Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu



Yüklə 192,92 Kb.
səhifə3/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
Diferensiallaşdırma. Təlimin diferensiallaşdırması şagirdlərin imkanlarının nəzərə alınması ilə qurulur.

  • Fərdiləşdirmə. Təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlarının nəzərə alınmasıdır.

  • İnteqrasiya. Təhsilin inteqrasiyasi fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşmasının vacibliyini nəzərdə tutur.

  • Humanitarlaşdırma. Təhsilin humanitarlaşdırılması şəxsiyyətin inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məzmununun formalaşdırılmasına yeni yanaşmanı nəzərdə tutur. Bu, ümumbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artmasını, öz xalqlarının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanışlığını ifadə edir. Milli təhsil sistemi hər bir ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı səviyyəsinə uyğun olan, milli mentalitetə və dəyərlər sisteminə əsaslanan kuri-kulumun hazırlanmasını, müvafiq ümumi və xüsusi metodikalardan istifadə olunmasını zəruri edir. Kurikulumların hazırlanması ideyası ölkəmizdə təhsil sahəsində aparılan araşdırmaların nəticəsi kimi meydana çıxmışdır. Ötən əsrin 90-cı illərinin sonunda beynəlxalq və milli səviyyədə ekspert və məsləhətçilərin araşdırmaları Azərbaycan təhsilinin məzmunyönümlülüyünü, təhsil alanların marağına uyğun gəlməyən biliklərin əhatə edildiyini təsdiq etmişdir. Yeni qurulan Azərbaycan cəmiyyətinin tələbləri əsasında təhsilin yenidən yaradılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.


  • Yüklə 192,92 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   108




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin