MühaziRƏ 13 İqlİm yaradıcı proseslər İqlimin formalaşmasına təsir edən amillər



Yüklə 27,23 Kb.
səhifə4/4
tarix01.01.2022
ölçüsü27,23 Kb.
#106588
1   2   3   4
Mühazirə 13 - İqlim yaradıcı proseslər - Copy

- Mikroiqlim. Mikroiqlim dedikdə, kiçik bir ərazi üçün xarakterik olan yerli iqlim xüsusiyyətləri nəzərdə tutulur. Eyni coğrafi rayonda və eyni iqlim tipində bir-birinə yaxın müxtəlif quruluşlu və xüsusiyyətli sahələrdə mikroiqlimin müxtəlif variantları müşahidə olunur. Mürəkkəb relyef quruluşu olan dağ­­lıq regionların müxtəlif istiqamətli dağ yamaclarında, çəmən­lik və meşə massivində, əkin sahələri və bataqlıqlar üzərində, gölün və ya iri sututarların yaxınlığında və həmçinin onlardan xeyli aralıda hava şəraiti bu və ya digər dərəcədə fərqli olacaqdır. Bu isə o deməkdir ki, qeyd olunan ərazilərdə eyni iqlim tipinin olmasına baxmayaraq, ayrı-ayrı landşaft tiplərində müxtəlif mikroiqlim şəraiti formalaşır. Mikroiqlimdə olan bu fərqli variantlar səth örtüyünün quruluşu və xüsusiyyətlərindəki kiçik miqyaslı fərqlərlə əlaqədardır.

Mikroiqlim üçün səth örtüyünün ekspozisiyası (baxım­lığı), mikrorelyefin nahamarlığı, torpağın rütubətlənmə dərəcəsi, bitki örtüyünün xüsusiyyətləri (birillik ot bitkiləri, çoxillik ağac bitkiləri və s.) çox mühüm rol oynayır. Səth örtüyündə olan bu fərqlər özlüyündə udulan radiasiyanın, effektiv şüalanmanın və həmçinin radiasiya balansının ərazidə fərqli paylanmasına səbəb olur. Bunun sayəsində də havanın temperatur və rütubət reji­mində, həmçinin buxarlanmanın intensivliyində müəyyən mik­roiqlim fərqləri müşahidə olunur.

Yer səthinin nahamarlığı və mikrorelyef xüsusiyyətləri küləyin rejimində fərqli mikroiqlim variantlarının yaranmasına səbəb olur. Cüzi də olsa, buludluğun və yağıntıların rejimində də mikroiqlim fərqləri müşahidə olunur. Məsələn, ilin isti dövründə sahəsinə görə nisbətən geniş ərazi əhatə edən göllərin üzərində qismən də olsa topa buludlara, ilin soyuq dövründə isə kon­veksiya buludlarına rast gəlinir.

Məlumdur ki, sərbəst atmosferlə müqayisədə (troposferin üst sərhədində) küləyin sürəti bütün sürtünmə təbəqələrində xeyli zəif olur. O, yerə yaxın təbəqədə də xeyli zəif olur, hətta yer səthində onun sürəti bəzən sıfıra yaxın olur. Yerə yaxın təbə­qədə güclü küləklər ərazinin temperatur rejiminə də əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, küləyin sürətinin artması ilə əlaqədar turbulentlik də artır. Bunun sayəsində də torpaqla hava arasındakı istilik mübadiləsi artır. Ona görə də küləkli hava şəraitində gündüzlər yer səthinin temperaturu aşağı, gecələr sakit hava şəraitində isə yüksək olur.

Meşələri hər tərəfdən əhatə edən açıq əraziyə nisbətən sıx meşə çətirləri altında xüsusi mikroiqlim şəraiti formalaşır. Belə ki, əvvəllər qeyd olunduğu kimi, sıx çətirlər günəş şüalarını demək olar ki, yer səthinə buraxmır. Çətiraltı ərazilərə günəş şüaları düşmür. Bu zaman fəal səth funksiyasını çətirüstü yarpaq örtüyü (və ya səthi) yerinə yetirir. Buna görə də gündüzlər maksimal temperatur çətir altında yox, çətir üstündə müşahidə olunur. Hətta eyni yüksəkliyə malik açıq ərazidəkinə nisbətən temperatur xeyli yüksək olur. Bir sıra bioloji amillərdən, xüsu-silə ağacların növündən, meşələrin sıxlığından və həmçinin ağac­ların yaşından asılı olaraq, meşədə radiasiya və istilik rejimi xeyli fərqli olur. Yay aylarında açıq ərazilərlə müqayisədə gün­düz­­lər meşə sərin, gecələr isə isti olur.

Müasir iri şəhərlərin iqlimə təsiri çox böyükdür. Bununla da onlar özlərinin iqlimini formalaşdırmaqla yanaşı, ayrı-ayrı küçə­lərdə, meydançalarda, şəhər daxili parklarda və digər fərqli səth örtüklərində mikroiqlim şəraiti və onun variantları forma­laşır. Sənaye sahələri yaxşı inkişaf etmiş iri şəhərlər atmosferi çirkləndirməklə havanın tutqunluğunu artırır və günəş şüaları axınının miqdarını 20%-ə qədər azaldır. Materik daxili iri səna­ye şəhərlərində buraxlanmanın və rütubətliyin miqdarı da az olur. Belə ki, mikroiqlim fərqi çox da geniş ərazi əhatə et­məyən və bir-birindən çox da aralıda yerləşməyən səth örtük­lərinin müxtəlifliyindən asılıdır.



1 Temperaturun dəyişməsi ilə əlaqədar hava kütləsinin üfüqi istiqamətdə bir yerdən başqa yerə axıb getməsi

Yüklə 27,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin