Mənimsənilmə dərəcəsi Bütün digər şərtlər içərisində (daxilində) iki və daha çox konstruksiyadan eləsi texnoloji hesab olunur ki, onun tərkibindəki hissələrin sayı azdır. Lakin istehsalın işləməsi prosesində heç də hissələrin hamsını eyni səviyyəli (qiymətli) hesab etmək olmaz. Onlardan bəziləri artıq istehsalda, digər məmulatlar hazırlananda tətbiq olunmuşlar və yeni yaradılan məmulatda istehsal oluna bilər.
İstehsalda tətbiq olunma dərəcəsindən asılı olaraq hissələr aşağıdakı qruplara bölünür:
Orjinallar
Götürülmüşlər
Standart hissələr (alına bilənlər)
Bərkidici hissələr
Orijinal elə hissələrə deyilir ki, onlar baxılan məmulatın tərkibində (konstruksiyasında) birinci dəfə tətbiq olunurlar.
Götürülmüşlərə elə hissələr aiddir ki, onlar əvvəllər tətbiq olunmuş məmulatlarda orjinal olmuşlar və yeni yaradılan məmulatlarda istifadə olunurlar.
Digər hissələrin təyinatı (yəni standart, normalaşdırılmış, bərkidici) onların adlarından aydın olur (görünür).
Məmulatın istehsalatda mənimsənilmə dərəcəsi Km əmsalı ilə müəyyən olunur:
və yaxud ,
burada NO ,NS , NN ,NG , NB -orjinal, standart, normallaşmış,götürülmüş, bərkidici hissələrin sayı,N–isə hissələrin ümumi sayıdır (miqdarıdır).
Uyğun olaraq hissələrin xüsusi çəkisi aşağıdakı əmsallarla müəyyən edilir.
Sandartlaşdırma əmsalı
Normallaşdırma əmsalı
Götürülmə əmsalı
Mənimsənilmə əmsalı
Qeyd etmək lazımdır ki, mənimsənilmə əmsalı artdıqca (o cümlədən KS, KN, KG əmsalları) istehsalın texnoloji hazırlığına olan sərfiyyat azalır və onun texnoloji hazırlıq müddəti qısalır.Orjinal hissələrin sayı azaldıqda da əmsal artır.Orjinal hissələrin yalnız sayı deyil həm də onların adlarının sayı mühümdür və bunların hamısı təkrarlanma əmsalı kT ilə xarakterizə olunur:
,
burada NOa - orjinal hissələrin adlarının sayıdır. Ən pis halda kT =1 ola bilər.