyə hazırdır

  • Rabitə Nazirliyi teleyayımların “Azerspace-1” resurslarına keçirilməsi ilə bağlı avadanlıq alır

  • Azərbaycanın dövlət orqanları elektron xidmətlərin tətbiqini genişləndiriblər

  • Nazir: Əfqanıstan Azərbaycan peykinin resurslarından istifadə etməyə maraq göstərir

  • E-mail

  • çap etdirmək.

Hüseyn Vəliyev - Trend-in icmalçısı

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət hakimiyyəti orqanlarında informasiya-kommunikasiya texnologiyalarının irimiqyaslı tətbiqinə keçid müşahidə olunur. Bu prosesin hərəkətverici qüvvəsi dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə tələbatın artmasıdır. Bu gün Azərbaycanda aparılan islahatların əsas məqsədi elektron formada dövlət xidmətlərinin inkişafının stimullaşdırılmasıdır. Əhəmiyyətli investisiyalar və səylər də məhz bu istiqamətə yönəldilib. Təhsil, telekommunikasiya, səhiyyə, nəqliyyat və digər sahələrdə artıq bəzi informasiya sistemləri yaradılıb. Ölkə rəhbərliyinin bəyan etdiyi informasiyalaşdırma və dövlət elektron xidmətlərinin tətbiqi kursu saxlanılır, həyata keçirilən bütün layihələr "Elektron hökumət"in qurulmasına dəstək rolunu oynayır, bu da Azərbaycanda "Elektron hökumət" konsepsiyasının həyata keçirilməsinə böyük önəm verilməsi ilə bağlıdır. Konsepsiyanın əsas məqsədi hökumətin vətəndaşlar və biznes sektoru ilə qarşılıqlı fəaliyyətinə yardım etməkdir. Bu konsepsiya çərçivəsində dövlət tərəfindən vətəndaşlara təqdim olunan xidmətlərin həyata keçirilməsində vaxt sərfiyyatı xeyli azalır və dövlətin əsas məqsədlərindən biri olan şəffaflığın maksimal dərəcədə artırılmasına imkan verir.

Ölkədə "Elektron hökumət" çərçivəsində bir sıra layihələr həyata keçirilib və bu xidmətlərin perspektivdə daha da inkişaf edəcəyi gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin İKT sektoruna və "Elektron hökumət" quruculuğuna göstərdiyi xüsusi diqqət layihənin həyata keçirilməsində mühüm rol oynayır. Bu, İKT sektorunun maliyyələşdirilməsinin artırılması kimi çox əhəmiyyətli tendensiyanı birbaşa müəyyən edir. Öz növbəsində, bu, şübhəsiz ki, gələcəkdə daha da inkişaf etdiriləcək informasiyalaşdırma səviyyəsinə təsir edəcək.

Prezident İlham Əliyev 2011-ci il 23 may tarixində imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman "Elektron hökumət"in inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının fərmanı "Elektron hökumət"ə keçid üçün konkret tədbirləri və respublika ərazisində elektron xidmətlərin tətbiqini müəyyən edir.

Bu önəmli missiyanın həyata keçirilməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) üzərinə böyük məsuliyyət düşür. Nazirlik mövcud vəziyyətin təhlilini aparır və bu istiqamətdə konkret tədbirlər görür. Dövlət başçısının fərmanına uyğun olaraq, nazirliyin qarşısına digər dövlət orqanları tərəfindən qarşılıqlı təsir prosesinin sürətləndirilməsi tapşırığı qoyulub.

"Elektron hökumət" elektron xidmətlərin yalnız bir nazirlikdə və ya idarədə tətbiq edilməsini nəzərdə tutmur. Dövlət qurumlarının hər birində müvafiq infrastruktur hazır olmalıdır ki, gələcəkdə onların vahid "Elektron hökumət" portalına və elektron sənəd dövriyyəsi sisteminə qoşulması təmin edilsin. Bu, öz növbəsində, onlar üçün məlumat bazalarından qarşılıqlı istifadə və mövcud olan məlumatların mübadiləsi imkanını yaradacaq.

