Müstəvi üzərində düzxəttin və çevrənin tənlikləri öyrənilir, funksiya və onunla bağlı müəyyən anlayışlar verilir. Törəmənin köməyilə funksiyanın maksimum və minimum təyin edilir, praktikada rast gəlinən bir sıra məsələlərə tətbiqi göstərilir.
Kursun məqsədləri
• Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələblərinə tədris kursunun cavab verməsi.
• Praktikada rast gəlinən kifayət qədər ümumi olan funksiyaların sonsuz kiçilənlər metodu, başqa sözlə limitlər nəzəriyyəsi metodu ilə öyrənilməsi və eyni zamanda riyaziyyatın öyrənilməsində müəyyən mənada fundamentin yaradılması.
• Tələbələrin sonrakı inkişafında müəyyən bazanın yaradılması.
• Tələbələrə akademik yardım göstərmək, onların öz potensialını realizə etmə imkanını daha da təkmilləşdirmək.
• Ekstremum anlayışı ilə bağlı tətbiqi məsələləri həll etməyi bacarmalı
Qaydalar (Tədris siyasəti və davranış)
Dərslərdə iştirak etmək:
Tələbələrdən bütün otaqlara öz təhsilinin bir hissəsi kimi diqqət göstərməsi və üzürlü səbəbdən dərsdə iştirak edə bilmədikdə (xəstəlik, ailə üzvlərindən birini itirdikdə) onlardan dekanlığı məlumatlandırmaq tələb olunur.
Ümumiyyətlə, tələbənin 20% dərsdə iştirak etməməsi onun imtahandan kənarlaşdırılmasına gətirib çıxarır.
Gecikmə:
Əgər tələbə dərsə fənn müəllimindən sonra daxil olarsa, onda onun otağa daxil olması və tələbələri narahat etməsi qadağan olunur. Bununla belə həmin tələbə ikinci qoşa saatda iştirak edə bilər.
Dərsə hazırlaşma
Kursun stukturu onu fərdi öyrənməyə imkan verir və sinifdən kənar dərsə hazırlıq üçün olduqca mühümdür. Mühazirə materialı mətndə müzakirə olunan əsas məsələlər üzərində qurulacaq. Dərsdən əvvəl seçilmiş fəsillərin oxunuşu və onlarla tanışlıq mühazirənin başa düşülməsində sizə böyük köməyi dəyəcəkdir. Mühazirədən sonra siz apardığınız qeydləri öyrənməli və hər fəsilin axırında verilən uyğun məsələlər və yoxlama sualları üzərində çalışmalısınız.
Semestr ərzində çoxlu sayda yoxlamalar olacaqdır. Bu yoxlamalar dərs periodu ərzində keçiriləcəkdir.
İmtahanda iştirak qaydası
Əgər siz yekun imtahanda üzürlü səbəbdən iştirak edə bilməmisinizsə, onda siz imtahanı növbəti müddətdə verməlisiniz. Əgər imtahanda iştirak etməmək üçün əlinizdə tutarlı əsas olmasa, onda imtahanın nəticəsi sıfır kimi qiymətləndiriləcəkdir.
İmtahan (keçmə / kəsilmə )
Tələbənin imtahanda uğur qazanması üçün onun göstəricisi ən aşağısı 60 % olmalıdır. Onun imtahanda müvəffəqiyyət qazanmadığı halda növbəti semestr və ya ildə onun kursu təkrar keçməsinə ehtiyac qalır.
Yoxlama tapşırığı, Aralıq semestr imtahanı və Yekun imtahan ərzində aldadıcı və ya digər xoşagəlməz hərəkətlər tələbənin imtahandan kənarlaşdırılmasına gətirib çıxarır. Bu halda heç bir şeyə baxmayaraq avtomatik olaraq tələbə sıfır (0) alır.
Professionalizmə doğru
Dərs saatı ərzində tələbə akademik yaradıcı və professional mühitə aparan yolla hərəkət etməlidir. Yolverilməz diskussiyalar və qeyri etik hərəkətlər birbaşa qadağan olunur.
Kursun uğurlu alınması
Kursun uğurla başa çatmasından ötrü, tələbələr dərs saatı ərzində aktiv iştirak etməli və diskussiyalara cəlb olunmalıdır.
Öyrənmə və Öyrətmə üsulları
Kursun aktiv öyrənilməsi prosesinə üstünlük verilir. Mühazirələr, diskussiyalar, çalışmalar, tipik nümunələr.
Kəsilməz funksiya anlayışı. Kəsilmə nöqtələri. Kəsilməz funksiyaların bəzi xassələri. Mürəkkəb funksiyaların kəsilməzliyi. Aralıq qiymət haqqında teorem.
6
30 oktyabr
Törəmə. Törəmənin hesablanması üsulları. Cəmin, hasilin və nisbətin törəməsi. Törəmənin həndəsi mənası. Funksiyanın diferensialı.
[1], səh.174-198
7
6 noyabr
Triqonometrik funksiyaların törəməsi. Mürəkkəb funksiyların törəməsi. Zəncir qaydası. Diferensialın invariantlıq xassəsi.
[1], səh.201-212
8
13 noyabr
Funksiyanın cəbri tərsinin törəməsi. Yüksək tərtibdən törəmə anlayışı.Qeyri-aşkar törəmə. Qeyri-aşkar törəmə alma metodu
[1],səh.193-199,214-221, 228-229
9
20 noyabr
Aralıq imtahanı.
10
27 noyabr
Artan və azalan funksiyalar. Artma və azalma intervalları.
Qabarıqlıq. Yuxarıya və aşağıya qabarıq funksiyalar. Funksiyaların əyilmə nöqtələri.
[1],səh.245-249
12
11 dekabr
Lokal maksimum və minimum. Birinci və ikinci tərtib törəmə vasitəsilə onların tədqiqi. Kritik nöqtələr. Kritik nöqtələrin klassifikasiyası.
[1],səh. 250-255
13
18 dekabr
Polinominal və rasional funksiyaların qrafiki. Funksiyanın şaquli və üfüqi asimptotları.
[1],səh.256-264
14
25 dekabr
Mütləq ekstremum. Funksiyanın maksimum və minimum qiymətlərinin tapılması.Ekstremum qiymət haqqında teorem. Maksimum və minimumun bəzi məsələlərə tətbiqi.
[1],səh.270-288
Final imtahanı.
Bu Tədris proqramı fənn
Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.