Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə4/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
İnformatlaşma prinsipi. Bu prinsip informatika, informasiya və İKT texnologiyalarının nailiyyətlərindən təlim prosesində (dərsdə), idarəetmədə və pedaqoji tədqiqatlarda geniş istifadəni nəzərdə tutur. İnformatlaşdırma müxtəlif informasiyaların kompyuter vasitəsilə yaddaşa alınması, saxlanılması, təhlili və təqdiminə əsaslanır.

Təlim prosesində (dərsdə) tətbiq olunan müasir informasiya kommunikasiya texnologiyalarının ən mühümlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Birbaşa kompyuterdə və blank formasında pedaqoji testləşdirmə;

  • təlim prosesinin (dərsin) müxtəlif informasiyalarla (pedaqoji məzmunlu, yeni texnologiyalara dair məlumatlar, məktəblə bağlı tələb olunan məlumatlar) təmin edilməsi;

  • öyrədici və görüntüləri nümayiş etdirən kompyuter multimedia sistemləri.

Belə multimedia sistemləri tədris materialının əyaniliyini və onların görünmə müxtəlifliyini, videokeyfiyyətini yüksəldir və fənnin tədrisinə dair müxtəlif informasiyaları vizual şəkildə qavramağa imkan verir.
Deməli, göstərilən prinsiplər əsasında qurulan təlim prosesi (müasir dərs) rəqabətədavamlı şəxsiyyətin inkişafı kimi ümumbəşəri dəyərləri reallaşdırır, təlim prosesində fundamental, eyni zamanda praktik yönümlü bilik və bacarıqlar aşılayır, kamil insanın, vətənini, millətini sevən rəqabətəqabil şəxsin formalaşmasını təmin edir.

Məlumdur ki, ideoloji baxışların, ictimai münasibətlərin dəyişdiyi indiki şəraitdə yeni yaşayış formalarına adaptasiya olunmağa, həmçinin sosial həyatın əsas prinsiplərini öyrənməyə, yeni siyasi reallıqların və inkişaf istiqamətlərinin ictimai şüurda, praktikada möhkəmləndirilməsinə nail olmaq üçün təhsil geniş imkanlara malikdir. Milli-mənəvi və sosial-mədəni dəyərlərə yiyələnmiş insan, hazırda təhsilin rolunu, onun həlledici mahiyyətini aşağıdakı kimi görür və əsas kimi qəbul edir:

* təhsil ictimai praktikanın müstəqil forması, idarəetmə mexanizmi, təşkilati struktur və fəaliyyət sistemi olub, bütün sosial sferalarla əlaqəli elə bir infrastrukturdur ki, o bir tərəfdən ictimai mühitin bütövlüyünü saxlayır, digər tərəfdən onun inkişafını təmin edir;

* təhsil tarixi-mədəni təcrübəni, insanların həyat tərzini və yaşam qaydalarını, onların ümumi həyatının norma və dəyərlərini zaman-zaman qoruyub saxlayır;

* təhsil cəmiyyətin, bütövlükdə bəşəriyyətin ictimai-siyasi və tarixi-mədəni dəyərlərini formalaşdırma və inkişafetdirmə vasitəsidir;

* təhsil zaman və məkan daxilində insan şəxsiyyətinin və mədəniyyətinin formalaşmasında, onun tərbiyəsində, bacarıqlarının dərinləşməsində həlledici rol oynamış və oynamaqdadır.

* təhsil həm sistemdir, həm prosesdir, həm nəticədir və həm də dəyərdir.

XX əsrin sonları və XXI əsrin əvvəllərinədək cəmiyyətdə dominant rol oynayan ənənəvi təhsil sistemində təhsilalanlara bir obyekt kimi yanaşılıb, təhsildə avtoritar idarəetmə üsullarına üstünlük verilmişdir. Azərbaycanda müstəqillik qazandıqdan sonra demokratik, müstəqil ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanıldı. Ənənəvi təhsil sistemi artıq dövrünü başa vurmuş, təkamül yolu ilə, yeni keyfiyyət dəyişiklikləri aparılmaqla tədricən dəyişərək, öz yerini yeni sosial, şəxsiyyətyönümlü təhsil sisteminə verməyə başladı.

Tədris-təlim prosesində yeni texnologiyaların tətbiqi, pedaqoji prosesin idarəedilməsində yeni yanaşmalardan istifadə, keyfiyyətli sinif-dərs sisteminin qurulmasına geniş imkanlar açır. Sinif-dərs sisteminin keyfiyyət təminatında ənənəvi dərslərdən fərqli olaraq, müasir dərsin təşkili həlledici rol oynayır. Bu halda sinif mühitində son dərəcə əhəmiyyətli dəyişikliklər baş verir, öyrədənlə öyrənən arasında, şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında müasir tələblərə cavab verən qarşılıqlı əlaqələr qurulur. Müasir təlim metodlarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadəyə yeni imkanlar yaranır.

Müasir dərsin paradiqmaları

* Təhsilalanlara subyekt kimi yanaşma. Öyrənənə təkrar olunmayan fərd, daxilən azad, müstəqil və yaradıcı fəaliyyət göstərmək qabiliyyəti olan, şüurlu, inkişaf edən bir şəxsiyyət kimi yanaşılır. Bu zaman:

– Təhsilalanların maraqları nəzərə alınır;

– dərsdə fərdiləşdirilmiş, diferensiallaşdırılmış, problemli təlim texnologiyalarına və İKT-yə üstünlük verilir;

– dərsdə psixoloji, valioloji və sosial- pedaqoji xidmətlər inkişaf etdirilir;

– seçmə fənlər üzrə dərslərin təşkili genişləndirilir.

* Dioloji yanaşma. Təhsilalanlar arasında ən humanist ünsiyyət üsulu olan dioloji münasibətlərə (subyekt- subyekt münasibətlərinə) üstünlük verilməsi nəticəsində:

– Dərsdə problemli, dialoqlu, refleksiv təlim texnologiyalarına, kollektiv (qruplarla) fəaliyyətə üstünlük verilir;

– kommunikativ fəaliyyətlər (dinləmə və eşitmə), açıqlıq, səmimilik, tolerantlıq, həmsöhbətinə hörmət etmək bacarığı inkişaf edir;

– sağlamlığı qoruyan mühit yaranır;

tələb olunan çoxlu sayda informasiya mənimsənilir.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin