Demokratiya formalarının tarixi təkamülü
Cəmiyyətin təşkilinin demokratik formalarının meydana gəlməsi tarixin dərin qatlarına təsadüf edir. Bəşəri toplumun yaranmasının vacib şərtlərindən biri kimi səciyyələnən demokratiyanın bəzən hətta antropogenezdə əhəmiyyətli rol oynayan amil olduğu iddia edilir. Müasir etnoqrafik tədqiqatlar demok rati ya - nın insanların bərabər şəkildə təmasının, onların özünüdərketməsinin və təfəkkürünün, şəxsi ləyaqətinin inkişafına stimul yaradaraq, ümumiyyətlə, insan nəslinin formalaşmasında böyük rol oynadığını təsdiqləyən tutarlı materiallar verir. Bununla yanaşı, demokratiyanın bir sosial hadisə kimi tarixi inkişafın müəyyən pilləsində meydana gəldiyini iddia edən və inandırıcı arqumentlərə əsaslanan nöqteyinəzərlər də mövcuddur. Hər halda, söhbət gedən məsələ ətrafında müxtəlif fikir çalarlarının cərəyan etməsi tarixi inkişafın demokratiyanın müxtəlif pillələrdən keçərək təkamülü ilə müşayiət edildiyi haqqında iddianın irəli sürülməsinə mane ola bilməz. Demokratiyanın başlanğıc pilləsinin müəyyənləşdirilməsinə münasibət onun mahiyyətinə, məna tutumuna yanaşmadan asılı olaraq öz həllini tapa bilər. Əgər demokratiya dövlət forması kimi qəbul edilərsə, onda demokratiyanın dövlətin meydana gəlməsindən sonra ortaya çıxması haqqında iddianın sübutuna ehtiyac qalmır. Demokratiya yalnız dövlət forması kimi deyil, həm də bütövlükdə cəmiyyətin ictimai təşkili forması keyfiyyətində qavranıldıqda, onun başlanğıcını tarixin dövlətin yaranmasından daha qabaqkı dövrlərinə aid etmək mümkündür.
Müasir siyasi nəzəriyyələrdə və təsəvvürlərdə demokratiya anlayışının dövlət formasından daha geniş mənada işlədilməsinə üstünlük verildiyini nəzərə alsaq, yuxarıda şərh edilən nöqteyinəzərlərdən ikincisinin üzərində dayanmalıyıq. Bu halda demokratiyanın tarixi inkişafının aşağıdakı sxemini təqdim etmək mümkündür:
•ibtidai demokratiya,
•hərbi demokratiya,
•antik demokratiya,
•yeni dövrün klassik demokratiyası,
•müasir demokratiya
İcma cəmiyyətində demokratiyanın özünə yer tutması onun təşkili xüsusiyyətləri ilə əlaqədar olub, bir sıra cəhətlərlə səciyyələnirdi. Torpaq üzərində kollektiv mülkiyyət və izafi məhsulun qeyri-mümkünlüyü qəbilə üzvləri arasında bərabərliyi obyektiv zərurətə çevirmişdi. Bu bərabərlik sadəcə maddi imkanlar bərabərliyi deyil, həm də icma üzvü kimi hər bir fərdin hüquq və vəzifələrinin bərabərliyi kimi təzahür edirdi. Qəbilə üzvlərinin icma işlərinin idarə edilməsində iştirakının, yəni kollektiv idarəçilik əsaslarının formalaşmasının mümkünlüyü həmin bərabərlikdən irəli gəlirdi. İcmanın idarə olunmasının demokratik mahiyyəti aşağıdakı prinsiplərdə ifadə olunurdu: qəbilə və ya tayfa toplantılarında icmanın yaşlı üzvlərinin iştirak etmək hüququ və sərbəst surətdə fikir söyləmək azadlığı, qəbilə başçılarının seçilməsi və dəyişdirilməsi, qəbilə başçılarının hakimiyyətinin mənəvi nüfuza əsaslanması və heç bir maddi imtiyazlarla müşayiət olunmaması, başçıların və adi qəbilə üzvlərinin ierarxik münasibətlərinin qəbilədaxili əxlaq normaları və ictimai rəy əsasında tənzimlənməsi. Ümumiyyətlə, icma quruluşu özünü idarə edən sosial orqanizmi xatırladırdı. İbtidai demokratiya birbaşa (bilavasitə) demokratiyanın ilk tarixi forması idi. Bütün xalqlar və millətlər ibtidai demokratiya mərhələsindən keçmişlər. Demokratiyanın məhz bu tarixi forması sonralar bu və ya digər kombinasiyalarda demokratik idarəçilik təsisatlarının yaranması üçün ilkin başlanğıc rolunu oynamışdır. İcma münasibətlərinin təkamülü nəticəsində ibtidai demok ra - tiya dan hərbi demokratiyaya keçid baş verir. Demokratiyanın bu ta - rixi formasının qərarlaşdığı ibtidai quruluş qəbilə başçısı və onun tay fası ətrafında ciddi ierarxik sistemin meydana gəlməsi ilə sə ciy - yə lənir. Cəmiyyətdə idarəçilik funksiyalarının həyata keçirilməsi vasitəsi kimi əsas etibarı ilə hərbi hissələr, drujinalar çıxış edir. Drujinalar həm xarici, həm də daxili məsələlərin həll edilməsi məqsədlərinə xidmət göstərirdi. Beləliklə də, bəzi xalqlarda, o cümlədən Qədim Romada ictimai-dövlət quruluşunun ilk forması hərbi demokratiya şəklində meydana çıxmışdı. Hərbi demokratiyanın qərarlaşması patriarxal icmaların dinc halının başa çatması, hərbi döyüşlərin icmanın maddi təminatında mühüm rol oynayan amilə çevrilməsi ilə əlaqədar əhəmiyyətinin artması və bunun nəticəsində qoşuna rəhbərliyin ən mühüm idarəçilik forması səviyyəsinə yüksəlməsi sayəsində mümkün olmuşdur. Qəbilənin təşkilinin spesifik forması icmanın idarəsinin yeni formasını şərtləndirdi. Qoşunun rolu artdıqca hərbi başçı tədricən ümumqəbilə məsələlərinin həll edilməsində aparıcı simaya çevrilirdi. Bu səbəbdən də demokratiyanın bu formasını bəzən "başçılıq" demokratiyası da adlandırırlar. Hərbi demokratiya dövründə, ibtidai demokratiyada olduğu kimi, başçı ilə yanaşı qəbilənin idarə olunmasında icma toplan tıla rı - nın rolu da xüsusi əhəmiyyət kəsb edirdi, hətta əvvəlki dövrdən fərqli ola raq bu orqanın səlahiyyətləri xeyli artmışdı. Lakin hərbi demok - ra ti ya dövründə bu toplantılar getdikcə daha artıq dərəcədə əsas etibarilə hərbçilərdən təşkil edilir və daimi fəaliyyət göstərən orqan xarakteri kəsb edirdi. Adi icma üzvləri isə tədricən qəbilə işlərinin idarə edilməsindən kənarlaşdırılırdı. Hərbi demokratiya dövründə qəbilənin idarə edilməsinin demokratik əsasları məhdudlaşdırılaraq, hakimiyyət müstəsna olaraq qəbilə şurasının əlində toplanmışdı. Qəbilə şurasında isə başçılar, qoşun rəisləri, qəbilənin müqəddəs ibadət yerlərinin mühafizəçiləri, xüsusi nüfuz sahibi olan döyüşçülər iştirak edirdi. Qəbilə başçılarının və nüfuz sahiblərinin hakimiyyəti artıq var-dövlətə, qəbilə işlərinin idarə olunmasında mühüm vasitəyə çevrilmiş tayfa üzvlərinin nüfuzuna əsaslanırdı. Qəbilə idarəçiliyinin bu formasını möhkəmləndirmək və xüsusilə də icmanı idarə edənlərin mövqeyini gücləndirmək və əbədiləşdirmək məqsədilə başçının, hərbi drujina rəislərinin zənginlik və hakimiyyətinin nəsildən-nəsilə ötürülməsi ənənələrinin əsası qoyulurdu. Hərbi demokratiyanın sonrakı mərhələlərində özünü aydın şəkildə büruzə verən bu cəhətlər qəbilədə ierarxik əlaqələrin üstünlük təşkil etməsini şərtləndirdi. Bu isə öz növbəsində tədricən dövlət çili - yin əsaslarının yaradılmasına, hərbi demokratiyadan antik demok ra - ti yaya keçidin baş verməsinə gətirib çıxardı. Demokratik dövlətin ilk forması e. ə. 5-ci əsrdə meydana gəlmiş Afina respublikası hesab olunur. Afina demokratiyası antik demokratiya tipini təmsil edirdi. Afina demokratiyasının köklərini "Homer" və daha əvvəlki "axey" dövrünün hərbi demokratiya münasibətlərində axtarmaq lazımdır. Hərbi demokratiya ənənələrinin yerini antik yunan şəhərlərində meydana gələn yeni idarəçilik formaları tutmağa başlayır. Yunan siyasi tarixinin e. ə. 7 - 6-cı əsrləri tiranlıq mərhələsi kimi səciyyələnir. Lakin qısa bir dövrü əhatə edən bu idarəçilik forması ümumyunan hadisəsinə çevrilə bilmədi. Qədim yunan şəhərlərində siyasi quruluşun müxtəlif formaları, məsələn, magistratlar, timokratiya qərarlaşmışdı. E. ə. 594-cü ildə Afinanın ilk orxontu seçilən Solon bir sıra mühüm islahatlar həyata keçirərək qədim Yunanıstanda antik demokratiyanın qərarlaşmasına yol açdı. Solon vətəndaşların siyasi hüquqlardan istifadə etməsinə əmlak senzi qoymaqla onların dövlət işlərində iştiraka münasibətdə qeyribərabərliyini qanuniləşdirdi. Dörd dərəcəyə bölünən Afina vətəndaş - la rın dan birincilər arxont, ikincilər məmur və hakim, üçüncülər isə dördyüzlər şurasına üzv seçilə bilərdi. Fet adlanan dördüncü dərəcəli vətəndaşlar isə vəzifə tuta bilməzdilər, lakin xalq yığıncaqlarında səs vermək və məhkəmə iclasçısı olmaq hüquqlarına malik idilər. Siyasi imtiyazların dərəcəsi vətəndaşların dövlət vergilərini ödəməsinə birbaşa təsir edirdi. Ən yüksək vergini birinci dərəcəli vətəndaşlar verirdi, fetlər isə dövlət vergilərindən azad edilmişdi. Şəhərin kasıb təbəqələrini ali hakimiyyət orqanı olan xalq yığıncaqlarında və məhkəmələrdə - qalislərdə iştiraka buraxmaqla Solon Afina demokratiyasının sosial bazasını genişləndirdi. Eyni zamanda, Solonun islahatları sayəsində Afinada hökmdarların seçilməsi və xalq tərəfindən ona nəzarət edilməsi ideyası inkişaf etməyə başlamışdı. Afina demokratiyasının çiçəklənməsi Periklin hakimiyyəti illərinə (e. ə. 443-423-cü illər) təsadüf edir. Aristotel yazırdı ki, Periklin dövründə "dövlət quruluşu daha demokratik oldu", "xalq isə öz qüdrətini hiss etdi və bütün siyasi hüquqları öz əlində toplamağa çalışdı". Fukidid isə Perikl haqqında başqa fikirdə idi. O yazırdı: "Sözdə bu, demokratiya adlanırdı, əslində isə, hakimiyyət birinci vətəndaşın əlində idi".
Periklin islahatları ilə əmlak senzi ləğv edildi, vəzifələrə seçilmə zamanı səsvermə püşk atma ilə əvəz olundu, dövlət vəzifə - lə rinin icrasına görə məvacib verilməyə başlandı. Sonralar demosun xalq yığıncaqlarında iştirakını təmin etmək üçün e. ə. 406-cı ildə arxont Aqirriyanın təklifi ilə həvəsləndirmə sistemi tətbiq edildi. Antik demokratiyanın digər çaları öz ifadəsini qədim Roma dövlətində tapmışdır. Roma demokratiyasının meydana çıxması demosun aristokratiya ilə mübarizəsinin kəskin xarakter daşımasının nəticəsi kimi qiymətləndirilir. Bu mübarizə sayəsində e. ə. 494-cü ildə plebey (xalq) tribunları magistrliyi institutu yaradıldı, 471-ci ildə isə qanunvericilik səlahiyyətlərinə malik olan plebey yığıncaqları təsis edildi. 449-cu ildə konsullar Valeri və Qorasi belə bir qanun qəbul etdirməyə nail oldular ki, plebey yığıncaqlarının qərarları ümumdövlət əhəmiyyətli qanun qüvvəsinə malikdir. Beləliklə də, əvvəllər patrislərin (aristokratiyanın) tam nəzarətində olan xalq yığıncaqları demokratikləşmiş oldu. Siyasi həyatda tribunların rolu getdikcə möhkəmlənirdi, onlar toxunulmaz şəxsiyyət hesab olunurdu. Onlar konsulların sərəncamlarını, Senatın qərarlarını, qanun layihələrini dayandıran veto hüququna malik idilər. Xalqın hakimiyyətdə iştirakına şərait yaradılması nöqteyinəzərindən Roma demokratiyası Afina demokratiyası səviyyəsinə qalxa bilməsə də, o, əhalinin müxtəlif təbəqələrinin mənafeyini dövlət hakimiyyətində təmsil edən xüsusi institutların təsis edilməsi baxımından öz unikallığı ilə fərqlənir. Konsul hakimiyyəti vahid hökmdar hakimiyyətini, senat aristokratiyanın hakimiyyətini, plebey (xalq) tribunaları isə xalqın hakimiyyətini təcəssüm etdirirdi. Antik demokratiyanı bir sıra vacib əlamətlər səciyyələndirir. Hər şeydən əvvəl, antik demokratiya birbaşa (bilavasitə) demok - ratiya şəklində üzə çıxırdı. Xalq cəmiyyətin vacib problemlərinin həll edilməsində, ümumiyyətlə, demokratik prosedurların həyata keçirilməsində bilavasitə iştirak edirdi. İkincisi, antik demokratiya təbiətinə görə kollektivçi demokratiya idi. Fərd dövlətdən, dövlət isə cəmiyyətdən ayrılmadığından, hər kəs öz mənafeyinin reallaşmasını ümumi mənafenin reallaşması ilə əlaqələndirirdi. Bunun nəticəsində də vətəndaşlar arasında sosial təbəqələşmə açıq təzahür edən sosial ziddiyyətlərə gətirib çıxarmamışdı. Fərdin azadlığı polisin azadlığı kimi başa düşülürdü. Fərdi azadlıq ümumi rəydən kənar fikir və mülahizələr azadlığı şəklində mövcud ola bilməzdi. Vətəndaşın azadlığı kollektivin iradəsinə tam şəkildə tabe olmasında təzahür edirdi. Antik demokratiyanın digər xüsusiyyəti ondan ibarət idi ki, qeyd-şərtsiz olaraq ümumi rəyin formalaşması ilə müşayiət olunan bu demokratiya tədricən çoxluğun despotiyasına meydan verirdi. Hakimiyyətin