2. Azərbaycanda gender inkişafı.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.
BMT-nin1995-ci ilin sentyabr ayında Pekində qadın hüquqları üzrə keçirdiyi Ümumdünya konfrasında və Rio konfransında qəbul edilmiş XXI Əsrin Gündəliyində, “Qadınlara münasibətdə ayrı seçkilkiyin bütün formalarının ləğv olunması haqqında” Beynəlxalq konvensiyasında qarşıya qoyulan müddəa və prinsiplər Dünyanın bütün ölkələri., o cümlədən Azərbaycan Respublikası üçün də əsas fəliyyət proqramı kimi qəbul edilmişdir. Ölkəmidə Davamlı insan inkişafı kontekstində qadın problemləri üzrə hazırlanan Strateji Milli Fəaliyyət Proqramının əsas prioritet istiqamətləri aşağıdakılardan ibarətdir.
Azərbaycanda Gender problemləri üzrə strateji fəaliyyət istiqamətləri aşağıdakı prioritetlər üzrə müəyyən edilmişdir:
1. Qadın hüquqları.
1.1. Qadınların hüquqlarının müdafiəsi üzrə BMT konvensiyalarının və digər benəlxalq sənədlərin məzmununun əhali arasında təbliği.
1.2. Təhsilin bütün pillələri üçün “Qadın hüquqları” mözusunda xüsusi kurs proqramlarının işlənib hazırlanması.
1.3. Cəmiyyətin bütün sahələrində qadınlara münasibətdə ayrı-seçkiliyə yol verilməməsinin təmin edilməsi.
1.4. Qadın hüquqları ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin davamlı insan inkişafı ilə əlaqədar olan Beynəlxalq sənədlərə uyğunlaşdırılması sahəsində müvafiq tədbirlərin həyata küçirilməsi.
1.5. Qadınların hüquq bərabərliyini inkişaf etdirmək məqsədi ilə ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi və təkmilləşdirilməsi.
1.6. Müəssisələrin özəlləşdirilməsi zamanı qadınların əmək hüquqlarının pozulmasına yol verməmək.
2. Qaçqın, məcburi köçkün qadıların sosial, məişət şəraiti-nin yaxşılaşdırılması.
2.1. BMT-nin Pekin konfransında qəbul edilmiş Fəaliyyət Platformasına əsaslanaraq “Qaçqın və məcburi köçkun qadın və uşaqlar” Proqramının hazırlanması və həyata kecirilməsi.
2.2. Qaçqın və məcburi köçkun qadın və uşaqlar haqqında məlumat bankının yaradılması.
2.3.İşğaldan azad edilmiş torpaqlarda qaçaın və məcburi köçkün qadınların məişət şəraitinin və fəaliyyətinin normal məcraya düşməsi üçün beynalxalq təşkilatlarla birgə xüsusi proqramların hazırlanması.
2.4. Qaçqın və məcburi köçkun qadınların reproduktiv sağlamlığının qorunması, tibbi,sosial, təhsil xidmətlərindən geniş istifadənin təmin edilməsi.
2.5. Qaçqın və məcburi köçkun qadın və uşaqlar üçün hüquq məsləhətlərinin təşkil edilməsi.
2.6. Qaçqın və məcburi köçkun qadınların sosial müdafiəsinin, xüsusilə onların məşğulluğunun təmin edilməsi məqsədilə qaçqınların kompakt məskunlaşdığı regionlarda milli peşələr üzrə yeni səmərəli proqramların hazırlanıb həyata keçirilməsi.
3. Qadın və silahlı münaqişələr(müharibədə girov göturulmüş qadınlar).
3.1.Müharibə nəticəsində girov götürülmüş qadın və uşaqların geri qaytarılmasına dair BMT-nin Qaçqın Statusu üzrə Kommisiyanın müvafiq qətnaməsinə əsaslanaraq erməni işğalçıları tərəfindən girov götürülən uşaqların girovluqdan azad edilməsi üçün beynəlxalq təşkilatların imkanlarından istifadə etməklə qəti tədbirlərin görülməsi.
3.2. Müharibə zamanı zorakılığa məruz qalmış qadınların və uşaqların hüquqlarının bərpası və onların sosial-psixoloji reabilitasiyası.
3.3. Dünyada sülhün qorunmasında, Ümümdünya qadnlar hərəkatında Azərbaycan qadınlarının fəal iştirakının təmin edilməsi.
3.4. Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra torpaqların minalardan təmizlənməsi və həmin ərazilərdə pozulmuş ətraf mühütin sağlamlaşdırılması barədə beynəlxalq təşkilatlar qarşısında məsələlərin qaldırılması.