Hazırda Azərbaycandakı nazirliklərin və digər dövlət qurumlarının elektron xidmətlərin tətbiqinə hazırlığı müxtəlif səviyyədədir. Məsələn, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Təhsil Nazirliyi və bir sıra idarələr bu sahədə daha çox irəliləyiblər. Lakin elə strukturlar var ki, orada bu keçid prosesi yeni başlayır. Konsepsiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb ki, bu da "Elektron hökumət"ə keçid və RİTN tərəfindən vahid elektron xidmətlər portalının (e-gov.az) istifadəyə verilməsinə şərait yaradıb.

Portalın işə salınması vətəndaşlardan tələb edilən sənədlərin sayını azaltmağa imkan verir ki, bu da müxtəlif idarələrin bir-biri ilə elektron formada qarşılıqlı fəaliyyət göstərməsi hesabına mümkün olur.
"Elektron hökumət" portalı vətəndaşlarla, dövlət və özəl sektorun müəssisələri ilə işbirliyində müstəsna alət rolunu oynayır. Hazırda "Elektron hökumət" portalına Azərbaycanın 40 mərkəzi icraedici orqanı qoşulub. Onlar tərəfindən təxminən 220 elektron xidmət göstərilir. Portalda təqdim edilən dövlət strukturlarının xidmətlərinin sayı gələcəkdə daha da artırılacaq, onların çeşidi isə bu idarələrin İT-infrastrukturunun və mövcud elektron xidmətlərinin hazırlığından asılıdır.

Hazırda portala daxil olan müraciətlərin və elektron imza sahiblərinin sayı artır ki, bu da portala və elektron xidmətlərə əhali arasında marağın və tələbatın artmasından xəbər verir.

İlin əvvəlindən "Elektron hökumət" portalına daxilolmaların sayı 200 mini ötüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) məlumatına görə, ötən müddət ərzində portala daxilolmaların 7,5 dəfə artdığı qeydə alınıb. İstifadəçilərin təqribən altı faizi mobil qurğular (planşet və smartfon), qalanları isə stolüstü və portativ kompyuterlər vasitəsilə bu xidmətlərə müraciət ediblər.

Portalın istifadəçilərinin ümumi sayının 95 faizindən çoxu Azərbaycanın payına düşür. ABŞ, Rusiya, Rumıniya, Böyük Britaniya, Türkiyə, Almaniya, Ukrayna, Avstraliya və digər ölkələrdən olan istifadəçilər də portala daxil olurlar. Hazırda əhalinin yeddi faizi elektron xidmətlərdən istifadə edir. 2020-ci ilədək bu göstəricinin 100 faizədək artacağı gözlənilir.

Azərbaycan bu gün "Elektron hökumət"in təşəkkülünün başlanğıc mərhələsindədir və irəlidə hələ böyük yol var, lakin bu gün İKT-nin bu seqmentinin tətbiqində bir çox müsbət elementləri misal çəkmək olar. Önəmlisi isə odur ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2013-ci ilin "İnformasiya-kommunikasiya Texnologiyaları ili" elan edilməsi ölkənin dövlət və özəl müəssisələri tərəfindən elektron xidmətlərin tətbiqi prosesini sürətləndirəcək. 2013-cü ildə əsas və prioritet vəzifələrdən biri Azərbaycan internet seqmentinin inkişafına yardım edəcək genişzolaqlı şəbəkələrin əhatə dairəsinin genişləndirilməsidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi artıq "2013-2015-ci illərdə elektron hökumətin inkişafı Dövlət Proqramı" layihəsini hazırlayaraq hökumətə təqdim edib. Bu proqram "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın davamıdır. Yeni proqram respublikada "elektron hökumət"in formalaşdırılması və bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə idarəetmənin metod və mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin göstərilməsi, həmçinin əhali və təşkilatların bu xidmətlərə asan və sərbəst çıxışı üçün kompleks tədbirlərin görülməsini nəzərdə tutur.

Bu gün Azərbaycanda istənilən dövlət qurumuna getmədən onun fəaliyyəti barədə məlumat almaq artıq mümkündür. Ölkədə evdə kompyuteri və internetə çıxışı olan vətəndaşlara kommunal, rabitə operatorları və digər xidmətlərin ödənişlərini həyata keçirməyə imkan verən elektron ödəniş sisteminin imkanları genişləndirilir.

