İnciçiçəyi qlikozidləri
Tibb təcrübəsində korqlikonun inyeksiya üçün 0,06%-li məhlulu (Solutio Corglyconi 0,06% pro injectionilus) istifadə olunur.
Preparat inciçiçəyi yarpaqlarının qlikozidlərinin məcmusudur (5-ə qədər qlikozid var). İnciçiçəyinin əsas qlikozidi konvallatoksindir. Onun aqlikonu konvallatoksigenin (strofantidinin eynidir), qlikonu isə L - ramnozadır.
Xoruzgülü qlikozidləri
Xoruzgülü preparatlarından tibbdə Adonis-brom (Adonis-brom) tabletləri işlənir. Onun tərkibində 0,125 qr quru xoruzgülü ekstraklı və 0,25 qr kalium-bromid vardır.
Preparat ürək nevrozlarında və qandövranı çatışmazlığının yüngül formasında işlənir.
Dostları ilə paylaş: |