Mühazirə konspekti Bakı 2020 I mövzu


Mövzu 2.6 Faksimil rabitə



Yüklə 0,51 Mb.
səhifə18/44
tarix10.01.2022
ölçüsü0,51 Mb.
#108003
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
Mövzu 2.6 Faksimil rabitə

Faksimil- Latınca "eynisini görmək, olduğu kumi" mənasını verir. İnformasiya verlişinin verilməsi və qəbulunun faksmil aparatı vasıtəsilə həyata keçirilməsi Faksimil rabitədir. Faksimil rabitə elektron poçtasının daxilində yerləşdirilən faksimil aparatla həyata keçirilən rabitə növüdür. Tərkibində faksmil aparat olan elektron poçtasının fiziki strukturudur. Hər hansı evdən və müəssisədən terminal vasitəsilə abonentin ünvanını göstərməklə ona informasiya vermək mümkündür. Verici və qəbuledici kimi iki cihazdan meydana gələn fax sistemi kağız üzərindəki hər hansı bir yazı və ya şəkil görüntüsünün bir yerdən başqa yerə köçürülməsinə əsaslanır. Verici qurğuda elektrik siqnallarına çevrilən görüntü telefon və ya radio xətlə qəbuluedici qurğuya çatdırılır. Elektrik siqnalları qəbuledicidə təkrar görüntüyə çevrilərək kağız üzərinə köçürülür. Bu rabitə növü 1842-ci ildə Aleksandr Bain tərəfindən ilk dəfə yaradılmışdır. Bugünkü texnologiyaya görə çox kobud olan fax cihazı zamanla sürətlə inkişaf etdirilmişdir. Ən çox istifadə edilən faks sistemi telefon xətlərinə bağlı olan sistemlərdir. Telefon xəttinin bağlı olduğu hər yerə bağlana bilər. Verici qurğu bir silindrdən keçirilən kağız üzərindəki görüntünü bir fotoelektrik detektor tərəfindən nizamlayaraq elektrik siqnallarına çevrilir. Bu da kağız üzərinə düşən işığın qara və ağ bölgələrdən əks olunmasına əsaslanaraq əldə edilən bu siqnallar modulasiya edilərək telefon və ya radio xətləri ilə göndərilən səs dalğa siqnallarına çevrilir.

Qəbuledici qurğuya gələn siqnalların demodulyasıya edilərək kağız üzərinə köçürülməsi müxtəlif metodlarla həyata keçirilir. Fotoşəkil kimi həssas görüntülərin kağıza keçirilməsində optik foto metodu istifadə edilir (Jurnalistikada bu metod istifadə edilir). Digər sistemlərdə termal, elektroliz, elektrostatik və printer texnikaları istifadə edilir. Termal sistemdə, üzərində karbon və çin saxsı təbəqəsi olan xüsusi bir kağız istifadə edilir. Məlumat göndərən faks cihazında maksimuma çevrilərək xüsusi kağızdakı gil təbəqəsinin cihazında minimum olaraq istehsal olunan qara region siqnalları qəbuledici faks cihazında maksimuma çevrilərək xüsusi kağızdakı gil təbəqəsinin yandırılması və qara karbon təbəqəsinin ortaya çıxarılması təmin edilir. Elektrostatik metodda, göndərilən proqramdakı qara bölgələrin alıcı kağızda elektrostatik olaraq yüklü vəziyyətə gətirilməsi təmin edilir. Yüklü hala gələn bu bölgələr qara quru bir tozu üzərinə çəkərək görüntü əmələ gətirir. Digər bir üsul olan elektroliz metodda, görüntünün kağıza keçirilməsi elektroliz yolu ilə təmin edilir.

Əvvəllər təkcə jurnalistika sahəsində istifadə edilən faksla göndərmə sistemi getdikcə müxtəlif sahələrə yayılır.

Poçt şöbələrində göstərilən faks xidməti aşağıdakılardır:



  1. Faks məlumatlarının ötürülməsi vərəq şəklində

  2. Sifarişlərə əsasən abunəçilərə təyin etdiyi vaxta faks sənədlərinin ötürülməsi

  3. Faks məlumatlarının qəbul edilməsi 3 günə qədər saxlanılır.

Elekteron poçtunun faksmil rabitə ilə və ya aparatla yaradılmış struktur sxemini nəzərdən keçirək.

Sxemdən göründüyü kimi hər hansı müəssisədən, yaxud evdən terminal vasitəsi ilə abonentin ünvanını göstərməklə ona informasiya vermək mümkündür. Terminaldan verilən informasiya kompüterə düşür, orada seçilərək tələb olunan abonentə göndərilir. Əgər işlədiciyə imzalı sənəd, cizgi və digər növ sənədlər göndərmək lazım gələrsə, onda bu məqsədlə faksmil aparatdan istifadə edilir.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin