Təsərrüfat subyektlərinin təşkilati-hüquqi formasından asılı olaraq, nizamnamə
kapitalının əmələ gəlmə mənbəyi bunlar ola bilər – səhmdar kapital (səhmdar
təşkilatlarda), uzunmüddətli kredit, büdcə vəsaitləri və digər mənbələr. Fəaliyyətdə olan
müəssisələrdə maliyyə resurslarının əsas mənbəyi məhsul (iş və xidmət) satışından
daxilolmalar təşkil edir ki, onun da hesabına gəlir və mənfəət, habelə amortizasiya,
ehtiyat və digər pul fondları yaradılır.
Kommersiya müəssisələrin (təşkilatlarının) maliyyəsinin təşkili prinsiplərinə
aşağıdakılar daxildir:
– özxərciniödəmə;
– özünümaliyyələşdirmə;
– müəssisənin maliyyə müstəqilliyi;
– dövlət, malgöndərən, banklar, işçi kollektivi qarşısında öhdəliklərin yerinə
yetirilməsinə görə maraqlılıq və iqtisadi məsuliyyət;
– maliyyə planlaşdırılması ilə kommersiya hesabının uyğunlaşdırılması.
Özxərciniödəmə
– maliyyə-təsərrüfat fəaliyyətinin elə bir prinsipidir ki, bu
zaman müəssisənin xərcləri tamamilə öz gəlirləri hesabına ödənilir.
Özxərciniödəmə – təsərrüfat (kommersiya) hesabının başlıca prinsipi və əsas
şərtidir ki, bu zaman məhsulun (əmtəə, iş və xidmət) istehsalı və satışı ilə əlaqədar cari
xərcləri tam ödəməyi və mənfəət götürməyi nəzərdə tutur. Özxərciniödəmə prinsipi
müəssisəyə zəruri olan material, əmək və pul resursları vermək və onun rentabelli işini
təmin etmək qabiliyyətindən ibarətdir.
Özünümaliyyələşdirmə
– təsərrüfatın bazar metodları ilə aparılmasına aiddir ki,
bu zaman xüsusi maliyyə mənbələri təsərrüfat fəaliyyətini maliyyələşdirmək üçün
kifayət edir. Özünümaliyyələşdirmə – müəssisənin maliyyə təsərrüfatını həyata
keçirməyin elə prinsipidir ki, bu zaman nəinki cari xərclər, həm də kapital qoyuluşu və
habelə müəssisənin sosial-iqtisadi inkişafının maliyyələşdirilməsi və gələcək dövrün
xərcləri xüsusi maliyyələşdirmə mənbələri ilə təmin edilir.
Dostları ilə paylaş: