Ekoloji normalaşdırma
Ekoloji normalaşma ekologiyaya antropogen təsirlərin azaldılmasını təmin edir və insanın təbiətlə ahənginə yönəlmişdir. Ümumiyyətlə burada aşağıdakı işlər görülür:
-
Antropogen təsirinin nəticələrinin hesabını aparmaq
-
Biosferanın “böhranlı” halqalarının və təsir amillərinin axtarılması
-
Təbii ekosistemlərə təsiri nəzərə alaraq, onlara nüfuz etmənin yollarının axtarılması.
Yolverilən ekoloji yükün təyinində əsas meyyar ekosistemin çeşidliliyinin, stabilliyinin məsuldarlığının aşağı enməməsidir. Antropogen təsirlərinin normalaşdırılmasında prioritet faktorlar və təsir effektləri əhəmiyyət kəsb edir.
Biosferanın adaptasiya imkanlarının dəyərləndirilməsində ekosistemin dayanıqlı olması anlayışına, onun ekoloji ehtiyatına arxalanmaq gərəkdir. Ekoloji ehtiyat mühitin əsas xüsusyyətlərinin pozulmaması şərti ilə biosferdən çıxarıla bilən bərpa olunan təbii ehtiyatların mümkün olah hissəsini təyin edir. Ekosistemə mümkün olan yükün həddinin təyini monitorinqin əsas vəzifəsidir. Bunu edərkən, təbii mühitin keyfiyyətinin tənzimlənməsi və idarə olunması ekoloji prognozlaşmalara dayanır və burada onlara uyğun riyazi modellərin qurulması tələb olunur. Riyazi modellər qurulanda öyrənilən təbii prosesləri üç yerə bölürlər:
- seçilən zamanın miqyasına uyğun olanlar
- seçilən zamanın miqyası ilə dinamik müvazinətdə olanlar (ntz gedən proseslər)
- seçilən zamanın miqyasında dəyişənlər (ləng kedən proseslər)
Suallar:
1. İnsan əhalisinin problemləri. Təbii mühitin keyfiyyəti və ətraf mühitin keyfiyyəti ilə bağli olan başlica anlayişlar
2. Monitirinq haqqinda ümumi bilgilər
3. Monitorinqin çeşidləri
4. Ekoloji normalaşma haqqinda ümumi anlayiş
Dostları ilə paylaş: |