4. Qadın və zorakılıq
4.1. Qadınlara (qızlara) qarşı hər cür zorakılıq hallarının- cinsi, iqri, milli, dini, sosial, regional xüsusiyyətlərlə əsaslandırılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi.
4.2. Qadın və qızlarla “alver” edilməsi hallarına qarşı ciddi hüquqi-inzibati tədbirlər gürülməklə, qadın hüquqlarının pozulmasında təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi.
4.3. Qadınlara qarşı zorakılıq və qəddarlıq təbliğ etmək, habelə parnoqrafik yazılar, şəkilləri çap etdirməyə, reklam və təbliğ etməyə görə müvafiq hüquqi tədbirlərin görülməsi.
4.4. Məişətdə zorakılığa məruz qalmış qadınlar üçün tibbi, psixoloji və hüquq məsləhət xidmətlərini əhatə edən məntəqələrin təşkil edilməsi.
4.5. Azyaşlı qızların əxlaqsız hərəkətlərə cəlb edilməsi hallarına qarşı mübarizənin gücləndirilməsi.
4.6. Azyaşlı qızların nigaha cəlb edilməsinin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi.
4.7. Əlil və kimsəsiz qız uşaqlarının sosial reabilitasiyası ilə bağlı proqramların hazırlanması.
4.8. Çətin tərbiyə olunan qızlar üçün xüsusi məktəblərin açılması.
4.9. Valideyn himayəsindən məhrum olmuş baxımsız qız uşaqları üzərində dövlət himayəsinin gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üçün yeni təkliflərin hazırlanması.
5. Qadın və sağlamlıq
5.1. Ailə planlaşdırılması mərkəzinin işinin təkmilləşdirilməsinə, ailə planlaşdırılması məsələlərində sanitar-maarif işinin gücləndirilməsinə dair biliklərin kütləvi informasiya vasitələri (mətbuat, radio və televiziya) ilə təbliğ edilməsi.
5.2. İrsi patologiyaların ilkin aşkar edilməsi məqsədi ilə Genetik Müayinələr və Prental Mərkəzinin təşkil edilməsi.
5.3. Ətraf mühitin qadınların reproduktiv funksiyalarına təsirinin öyrənilməsi üçün elmi-tədqiqat işlərinin genişləndirilməsi.
5.4. Xəstə, tənha, fiziki və psixoloji cəhətdən asılı vəziyyətdə olan qadınlara səhiyyə xidmətinin yaxşılaşdırılmasına kömək edən qeyri-dövlət qadın təşkilatlarının işinin dövlət tərəfindən dəstəklənməsinin mexanizminin işlənib hazırlanması.
5.5. Qadınların əməyindən istifadə edilməsi qadağan olunmuş iş yerlərinin milli xüsusiyyətlər nəzərə alınmaqla yeni (standarta uyğun) siyahılarının hazıralnması.
5.6. Qadınların iş yerində Azərbaycan respublikası Əmək Məcəlləsinin əməyi ilə bağlı maddələrinin icrasına nəzarətin gücləndirilməsi.
5.7. Tək qadınlar və ailə başçısı olan qadınlar probleminin öyrənilməsi və onlara müvafiq köməklik göstərilməsi üçün təkliflərin hazırlanması.
5.8. Hamilə və azyaşlı uşaqları olan qadınların əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı qanunvericiliyə eyni əlavələrin və güzəştlərin daxil edilməsinə dair təkliflər hazırlanıb Milli Məclisə təqdim edilsin.
6.Qadın və təhsil
6.1.Təhsillə bağlı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş maddələrə əsaslanaraq təhsilin bütün pillələrində gender fərqlərinin aradan qaldırılması.
6.2. Təhsilin idarə olunmasında, xüsusən kənd yerlərində qadınların bərabər hüquqlarla iştirakının təmin edilməsi.
6.3. Təhsil müəssisələrində “Gender problemləri” fənninin öyrənilməsinin təşkil edilməsi barədə təkliflərin hazırlanması.
6.4. Təhsildə gender amilini araşdırmaq üçün Təhsil Nazirliyi sistemində sosioloji tədqiqatlar çərçivəsində elmi mərkəzin yaradılması.
