Milli qiymətləndirmə milli standartlar əsasında aparılmalıdır.
Hər bir standart iki mühüm komponentdən ibarətdir. Məzmun (bilik) və fəaliyyət (bacarıq). Standartlar öyrədiləcək məzmundan xəbər verir və bacarığın xüsusiyyətlərini göstərir. Yəni nəyin öyrədiləcəyi və öyrədilənlərin necə nümayiş ediləcəyi aydın təsvir edilir.
Tədqiqatçılar alt standartları aşağıdakı kimi səciyyələndirirlər:
-alt standartlar təlim məqsədlərinin müəyyən olunması üşün zəmin olan komponentləri əks etdirir.
-sinifdən–sinfə keçdikcə alt standartlar dəyişir.
Alt standartlarda mürəkkəb fikirlər daha sadə fikirlərə bölünür. Bu fikirə necə aydınlıq gətirmək olar.
Milli Kurikulumlarda müəyyən edilmiş ümumi təlim nəticələri fənnin səciyyəvi cəhətlərindən çıxış edərək xüsusiləşdirilsə də, ayrı-ayrı mövzuların təlim məqsədlərinə nail olunarkən həmin standartlara dönə -dönə müraciət etmək imkanını genişləndirir.
Dostları ilə paylaş: |