Mühazirə otağı/Cədvəl 103 N/ Çərşəmbə axşamı 10-30-11: 50; 12: 00-13: 20 Konsultasiya vaxtı

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 61.63 Kb.
tarix17.01.2017
ölçüsü61.63 Kb.
Riyaziyyatın tədrisi metodikası sillabus


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Riyaziyyatın tədrisi metodikası, kod- EDU 327, kredit-3

Departament

Riyaziyyat

Proqram (bakalavr, magistr)

bakalavr

Tədris semestri

Yaz, 2014

Fənni tədris edən müəllim (lər)

Elxan Bəylər oğlu Bəylərov

E-mail:

el_4444@mail.ru

Telefon:

(+99450) 3817688

Mühazirə otağı/Cədvəl

103 N/ Çərşəmbə axşamı

10-30-11:50; 12:00-13:20






Konsultasiya vaxtı




Prerekvizitlər




Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

1. Tahirov B.Ö., Namazov F.M., Əfəndi S.N., Qasımov E.A., Abdullayeva Q.Z.

Riyaziyyatın tədrisi üsulları. 2007. mechmath.bsu.edu.az/.../riyaziyyat_v_onun_tdrisi_metodikasi_kafed

2. Quliyeva N. Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası. www.kitabxana.net/files/books/file/1327311408.pdf

3. Rriyaziyyatın tədrisində ümumiləşdirmə - Azərbaycan Milli Kitabxanası

www.anl.az/el/q/qe_rtu.pdf

4. "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)". ARNK-nin qərarı. 3 iyun 2010-cu il. № 103.

5. www.kurikulum.az saytı.

6. portal.edu.az təhsil portalı.

7. AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN RİYAZİYYAT FƏNNİ KURİKULUMU (V-XI siniflər). AR TN. 2012. http://www.edu.gov.az AR TN portalı.




Kursun vebsaytı




Tədris metodları

Mühazirə




Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq




15

Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər (davamiyyət)




15

Yekun




100

Kursun təsviri

Riyaziyyatın tədrisi metodikası kursunda riyaziyyat fənninin məktəbdə tədrisi nəzəriyyəsinin və metodikasının ümumi və xüsusi məsələləri öyrənilir.

Riyaziyyatın tədrisi metodikasının predmeti riyaziyyatın təlimi prosesidir. O, bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanunauyğunluqlarını öyrənir.




Kursun məqsədləri

Riyaziyyatın tədrisi metodikası təlim prosesi ilə bağlı aşağıdakılara aydınlıq gətirir:

1. Nə üçün riyaziyyatı öyrənmək lazımdır (riyaziyyat təliminin məqsədi)?

2. Riyaziyyatdan nəyi öyrənmək lazımdır (riyaziyyat təliminin məzmunu)?

3. Riyaziyyatı necə öyrənmək lazımdır (riyaziyyat təliminin üsulları)?




Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr aşağıdakılara nail olacaqlar:

Riyaziyyat təliminin aşağıdakı məqsədlərini mənimsəyəcəklər:

1) riyaziyyat təliminin ümumtəhsil məqsədləri;

2) riyaziyyat təliminin tərbiyə məqsədləri;

3) riyaziyyat təliminin praktik məqsədləri.

Orta məktəbdə riyaziyyat təliminin ümumtəhsil məqsədləri:

1) şagirdlərə riyaziyyatdan bilik, bacarıq və vərdişlərin müəyyən sistemini vermək;

2) şagirdlərin real aləmin riyazi metodlarla dərk olunmasına yiyələnməsinə kömək göstərmək;

3) şagirdləri riyaziyyatdan yazılı və şifahi nitqə alışdırmaq;

4) şagirdlərə fəal idrak fəaliyyəti üçün zəruri olan minimum riyazi informasiyaya yiyələnməkdə kömək göstərmək.

Orta məktəbdə riyaziyyat təliminin tərbiyə məqsədləri:

1) şagirdlərdə mütərəqqi dünya görüşü tərbiyə etmək;

2) şagirdlərdə riyaziyyatı öyrənməyə dayanıqlı maraq tərbiyə etmək;

3) şagirdləri mənəvi-estetik ruhda tərbiyə etmək;

4) şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirmək.

Orta məktəbdə riyaziyyat təliminin praktik məqsədləri:

1) şagirdlərdə qazanılmış riyazi bilikləri sadə praktik məsələlərin həllində tətbiq edə bilmək bacarıqları formalaşdırmaq;

2) şagirdlərdə riyazi cihaz və alətlərdən istifadə etmək bacarıqları formalaşdırmaq;

3) şagirdlərdə elmi və tədris xarakterli informasiyanı sərbəst əldə etmək bacarıqları formalaşdırmaq.


Qaydalar (Tədris siyasəti və davranış)

Cədvəl (dəyişdirilə bilər)

Həftə




Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

11.02.14


4 saat

«Riyaziyyatın tədrisi üsulları» fənninin məqsədi,

məzmunu və vəzifələri. «Riyazi təhsilin islahatları uğrunda» beynəlxalq hərəkat


1) s. 5-13

2

18.02.14

4 saat

Məktəb riyaziyyat kursunun məzmunu . Riyaziyyat təlimində tərbiyə



1) s. 14-17

3

25.02.14


4 saat

Riyaziy anlayışlar və onların tərifləri



1) s. 18-24

4

04.03.14

4 saat

Riyazi təkliflərin öyrənilməsi metodları



1) s. 24-34

5

11.03.14


4 saat

Riyaziyyat təlimində didaktik prinsiplər. Elmi metodlar. Riyaziyyatın tədrisinin ənənəvi metodları.



1) s. 35-59

6

18.03.14

4 saat

Riyazi təfəkkürün əsas komponentləri. Riyaziyyat təlimində məsələ və misalların rolu.



1) s. 60-70

7

25.03.14

Novruz bayramı




8

01.04.14

4 saat

Riyaziyyat dərsinə qoyulan tələblər. Riyaziyyat dərslərinin növləri və quruluşu. Şagirdlərin bilik və bacarıqlarının yoxlanılmasının forma, üsul və vasitələri. Riyaziyyatdan sinifdənkənar və məktəbdənkənar məşğələlər



1) s. 70-81

9

08.04.14

4 saat

Ədədi sistemlər. Elementar funksiyaların öyrənilməsi metodikası



Aralıq imtahan

1) s. 82-95

10

15.04.14

4 saat

Tənlik və bərabərsizliklərin öyrənilməsi metodikası



1) s. 95-102

11

22.04.14

4 saat

Riyazi analiz elementlərinin öyrənilməsi metodikası.



1) s. 105-128

12

29.04.14

4 saat

Həndəsi fiqurların xassələrinin öyrənilməsi metodikası. Çoxbucaqlılar və çoxüzlülər mövzularının öyrənilməsi metodikasının xüsusiyyətləri



1) s. 135-150

13

06.05.14

4 saat

Həndəsi çevirmələrin öyrənilməsi metodikası. Həndəsi qurmaların öyrənilməsi metodikası



e-mailə göndərilmiş cari təqdimat.

1) s. 150-159



14

13.05.14

4 saat

Kəmiyyətlər və onların ölçülməsinin öyrənilməsi metodikası



e-mailə göndərilmiş cari təqdimat.

1) s. 159-163



15

20.05.14

4 saat

Əyrinin uzunluğu. Çevrənin uzunluğu. Həcmin hesablanması. Sahənin hesablanması.



e-mailə göndərilmiş cari təqdimat.

1) s. 163-180



16

27.05.14

Təkrar




17




Final imtahan





Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə