Mühazirə Fənnin tədrisinin məqsədi və vəzifələri. Proqram təminatı ( 2 saat) Mühazirə 2



Yüklə 3,24 Mb.
səhifə7/75
tarix01.01.2022
ölçüsü3,24 Mb.
#102831
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   75
Arxivator proqramları diskdəki faylların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə onları xüsusi arxiv qovluqlarına yığa bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit proqramlardır. Onların genişlənməsi .zip, arj, rar.

İnformasiyanın arxiv faylına yazılması prosesi arxivləşdirmə (sıxlaşdırma), arxiv faylından bərpası isə onun açılması adlanır.Sıxlaşdırılmış fayl arxiv fayl adlanır. Sıxlaşdırma əməliyyatını yerinə yetirən program vastələri arxivator adlanır.Faylın arxivləşdirməsi informasiyanın elə çevrilməsi (kodlaşdırılması) prosesidir ki, bu halda faylın həcmi azalır, informasjya miqdari isə dəyişməz qalır.

İnformasiyanın sıxlaşdırma dərəcəsi faylın məzmunundan və arxivləşdirmə üsulundan (programından) asılıdır. Arxivləşdirmə zamanı ilkin faylın, mazmunu, strukturu ya da hər ikisi dəyişə bilər.

Mövcud arxivləşdirmə üsulları iki qrupa bölünür:

l.İtkisiz sıxlaşdırma; İtkisiz sıxlaşdırma üsuluna görə ilkin informasiya öz arxif faylından dəqiq bərpa olunur . İtkisiz sıxlasdırma üsulu bütün növ fayllara tətiq olunur. Hal-hazırda çoxlu sayda itkisiz arxivləşdirmə alqoritmləri istifadə edilir. Onlann hamsı iki sadə ideyaya əsaslanır.

Birinci ideya 1952-ci ildə D.A. Huffman tərəfindən təklif olıınmuşdur. Bu ideyanın əsasnı simvolların mətndə müxtəlif tezliklərlə rast gəlməsi təşkil edir.

İkinci ideya RLE (Run Length Encoding — təkrarlamanı nəzərə almaqla kodlama) adlanır. Bu ideyanın əsasını isə faylda müəyyən hissələrin dəfələrlə təkrarlanması təşkil edir. Sıxlaşdırma prosesində həmin (mətn fraqmentləri və ya qrafiki təsvirlər) hissələr və təkrarlama sayı ilə əvəz olunur.

İtkısiz arxivlərin formatı (tipi):*.GİF, *. TİP,* .PCX i qrafiki verilənlər üçün,

*. AVİ video verilənlər üçün,*.ZİP, *.ARJ,* .RAR, *.LZH, *.LH, *.CAB və s. müxtəlif verilənlər üçün istifadə edilir.

2.itkili sıxlaşdırma.İtkili sıxlaşdırma üsuluna görə arxif faylından bərpa olunmuş məlumat ilkin informasiyadan fərqlənir. İtkili arxivləşdirmə üsulları yüksək sıxlasdırma dərəçəsinə malik olsalar da, onları mətn, cədvəl, verilənlər bazası, ələlxüsus proqram kodlarına (exe.. com tipli fayllara) tatbiq etmək olmaz.

İtkili arxivlərin formatı (tipi): *.JPG qrafiki verilənlər üçün; *.MPG video-verilənlər üçün; *,MR3 adio-verilənlər üçün istifadə edilir.

İnfomıasiyanı yerləşdiyi obyektdən asılı olaraq sıxlaşdırmaya məruz qala bilən obyektləri üç qrupa bölürlər: Faylların aıxivləşdirilnıəsi, Qovluqların aıxivləşdirilnıəsi ,.Disklərin sıxlaşdırılması.

- Faylların arxivləşdirilməsi, qeyd olunduğu kimi yaddaşa qənaət etmək və mübadiləni tezləşdirmək üçün tətbiq olunur,

- Qovluqların arxivləşdirilməsi informasiyanın uzun muiddətli ,eləcə də ehtiyat nusxənin saxlanması məqsədi ilə istifadə edilir.

- Disklərin sixlaşdirilrnası onun işçi sahəsinin səmərəli istifadə olunması üçün tətbiq edilir.

MS-DOS əməliyyat sistemi də arxivləşdirmə proqramları kimi PKZlP.EXE, RAR.EXE, ARJ.EXE və s., arxivləri açan proqramlar kimi PKUZlP.EXE, UNRAR.EXE, ARJ.EXE və s. istifadə edilir.

Windows əməliyyat sistemidə WinZip, WinRAR, WinArj proqramları arxivləşdirmə və arxivləri açan kimi istifadə edilir.

Arxivatorların əsas funsiyalanna aşağıdakılar aiddir:

- yeni arxrvlərin yaradılması və movcud arxifə yeni faylın əlavə olunması,

-kiçik ölçülü daşıyıclara yerləşdirilmış böyük arxivlərin yaradılması,

- arxivin icazəsiz istifadə olumasından mühafizə (arxivə parol ilə daxil olma)

-özu açılan arxivlərin yaradılması,belə arxivlər fayla kiçik program modulunun əlavə olunması yolu ilə yaradılır və bu cür arxivin (faylın) tipi ad .EXE genişlən-məsinə (formatina) malik olur.

Xidməti proqramlara aşağıdakılar aiddir:

-antiviruslar;

-interfeys proqramları;

-fayl, kataloq və qovluqlarla işləmə proqramları;

- arxivləşdirmə proqramları;

- proqram örtükləri;

- qurğuların iş qabliyyətini yoxlayan proqramlar;

-qurğuları idarə edən proqramlar- drayverlər;

-köməkçi proqramlar.

Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir:

-kompüteri diaqnostika edərək, nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;

-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP, WINRAR);

-antivirus proqramlar kompüterin viruslarla yoluxmasının qarşısını alır və əmələ gələn virusları arada götürür (NOD32, Антивирус Касперского və s.).


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin