Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


MÜHAZİRƏ 3 İxtisas: RİM



Yüklə 192,92 Kb.
səhifə10/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   108
MÜHAZİRƏ 3

İxtisas: RİM

Kurs: IV

Fənn:Ümumi təhsilin kurikulumu

Mövzu: 1.Milli kurikulumun ənənəvi təhsil proqramından fərqi.2. Milli kurikulumun strukturu, məzmunu, əsas xüsusiyyətləri

Ədəbiyyat siyahısı: Kurikulumların hazırlanması və tətbiqi məsələləri, Bakı 2008. Təhsilin əsasları, Afət Süleymanova, Bakı 2014. Ümumi təhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları, Bakı 2008.

Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com

Plan:

1.Milli kurikulumun ənənəvi təhsil proqramından fərqi.

2. Milli kurikulumun strukturu, məzmunu, əsas xüsusiyyətləri.

Uzun illər yaşadığımız Sovet məkanında təhsil sistemimizi əhatə edən məktəblərimizdə yalnız fənn proqramlarından istifadə olunurdu. Bəlkə də bu səbəbdəndir ki, kurikulum anlayışının müzakirəsi zamanı fikrini söyləyənlərin xeyli hissəsi fənn kurikulumlarını fənn proqramları kimi izah edir. Əslində isə bunlar eyni pedaqoji anlayışlar deyildir.

Pedaqoji ədəbiyyatlarda tədris proqramları dövlət sənədi kimi dəyərləndirilir. Göstərilir ki, “ayrı-ayrı fənlərdən bilik, bacarıq və vərdişlərin həcmini, mövzuların tədrisi ardıcıllığını və həmin mövzulara, yaxud bölmələrə verilən saatların miqdarını müəyyən edən dövlət sənədinə tədris proqramı deyilir”.

Göründüyü kimi proqramda üç mühüm cəhətin əks olunduğu aydın göstərilir:

-bilik, bacarıq və vərdişlərin həcmi;

-mövzuların tədrisi ardıcıllığı;

-mövzu və ya bölməyə ayrılan saatların miqdarı.

Kurikulumlar isə təlimin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə birləşdirən konseptual sənəddir.

Şərh edilən anlayışlardan göründüyü kimi tədris proqramları və fənn kurikulumunun xüsusiyyətləri aşağıdakı kimidir:

-fənn proqramı;

-fənnin məqsədi və vəzifələri;

-bilik bacarıq və vərdişlərin həcmi;

-mövzuların tədrisi ardıcıllığı;

-bölmə və mövzulara ayrılan saatların miqdarı.


Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin