Akm – nın predmeti - insanın peşəkar kimi inkişafında yüksək səviyyəyə nail olunmasının elmi-praktiki məsələləridir; - Akmeologiya yetkin insanın peşəkarlığının formalaşması qanunauyğunluqlarını öyrənən elm sahəsidir;
Şəxsiyyətin peşəkarlığının formalaşması və inkişafının öyrənilməsində akmeoloji və psixoloji aspektlərin qarşılıqlı əlaqəsi; - Müair təhsil sistemində gənclərin peşə keyfiyyətlrinin və ya peşəkar kimi formalaşması problemində, müsbət və neqativ hallar ;
Gənclərin şəxsiyyətinin formalaşmasında və təhsilində akmeoloji inkişafın yeri və xüsusiyyətləri; - Gənclərdə gələcək peşə fəaliyyəti üçün lazım olan praktiki vərdişlərin, bilik və bacarıqların formalaşmasında müasir təhsilin vəzifəsi və reallıqları;
Akmeoloji inkişafın standartlarının, meyyarlarının, metod və səmərəli texnologiyaların müəyyən olunması.
- Gənclərin praktiki və iqisadi təfəkkürünün formalaşması, onların peşəkar mütəxəssis kimi davamlı inkişafının mühüm amilləridir;
Gənclərin akm. – ji inkişafına nail olunması prosesinin idarə olunması üçün, təhsilin forma və məzmununda, fəaliyyətində, pedaqoji proseslərin idarə olunması sahəsində innovasiyaların tətbiqi;
Gənclərin akmeoloji-psixoloji inkişafı sahəsində təhsil qarşısında duran vəzifələrin sistemli və səmərəli həlli yolları; Şəxsiyyətin akmeoloji inkişafının standartlarının, meyyarlarının, konseptual elmi əsaslarının və səmərəli metodlarının və mexanizmlərinin müəyyən olunması.
Qeyd etmək lazımdır ki, akmeologiya, yaş psixologiyanın bir istiqaməti kimi formalaşmış və inkişaf etmişdir.
Akmeoloji tədqiqatlarda əsas diqqət insan fəaliyyətinində, xüsusilə də onun peşə fəaliyyətində əldə olunan yüksək nailiyyətlərə və bu nailiyyətlərin əldə olunmasının amillərinin, xüsusilə də şəxsiyyətin peşəkarlığının təhlilinə və tədqiqinə yönəldilir. Yəni akmeologiyada əsas diqqət yetkin insanın, şəxisiyyətin peşə keyfiyyətlərinin və peşəkarlığının inkişafı problemlərinin təhlilinə yönəldilir. Bu təsadüfü deyil, belə ki, şəxsiyyətin nailiyyətləri, xüsusilə də onun, peşə fəaliyyətində daha qabarıq özünü göstərir.
AKMA – nın peşə fəaliyyətinin səmərəliliyi və qanunauyğunluqları çərçivəsində öyrənilməsi praktiki əhəmiyyət kəsb edir. Bodalev A.A. qeyd edir ki, “Ölkədə siyasətdə, iqtisdi sahədə, idarəetmə sahəsində, elmdə və digər mühüm fəaliyyət sahələrində irəli getsələr də, bununla belə onlar peşəkar deyillər. Bunun nəticəsi, qeyd olunan iqtisadi və siyasi sahələrdə, elmdə, təhsildə, tərbiyə sferasında və s. sahələrdə böyük itkilərə, arzu olunmayan meyllərə, nəticələrə gətirib çıxardır”. Peşəkarlıq haqqında professional biliklərə və qabiliyyətlərə, vərdişlərə olan təlabat, bu istiqamətlərin aparıcı olmasını şərtləndirmişdir. Bunun nəticəsində akmeologiyanın ilk növbədə peşəkarlığın inkişafı haqqında olan elm və praktika olması fikri möhkəmlənmişdir.
Dünyada, ictimai sistemlərin ideoloji platformalarında olan müxtəliflik, akmeologiyanın inkişafıın onun daxili təlabatlarına uyğun inkişafıa mane olmaqla, bəzi sahələrin - müvafiq fəlsəfi, ideoloji, tarixi və kulturoloji sahələrin inkişafı üçün maneə olmuşdur.
Akmeologiyanın inkişafının indiki mərhələsində, peşəkarlığın yaranması və formalaşması haqqında elm sahəsi olması haqqında müasir dövrün reallıqlarına uyğun olaraq formalaşmış fikir olub, onun gələcək predmeti, obyekti, tədqiqat maraqlarının formalaşmasına səbəb olmuşdur. Beləliklə akmeologiya, yeni elm sahəsi olub müasir elmlər, xüsusilə də insanşünaslıq elmləri sistemində tutduğu özünəməxsus yeri və onun inkişafının qanunauyğunluqları haqqında elmi təsəvvürlərin formalaşmasında mühüm rol oynayır. Akmeologiyanın müasir inkişaf səviyyəsi, onun mahiyyətinin, bazis əsaslarının, prinsiplərinin və anlayışlarının xarakkterinə təsir etmişdir. Həyata keçirilmiş təhlillər, araşdırmalar onun indiki inkişafına uyğun gələn əsas məqsədlərini, predmetini, obyektini və vəzifələrini müəyyən etməyə və səciyələndirməyə imkan vermişdir.
Akm – nın məqsədi, insanın təkmilləşməsi, onun fiziki və mənəvi - əxlaqı, peşə, bir sözlə hərtərəfli inkişafının zirvəsini fəth etməsinə və bu inkişafın hümanistləşməsinə kömək etməkdən ibarətdir. Beləliklə qeyd etmək olar ki, akmeologiyanın məqsədi və predmeti, insanın təkmilləşməsi, onun, yüksək fiziki, mənəvi-əxlaqi və peşəkarlığının inkişafına nail olunması ilə yanaşı, bu inkişafın hümanistləşdirilməsindən ibarətdir. Yuxarıda qeyd olunan təhlillərdən çıxış etsək, akm. - nın obyekti dedikdə isə - yetkin mütərəqqi inkişaf edən, özünü peşə fəaliyyətində reallaşdıran və öz inkişafında yüksək zirvəyə - akmaya nail olan şəxsiyyətdən ibarətdir. Akm – nın predmeti, geniş mənada - fərd, fərdiyyət, əməyin subyekti kimi, özünü həyat və fəaliyyətində, peşəsində, insanlarla ünsiyyətində reallaşdırmasının optimal yoluna yiyiələnmiş, yəni öz təkamülünün təkcə obyekti deyil, həm də bu proseslərin fəal iştirakçısı olan yetkin suyekti kimi çıxış edən insanın, şəxsiyyətin inkişafına gətirib çıxaran prosessdir. Beləliklə akm-ya yetkin şəxsiyyətin, şəxsi-peşəkar nailiyyətlərdə əksini tapan proqresiv inkişafının qanunauyğunluqları, şəraiti və amillərini öyrənən elm sahəsidir. Daha dar mənada, akm-nın predmeti - yetkin şəxsiyyətin özünü inkişfı və özünü təkmiləşdirməsi, müxtəlif sahələrdə özünü reallaşdırması, özünü təhsil, özünü korreksiyası və özünü təşkili prosesləridir. Akmeologiyanın predmetinin də qiqləşdirilməsi, inkişafı – onun bütün aspektlərinin – yəni onun ontoloji, qnoseoloji, sosioloji, psixoloji, kulturoloji, aksioloji, etik, etnik-dini, məişət problemləri və s. aspektlərinin öyrənilməsi baxımından şəxsiyyətin gələcək inkişaf perspektivləri haqqında mülahizələr sürməyə imkan verir.