Kurikulum–təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkilini əks etdirən konseptual sənəddir.
O, fənnin məzmununu deyil, demokratik, azad bazar iqtisadiyyatına əsaslanan cəmiyyət üçün vətəndaşlar yetişdirilməsinə xidmət edən bilik, bacarıq, baxışlar, dəyərlər müəyyən etməlidir. Konseptul sənəd kimi onun məzmununda standartlar, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya və qiymət-ləndirmə məsələləri əhatə edilir. Əslində bu məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi və mühüm komponentləri kimi izah olunur. Həmin komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması kimi gözlənilir.
Azərbaycan Respublikasında Ümumi Təhsilin konsepsiyası (Milli Kurikulum) milli və bəşəri dəyərlər, ümumi inkişaf, meyl və maraqlar nəzərə alınaraq öyrənənlər üçün əlverişli təlim şəraitinin yaradılması, tələbyönümlülük, şagirdyönümlülük, inteqrativlik kimi təlimin ümumi prinsiplərinə istinad olunaraq hazırlanmış, eyni zamanda ümumi təhsilin hər bir pilləsinin məzmun standartları, ümumi təlim nəticələri (yəni sonda şagirdlərdə formalaşacaq bacarıqlar) və bu bacarıqların formalaşdırılması üçün tədris olunacaq fənlərin təhsilin pillələri üzrə siyahısı müəyyənləşdirilmişdir. Sənəddə göstərilir ki, ümumi təhsil, ailənin, cəmiyyətin və dövlətin marağına, milli və ümumbəşəri dəyərlərə, yuxarıda göstərilən prinsiplərə əsaslanan, şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial və fiziki inkişafına, təhsilini davam etdirməsinə, əmək fəaliyyətinə başlamasına zəmin yaradan məqsədyönlü proses olub, şagirdlərin yaş, fizioloji, psixoloji, fərdi xüsusiyyətlərini və potensial imkanlarını nəzərə almaqla sürətli dəyişən dünyada gedən prosesləri, problemləri başa düşmək və qiymətləndirmək, zəruri bilik, bacarıq və vərdişlər əldə etmək, sərbəst əlavə biliklər almaq bacarıqlarını, bazar iqtisadi münasibətləri şəraitində cəmiyyətin məhsuldar üzvünə çevrilə bilmələrini və şəxsiyyətin azad inkişafını təmin edir.
Dostları ilə paylaş: |