başlıca institutu olan xalq yığıncaqlarının səlahiyyətləri heç nə ilə məhdudlaşdırılmırdı. Cəmiyyətdə sosial qütbləşmə gücləndikcə siyasi hüquqlardan istifadə edən kasıb çoxluq hakimiyyəti azlıqda qalan varlılardan qisas almağa yönəltməyə müyəssər oldu. Bunun sayəsində demokratiya pillə-pillə özünün antipoduna çevrilməyə başladı. Antik dövrün böyük mütəfəkkirləri Platon və Aristotelin demokratiyanı, xüsusilə də çoxluğun demok - ratiyasını alqışlamaması, onu oxlokratiya (qara kütlənin hakimiy yə - ti) adlandırması, görünür, bununla əlaqədardır. Xalq hakimiyyəti ideyasının bu şəkildə eybəcərləşməsi, digər səbəblərlə birlikdə, antik demokratiyanın süqutuna gətirib çıxardı. Orta əsrlərdə avtoritar monarxiya rejimlərinin qərar tutması ilə xalq hakimiyyəti ideyası və prinsipləri siyasi həyatdan sıxışdırılıb çıxarıldı, "demokratiya" ifadəsi siyasi leksikondan silindi. Lakin monarx hakimiyyətinin məhdudlaşdırılması, onun xalqın mənafeyinə xidmət göstərməyə məcbur edilməsi ideyası və cəhdləri orta əsrlərin siyasi tarixini səciyyələndirən mühüm amillərdən hesab olunur. Elə bu cəhdlər də yeni dövrdə demokratiya uğrunda hərəkatların təməlini qoydu. Yeni dövrün demokratiya haqqında təsəvvürləri və dövlət idarəçiliyi praktikası əsas etibarilə liberalizmin təsiri altında formalaşırdı. Liberalizm fərdin cəmiyyətdən və dövlətdən ayrılma - sına, dövlətin mülki cəmiyyət və vətəndaşla qarşılıqlı münasibətlərdə səlahiyyətlərinin qanunla məhdudlaşdırılmasına, azlığın hüquqlarının müdafiə edilməsinə, bütün insanların siyasi cəhətdən bərabərliyinin bəyan edilməsinə və digər fundamental prinsiplərə əsaslanır. Sadalanan liberalizm prinsipləri ilk dəfə İngiltərə siyasi sistemində öz ifadəsini tapmışdır. Monarx hakimiyyətinin məhdudlaşdırılmasına yönəldilmiş liberallaşdırma hərəkatı 1215-ci ildə Azadlığın Böyük Xartiyasının qəbulu ilə nəticələndi. Əsas məqsədi aristokratiyanın xeyrinə monarxın haki miy yətini məhdud - laş dır maqdan ibarət olan bu sənəddə şəxsiyyətin azadlığının ümdə prinsipləri də öz əksini tapmışdı. İngilis parlamentinin meydana gəlməsi ilə monarx hakimiyyətinin təsisatlanmış şəkildə məhdud laş - dırıl ması liberal demokratiyanın praktikada reallaşması üçün geniş imkanlar açdı. Liberal demokratiyanı səciyyələndirən əsas cəhətlər bunlardır: hakimiyyətin subyekti kimi xalqın mülkiyyət sahibləri ilə eyni ləş - diril məsi (buradan da seçicilərə əmlak senzi qoyulması prak tikası ortaya çıxmışdı), şəxsiyyətin muxtariyyatına üstünlük verilmə si, dövlətin səlahiyyətlərinin ictimai asayişin qorun ması, vətən daş ların təhlükəsizliyinin təmin edilməsi ilə məhdud laşdırıl ması, hakimiy - yətin bölünməsi və tarazlaşdırılması mexanizminin yara dılması, çox - lu ğun azlıq üzərində hakimiyyətinə məhdudiyyət qoyulması. C.Lokk, Ş. L. Monteskye və b. tərəfindən işlənib hazırlanan liberalizm prinsipləri antik dövrün xalq hakimiyyəti ideyalarından əhəmiyyətli dərəcədə fərqləndiyindən, yeni dövrdə uzun müddət demokratiya təsəvvürləri ilə bir araya sığmırdı. Bu dövrdə də demokratiya dedikdə antik dövrdə formalaşmış xalq yığıncaqları forması, hamının səsvermədə iştirakı nəzərdə tutulurdu. Yeni dövrün antik demokratiya ideyaları üzərində köklənmiş demokratiya nəzəriyyəsi xalqın bütövlüyü, tamlığı prinsipindən çıxış edərək, əzəldən xalqda ümumi iradənin formalaşdığını və həmin ümumi iradə ilə hakimiyyət nümayəndələrinin fəaliyyətinin eyniliyini əsaslandırmağa çalışır. İlk dəfə J.J.Russonun formulə etdiyi bu demok ratiya təlimi xalq suverenliyi prinsipinin geniş yayılmasında mü hüm rol oynayıb. Xalq kollektiv orqanizm kimi hakimiyyətdə nümayəndələri, təmsilçiləri vasitəsilə deyil, bilavasitə təmsi olunmalıdır. Xalqın ümumi iradəsi mövcuddur və bu iradə toplantılarda ifadə olunur. J.J.Russonun ideyaları 1791-ci il Fransa Konstitusiyasının əsasını təşkil etmişdir.
J.J.Russonun demokratiya nəzəriyyəsi total şəkildə ümumi rəyin formalaşmasını, bu rəyə tabe olmayanların isə çoxluq tərəfindən təqib və təsirlərə məruz qalmasını nəzərdə tuturdu.Təsadüfi deyildir ki, J.J.Russonun nəzəriyyəsi vaxtilə Yakobin terroruna haqq qazan - dır maq üçün istifadə edilmişdi. Yeni dövrün J.J.Russo tərəfindən formulə edilmiş klassik de - mokratiya nəzəriyyəsi İ.Şumpeter tərəfindən tənqid edilmişdir. İ.Şumpeterin fikrincə, formalaşdırılmış ümumi iradə, əslində, xalqın ümumi iradəsini ifadə etməyə də bilər. Çünki bu ümumi iradənin formalaşmasında əsas rolu xalq deyil, liderlər, qabaqcıl qrup oynayır. Buna görə də ümumi iradə siyasi prosesin hərəkətverici qüvvəsi deyil, məhsuludur. Şumpeterə görə, demokratiya xalqın idarəçiliyi ola bilməz. Xalq cəmiyyəti idarə etmək üçün müvafiq təsisatlar seçir, hökuməti yaradır. Deməli, demokratiya fərdlərin xalqın səsi uğrunda rəqabət mübarizəsi nəticəsində hakimiyyətə can atmasına imkan yaradan təsisatlanmış sistemdir. Bu sistemdə siyasi prosesdə aparıcı rol fərdlərə, daha dəqiq desək liderlərə məxsusdur.
Şumpeterin fikrincə, demokratiyanın normal fəaliyyət göstər - məsi üçün dörd şərt tələb olunur: 1. Xalqın mühüm dövlət vəzifə - lərinə seçilməyə layiq ixtisaslı nümayəndələri olmalıdır; 2. Siyasi or qan lar elə qərarlar qəbul etməlidir ki, xalq onu başa düşə və öz mü - na si bətini ifadə edə bilsin; 3. İdarəçilik işi yaxşı təşkil olunmuş və məsuliyyət hissi yüksək olan bürokratiyaya həvalə edilməlidir; 4. Yüksək siyasi mədəniyyətdən xəbər verən səmərəli özünənəzarət mexanizmi formalaşmalıdır.
İ.Şumpeterin nəzəriyyəsi mahiyyət etibarilə müasir demokratiya konsepsiyalarının əsasını qoymuş oldu.
Dostları ilə paylaş: |