Mövzu 4.4 Kanalların fəza və zamana görə ayrılma üsulları
Hal –hazırda elektrik rabitə şəbəkələrində tezliyə görə ayrılma üsulları ilə işləyənb analoq və müddətə görə ayrılma üsulu ilə işləyən rəqəmli veriliçş sistemlərindən geniş istifadə edilir.
Tezliyə görə ayrılma üsulu ilə işləyən VS – də xətt tezlik zolağının tərkibində hər bir kanal üçün ayrılan tezlik zolağı müəyyən edilir. Tezliyə görə ayırma üsulu ilə işləyən və 3 kanal yaratmağa imkan verən VS –in analoq sadə struktur sxemini nəzərdən keçirdik.
Müddətə görə ayrılma üsullarında kanallar bir-birindən xətt ötürülmə müddətlərinə görə fərqlənirlər.bu üsulun üstünlüyü sadəı və asan başa gəlməsindən həmçinin kanalların maneədən müdafiəsinin yüksək olmasıdır. Ona görə də müasir telekommunikasiya sistemləri bu prinsip əsasında qurulur.
Rəqəmli veriliş sistemlərinin struktur sxemini nəzərdən keçirək. Bu veriliş sistemlərinin iş prinsipi veriliş vaxtının T-müddətli dövrlərə bölünməsi ilə bağlıdır ki, bu zaman diskretləşmə tezliyi f = olur. hər bir N kanal veriliş sistemlərində dövrlərin müddəti t = olan N kanal aralığına bölünür. Bu vaxt hər bir kanal aralığı zamanı uyğun kanalın giriş siqnal hesabatlarının qiymətləri olan məlumatlar ötürülür. Hesabatlar f – diskretləşmə tezliyi ilə aparılır. Kanal siqnalının qrup siqnalında zamana görə yerləşməsi İPK –impuls paylayıcı kanal vasitəsilə təyin edilir. ARÇ –nin analoq-rəqəm çeviricisinin köməyi ilə qrup siqnalının hər impulsuna kod kombinasiyası uyğun gəlir və ARÇ –nin çıxışında İKM – impuls kod modulyasiyalı qrup siqnalı alınır.
Q əbulun sonunda impuls paylayıcı kanalın köməyi ilə həmin qəbula uyğun olan kanal açarı qapanır, nəticədə kanal siqnalı ayrilir. Şəkil 14.
İM – İnformasiya Mənbəyi RAÇ – rəqəm analoq çeviricisi
D – diskretləşdirmə BQ – bərpa qurğusu
KQ – kvantlaşdırıcı qurğu İQ – informasiya qəbuledicisi
ARÇ – analoq rəqəm çeviricisi
Ən çox yayılmış İKM-30 rəqəmli veriliş sisteminin dövrü strukturunu nəzərdən keçirək. T = 125 mksan.
Kod kombinasiyasında elementlərin dərəcəlik sayı (m=8) –dır. Məsələn, İKM -30 sistemində hər bir kadr 32 kanal intervalında və hərəsi də dərəcəlik sayı 8 olan elementlərdən ibarətdir. Bu zaman hər kanal aralığında növbə ilə 1 bayt məlumat ötürülür. Dövrün uzunluğu 125 mk/san təşkil edir. Burada biz İKM-30 sisteminin sürətinu alırıq.
1-ci dövr
2-ci dövr
T=125 8 x 8000 x 32 = 2 Mbit/san
Dostları ilə paylaş: |