Sığorta bazarının strukturu təsisat (institusional) və ərazi aspektləri üzrə xarakterizə oluna bilər.
Təsisat aspektində sığorta bazarının strukturu səhmdar, korporotiv, qarşılıqlı və dövlətin sığorta kompaniyaları tərəfindən təqdim olunur. Territorial (ərazi) aspekt isə regional, daxili (milli) və dünya sığorta bazarına ayrılır. Bazar münasibətlərinin inkişaf etməsi ictimai-iqtisadi tərəqqi yolundakı ərazi sərhədlərini aradan qaldırır, inteqrasiya prosesini gücləndirir, milli sığorta bazarının dünya bazarına inteqrasiya olmasına şərait yaradır. Buna nümunə olaraq AŞ-sının üzv ölkələrinin yaratdıqları ümumi avropa sığorta bazarını göstərmək olar.
Sığorta xidmətlərinə tələbat və təklifin miqyasına görə isə sığorta bazarını daxili, xarici və beynəlxalq sığorta bazarına ayırmaq olar.
Konkret sığortaçılar tərəfindən təmin olunan sığorta xidmətlərinə bilavasitə tələbatı olan yerli bazarı daxili sığorta bazarı adlandırırlar.
Daxili bazarın sərhədlərindən kənarda yerləşən və regionun sərhədləri xaricində bir-biri ilə əlaqədar olan sığorta kompaniyalarından asılı olan bazarı xarici sığorta bazarı adlandırırlar.
Dünya sığorta bazarı dedikdə isə dünya təsərrüfatı miqyasında sığorta xidmətləri üzrə təkliflər və onlara olan tələbat başa düşülür.
Sahə xüsusiyyətinə görə isə bazarı şəxsi sığorta və əmlak sığorta bazarına bölürlər. Bu bazarlardan hər birini isə xüsusi seqmentlərə ayırmaq olar (məsələn, bədbəxt hadisələrdən sığorta bazarı, ev əmlakının sığortası bazarı və s.)
Sığorta bazarının iştirakçılarının tərkibinə satıcılar, alıcılar, vasitəçilər və eləcə də onların assosiasiyaları daxil olurlar. Satıcı kateqoriyası sığorta və yenidən sığorta ilə məşğul olan kompaniyalardan ibarətdir. Alıcılar isə bu və ya digər satıcı ilə sığorta müqaviləsini bağlayan edən fiziki və ya hüquqi şəxslər-sığorta etdirən şəxslərdir. Alıcı və satıcılar arasındakı vasitəçilər ilə sığorta müqaviləsinin imzalanmasına yardım edən sığorta agentləri və sığorta brokerlərindən təşkil olunur.
Dostları ilə paylaş: |