6.5.Qadınların (qızların) peşə və ixtisaslar əldə etməsində proporsionsllığa diqqət yetirilməsi.
6.6.Bəzi ucqar kəndlərdə qızların təhsildən kənarda qalmasının alınması.
7.Qadın və iqtisadiyyat.
7.1.Qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi.
7.2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara banklardan və müxtəlif beynalxalq yardım fondlarından zəmanətsiz, güzəştli,uzunmüddətli mikrokreditlərin verilməsi.
7.3.Sahabkarlıqla məşğul olmaq istəyən qadınlar üçün menecment, mühasibatlıq, mühasibat uçotu və s. sahələrdə təkmilləşdirmə kurslarının təşkil edilməsi.
7.4.Qadınlar arasında işsizliyin aradan qaldırılması məqsədi ilə reqional xalçaçılıq, meyvəçilik, baramaçılıq tərəvəzçilik və s.sahalərdə fermer təsərrüfatlarının yaradılması.
7.5. Sahibkar qadınların texniki və kommersiya əlaqələrininn genişləndirilməsinə, onların milli, regional və beynalxalq səviyyələrdə müştərək müəssisələr yaradılması təşəbbüslərinə köməklik göstərilməsi.
7.6.Əmək bazasına yenicə daxil olan gənc qadınların sosial iqtisadi sahə ilə əlaqədar peşə hazırlığının və yenidən hazırlanmasının təşkil edilməsi.
7.7.Qadınların məişət şəraitinin yaxşılaşdırılması və qadın əməyinin yüngünlləşdirilməsi üçün çeşidli xidmətlər göstərən ictimai-iaşə və ticarət şəbəkələrinin genişləndirilməsi.
8.Qadın və ətraf mühit.
8.1.Qadınlar arasında ekoloji biliklərin yayılması və ekoloji maarifləndirmə məqsədi ilə kütləvi informasiya vasitələrində, radio və televiziyada verilişlərin təşkil edilməsi.
8.2.Ətraf mühitin çirkləndirilməsi zamanı qadınların sağlamlığına təsirin araşdırılması və aradan qaldırılması üçün müvafiq tədbilərin görülməsi.
9.Cəmiyyətin idarə edil-məsi və qərarların qəbul edilməsində qadınların iştirakı.
9.1. Hakimiyyət orqanlarında və qərarların qəbul edilməsi işində qadınların qəbul edilməsi işində qadınların kişilərlə bərabər təmsil olunması ilə bağlı tədbirlər görülməsi.
9.2. Siyasi sahədə qadınların fəallığını artırmaq üçün onların siyasi partiyalarda təmsil olunmasının stimullaşdırılması və seçkilərdə qadın namizədlərin irəli sürülməsinə şərait yaradılması.
9.3.Məhkəmə sistemində qadınların rolunun artırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi.
9.4. İdarəetmədə, siyasətdə, məhkəmə sistemində xüsusi xidmətləri olan qadınlar haqqinda KİV ilə məlumatların yayılması.
9.5. Qadın (gender) problemləri ilə bağlı beynalxalq tədbirlərdə Azərbaycan qadınlarının iştirakının təmin edilməsi.
9.6. qadın mütəxəssislərin diplomatiya sahəsində daha geniş təmsil olunmasının təmin edilməsi.
9.7. Sosial, iqdisadi və ekoloji problemlərlə bağlı qərarların qəbul edilməsində qadınların iştirakının genişləndirilməsi.
Yuxarıda qeyd edilən problemlərin həlli üçün hər şeydən əvvəl, dünyanın bütün ölkələrində gender bərəbərliyinin təmin olunması məqsədilə BMT və digər nüfuzlu beynalxalq təşkilatların qəbul etdiyi qərar və layihələr həyyata kecirilməlidir. Bu müasir sivilizasiyalı cəmiyyətin formalaşmasına və ölkədə Davamlı İnsan İnkişafına təkan verən başlıça amillərdən biri dəyərləndirilməlidir. Unutmaq olmaz ki, gender bərəbərliyinin təmin olunmadığı ölkə və reqionda Davamlı İnsan İnkişafının tərəqqisinə nail olmaq qeyri mümkündür. Bu problemin həllinə nail olmuş ölkələr Davamlı İnsan İnkişafında da böyük uğurlar qazanacaqdır. Azərbaycanda Gender İnkişafı əmsalı ( GİƏ) ildən-ilə dinamik inkişafa malikdir (Şəkil 2.1).
Dostları ilə paylaş: |