Mühazirə dərslərində müzakirə olunan mövzuların məzmunu 1



Yüklə 20,62 Mb.
səhifə35/58
tarix24.11.2023
ölçüsü20,62 Mb.
#134010
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   58
Avtomatlaşdırmanın əsasları müh

POTENSİOMETRLƏR
Potensiometrlərin iş prinsipi ölçülən t.e.h.q-nin məlum potensial fərqi ilə kompensasiyasına əsaslanmışdır. Kompensasiya üsulu ilə t.e.h.q-nin ölçülməsinin prinsipial sxemi verilmişdir.
Potensiometrin prinsipial sxemi

Şəkil 2.9
Termocüt dövrəyə elə qoşulmuşdur ki, reoxordunun müqavimət hissəsində quru elementin (E) və termocütün (TC) cərəyanları eyni istiqamətdə axır. E-nin cərəyanı və TC-nin cərəyanı olarsa, müqavimət hissəsindəki cərəyan

olacaqdır. müqavimət hissəsi ilə qapanan termocüt dövrəsinə baxaq. Kirxhofun ikinci qanuna görə yaza bilərik

və ya

Buradan

şərti daxilində D reoxord sürüngəcini reoxordu boyunca hərəkət etdirərək elə bir vəziyyət tapmaq olar ki, termocüt dövrəsində cərəyan sıfra bərabər olsun ( =0). Bu zaman sıfır cihazının əqrəbi “0” nöqtəsində duracaq. Bu o deməkdir ki, termocütün t.e.h.q-si reoxordun AD hissəsində E-nin yaratdığı potensiallar fərqi ilə kompensasiya olunmuşdur. Bu halda


cərəyan mənbəyi dövrəsi üçün
və olduğunu bildikdə yaza bilərik.




Termocütün t.e.h.q. sıfır cihazının və xarici dövrənin müqavimətlərindən asılı deyildir.


Loqometrlər.
Loqometr (cərəyan nisbətlərini ölçən) iş prinsipi etibarı ilə maqnit elektrik cihazlar qrupuna daxildir. Loqometrin əsas elementi bir – birinə bağlanmış iki çərçivədən ibarətdir. Bəzi konstruksiyalarda çərçivələr bir, bəzilərində isə müxtəlif müstəvilərdə yerləşdirilir. Müxtəlif müstəvilərdə qoyulmuş çarpazlaşan çərçivəli loqometrin prinsipal sxemi verilmişdir.
Loqometrin prinsipal sxemi

Şəkil 2.10
Sxemdən göründüyü kimi, hərəkətli sistem ümumi ox üzərində bərkidilmiş çarpazlaşan iki çərçivədən (R1və R2) ibarətdir. Çərçivələrin oxunda temperatur dərəcələrinə görə dərəcələnmiş şkala boyunca hərəkət edən əqrəb oturdulmuşdur. Çərçivələr maqnit qütb başlıqları və silindrik içlik arasındakı qeyri-müntəzəm maqnit sahəsində yerləşdirilmişdir. E cərəyan mənbəyindən gələn cərəyan qollara ayrılıb, birinci çərçivədən (R1) və sabit qiymətli R müqavimətindən, ikinci çərçivədən (R2) və (Rt) elektrik müqavimət termometrindən keçir. Cərəyan çərçivələrdən keçdikdə elektromaqnit sahələri yaranır. Bu elektromaqnit sahəsi ilə sabit maqnit sahəsinin qarışılıqlı təsiri, çərçivələri əks tərəflərə çevirməyə çalışan iki fırlandırıcı moment yaradır.
Loqometrin hər çərçivəsində yaranan fırlandırıcı momentin qiyməti çərçivədən keçən cərəyanın şiddətindən və çərçivənin yerləşdiyi sahənin maqnit induksiyasindan asılıdır.
M1=C1H1J1
M2=C2H2J2
Burada H1 və H2 - R1 və R2 çərçivələrinin yerləşdiyi sahələrin maqnit induksiyası; J1 və J2 - R1 və R2 çərçivələrindəki cərəyan şiddəti; C1 və C2 ölçüsündən və sarğıların sayından asılı olan əmsallardır.
Elektrik müqavimət termometrinin müqaviməti sabit qiymətli R müqavimətinə bərabər olduqda çərçivələrdən keçən cərəyanların şiddətləri J1 və J2 bir-birinə bərabər olur. Onda fırlandırıcı momentlər M1 və M2 bərabərləşir və bütün sistem müvazinət vəziyyətini alır. Lakin elektrik müqavimət termometri, qızdırılma və ya soyudulma nəticəsində öz müqavimətini dəyişdikdə çərçivələrin birindən digərinə nisbətən böyük cərəyan axacaqdır. Bu zaman momentlərin bərabərliyi pozulacaq və bütün sistem qiymətcə böyük momentin təsir etdiyi tərəfə çevrilməyə başlayacaqdır. Sistem fırlandıqda daha güclü cərəyan axan çərçivə daha zəif maqnit sahəsi mühitinə düşür, bunun da nəticəsində çərçivəyə təsir edən moment azalır, əksinə, digər çərçivə daha güclü maqnit sahəsi mühitinə daxil olur və onun fırlandırıcı momenti artır. Çərçivələrin hərəkəti onların fırlandırıcı momentləri bərabər olana qədər davam edir.
M1 = M2
C1H1J1 = C2H2J2
Buradan

Maqnit sahəsi bircinsli olmadığından çərçivənin hər bir vəziyyətinə arada olan sahənin öz maqnit induksiya qiyməti uyğun gəlir, buna görə də hərəkət edən sistemin dönmə bucağının funksiyasıdır.

Burada - hərəkət edən sistemin dönmə bucağıdır.
Hərəkət edən sistemin dönmə bucağının qiyməti çərçivədən keçən cərəyanların nisbətindən, cərəyan nisbəti isə elektrik müqavimət termometrinin müqavimətindən asılıdır. Buna görə də əqrəbin meyletmə bucağı elektrik müqavimət termometrinin müqavimətinin dəyişməsinə və onun yerləşdiyi mühitin temperaturuna mütənasibdir. Bu isə loqometrin şkalasının bilavasitə temperatur dərəcələri ilə dərəcələnməsinə imkan verir.


Yüklə 20,62 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin