Biliyin koteqoriyaları
Biliyin koteqoriyaları baxımndan ümumi xarekter daşıyan məzmun alt-standartlarda hissələrə bölünərək biliyin deklorativ, prosedual, kontekstual adlanan üç böyük kateqoriyasından birinə aid olur.
Deklarativ bilik hər hansı bir anlayışın dərk edilməsi kimi qəbul edilə bilər. Bu bilik növü verilən fənlə bağlı mühüm informasiyalar kimi dəyərləndirilir. Mütəxəssislər deklarativ biliyi Amerika psixaloqu Benjamin Blumun taksonomiyasındakı altı mərhələnin ən aşağı iki mərhələsi olan bilmə və anlama ilə əlaqələndirlər. Amerika psixaloqu Benjamin Blum 1956-cı ildə üç sahə üzrə (koqnitiv, affektiv, və psixamator) pedaqoji məqsədlərin taksonomiyasını hazırlayıb.
Taksonomiya – iyerarxiya əsasında qurulmuş əlaqəli sistemdir. Bu sistem müəllimin fəaliyyətinin keyfiyyətini qiymətləndirmək üçün əlverişli vasitədir. Taksonomiya göstərir ki, hansı səviyyədə uşaqları öyrətmək olar və hansı səviyyədə onları öyrədirlər.
məzmun standartı
Deklorativ
prosedural kontekstual
Fəaliyyətlər
İdraki
emosianal
psixamator
Biliklər
Deklorativ bilik yaddaşa əsaslanır. Bunlar fənlərə aid mühüm terminlər, ifadələr, təriflərdir ki, şagirdlərin onları bilməsi təlimin sonrakı mərhələsinin təşkili üçün çox vacibdir. Deklorativ bilikdən şagirdlərin idrakı fəaliyyətinin təşkilində düzgün istifadə edilməlidir. Məsələn:4.1.5. hərfləri əlifba sırası ilə sadalanır.
Prosedual bilik prosesini ehtiva edir. Bu bilik növü hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər. Problemin həlli zamanı istifadə edilən biliklər prosedual biliklər hesab edilir. Prosedual biliyin deklarativ bilikdən fərqi ondan ibarətdir ki, bu biliklər tapşırığın yerinə yetirilmə prosesində tətbiq edilir. Bu səbəbdən prosedual biliyi Blum taksonomiyasında tətbiq mərhələsi ilə əlaqələndirmək olar.
Məsələn:4.1.3. Sait səslərə görə sözləri hecalara ayırır.
Kontekstual bilik hər hansı prosesdə əldə edilən yeni informasiya və ya müəyyən informasiyalara tətbiq edildikdə yeni məna alan proseslər kimi dəyərləndirilir. Kontekstual nəzəriyyəyə əsasən, təlim o zaman baş verir ki, şagird öz bilik dairəsi çərçivəsində yeni informasiyalar və ya biliklər emal etsin. İnformasiyaların emalı məzmunda yeni məna axtarmaqla və həmin mənaları inandırıcı şəkildə əlaqələndirməklə həyata keçirilir.
Məsələn: 4.1.6. Tək və cəm anlayışlarını nümunələrlə izah edir.
Bilik kateqoriyalarının standartlar üzrə uyğun nisbətlərdə bölgüsü aşağıdakı məsələlərin nəzərə çatdırılmasına və həyata keçirilməsinə xidmət edir:
-informasiyalar sadəcə yaddaşda mühafizə olunmalı deyil, onlar problemin həllində səmərəli istifadə edilməlidir.
-informasiyalar şagirdlər tərəfindən yeni informasiyaların yaradılmasına yardımçı olmalıdır.
Dostları ilə paylaş: |