Səs aparatının həddən artıq gərginləşməsi səsi korlaya bilir. Bu hal səs aparatından düzgün istifadə etmədikdə baş verir və nəticədə “peşə xəstəliyi” əmələ gəlir. Xəstəliyin inkişafının qarşısını almağın müxtəlif yolları vardır. Məsələn,
Monoton nitq səs aparatının əzələlərini yorur. Çünki bu cür nitqdə ancaq bir qrup əzələ fəaliyyət göstərir;
Sinifdə havanın təmiz olmasına fikir verilməlidir. Silgi çirkli, xüsusən təbaşirli olmamalıdr;
Soyuq havada aktiv nitqdən sonra sürətlə yerimək nəfəsalmanı tezləşdirir və soyuq hava səs tellərinə zərər vura bilir.
Diksiya ̶ sözlərin, hecaların və danışıq səslərinin aydın və orfoepik qaydalara uyğun tələffüzü deməkdir. O, dodaqların, dilin, çənənin, dişlərin, bərk və yumuşaq damaqların, gənirziyinin, qırtlağın, udlağın və səs tellərinin daxil olduğu səs aparatının bitkin və qüvvətli (enerjili) işindən asılıdır. Diksiyanın yaxşı olması üçün daimi məşqlər aparılmalıdır. Amma nitqdəki çatışmazlıqlar üzvi mənşəlidirsə, həkimə müraciət olunmalıdır.
Ritmika ̶ ayrı-ayrı sözlərin, pauzaların, tələffüzü ritmika ilə əlaqələndiriləndə nitqin temporitmi yaranır. Nitqin sürəti müəllimin fərdi xüsusiyyətlərindən, nitqin məzmunundan və ünsiyyət şəraitindən asılıdır. Azərbaycanlıların optimal nitq tempi dəqiqədə 110-120 sözdür (ruslarda 120, ingilislərdə 120-150). Amma eksperimental araşdırmalar göstərir ki, V-VI siniflərdə müəllim dəqiqədə 60 sözdən artıq, X sinifdə isə 75 sözdən artıq işlətməməlidir. Sözlərin nitqdə səslənmə uzunluğu sözün tərkibinin uzunluğundan deyil, onun ifadə etdiyi mənadan da asılıdır.
Müəllim materialın çətin qavranılan hissəsini yavaş templə,daha əhəmiyyətli olan hissəsini səsini alçaltmaqla (bəzən hətta pıçıltı ilə) tələffüz edir.
Dostları ilə paylaş: |