Ölkədə artıq dövlət qurumlarının xidmətlərinə müraciət etdikdə elektron imzadan istifadə mütləqdir. Elektron imzanın tətbiqi Azərbaycanda yeni elektron xidmətlərin meydana çıxmasını və elektron qarşılıqlı fəaliyyət proseslərini sürətləndirir. Bu, eləcə də elektron xidmətlərin və elektron ticarətin inkişafına yardım edir.

Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin təhlükəsizliyinin və müəllif hüququnun qorunmasından əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədlə bərabər qüvvəyə malikdir.

Hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron imzaların ümumi sayı 15 minə çatır. Onların böyük əksəriyyəti dövlət strukturlarının payına düşür. Elektron imzanın əhali arasında populyarlaşdırılması məqsədi ilə MHM bu prosesə özəl sektoru cəlb edir. Belə ki, hazırda elektron imzanı "Bank of Baku", eləcədə əhaliyə elektron xidmət təqdim edən "hesab.az" elektron xidmətlər portalı vasitəsilə sifariş etmək imkanı yaradılıb.

İyuldan etibarən Vergilər Nazirliyi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") ilə birlikdə mobil elektron imzanın istismara verilməsini elan edib. Hazırda mobil elektron imzanı "ASAN xidmət" mərkəzlərinə və Vergilər Nazirliyinə müraciət edərək əldə etmək mümkündür.

Mobil imza mərkəzinin ("ASAN imza") yeni platforması Azərbaycanın üç mobil rabitə operatorunun platformaları ilə inteqrasiya edilib. Mobil elektron imzadan istifadə etmək üçün Sim-kartı dəyişmək gərəkdir. Əlavənin instalyasiyası və mobil elektron imzanın aktivləşdirilməsi Vergilər Nazirliyinin Elektron İmza Sertifikat Xidmətləri Mərkəzində və "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.


Perspektivdə mövcud əlavənin yeni şəxsiyyət vəsiqələrində instalyasiyası nəzərdə tutulub. Yeni şəxsiyyət vəsiqələrinin verilməsi 2014-cü ilə planlaşdırılıb.

"Elektron hökumət"in yaradılması xeyli maliyyə qoyuluşları tələb edir. Onların səmərəliliyini necə ölçmək olar və onun Azərbaycanda tətbiqinin hansı iqtisadi səmərə verə biləcəyi haqda sualların cavablandırılmasına gəlincə isə iki yanaşmadan danışmaq mümkündür. Yanaşmalardan biri şərti, və ya real maliyyə vahidlərindəki birbaşa göstəricilərlə bağlıdır. Lakin digər daha əhəmiyyətli aspekt var ki, onu ölçmək xeyli çətindir. Bu, mövcud layihənin müxtəlif xidmət ödənişləri edərkən dövlət idarələrindən məlumatlar, sənədlər əldə edilməsində vətəndaşların işini asanlaşdırmasıdır. "Elektron hökumət"in tətbiqi ilk növbədə, bütün dövlət sisteminin işinin səmərəliliyinin artırılması, avtomatlaşdırılması və daha səmərəli edilməsi, nisbətən asan olan gündəlik həyata keçirilən mühafizəkar işlərin həcminin azaldılması deməkdir. Bu, lazımi məlumatı almaq və digər təşkilatlarla qarşılıqlı fəaliyyət üçün fərdi şəxsə, biznesə, yaxud dövlət təşkilatlarına lazım olan vaxtın xeyli dərəcədə azaldılmasıdır.

Yaxın beş ildə kağız daşıyıcılarından elektron sənəd dövriyyəsinə tam keçid gözlənilir ki, bu da gözlənilən təklif və məlumat həcminin artması baxımından qaçılmazdır. Onları isə işləmək, ehtiyatda saxlamaq və onların təhlükəsizliyini təmin etmək lazım olacaq. Bu gün qabaqcıl informasiya texnologiyaları getdikcə yanaşmaları və inzibati mühitdə münasibətləri dəyişməklə dövlət fəaliyyətinin lazımi elementi olur. "Elektron hökumət"ə tələbat informasiya cəmiyyətinin müasir vəziyyətini əks etdirir ki, bu da inzibati-dövlət fəaliyyətini və strukturları daha açıq, şəffaf və səmərəli etməyə imkan verir.

Gələcəkdə "Elektron hökumət" daha aktual, elektron xidmətlərə tələbat isə daha çox olacaq.



Məqalədə: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyielektron hökumət
Yüklə 32,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin