Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


- termoplastlar (termoplastik kütlələr)



Yüklə 190,69 Kb.
səhifə101/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   112
- termoplastlar (termoplastik kütlələr).

Reaktoplastlar normal temperaturda maye və ya bərk halda olur, lakin müəyyən temperatura qədər qızdırıl­­dıqda bərk hala keçir və temperaturun sonrakı dəyişməsindən asılı olayaraq öz vəziyyətini dəyişmir, yəni bərk halda qalır. Bu dönməyən proses olduğundan reaktoplastı yenidən plastik vəziyyətə qaytarmaq mümkün olmur.

Termoplastlar normal temperaturda bərk halda olur. Qızdırıldıqda isə yumşalır və bu halda onları istənilən formaya salmaq olur. Soyuduqdan sonra yenə də bərk hala keçirlər.

Təkrar qızdırıldıqda termoplastlar plastiklik xüsusiyyətini saxlayırlar, yəni, yenidən istifadə üçün yararlı olurlar.

Avtotəmir sənayesində hissələrin bərpasında daha geniş istifadə edilən reaktoplastlardan ED-16 və ED-20 epoksid qətranlarını göstərmək olar. Epoksid qətranları açıq – qəhvəyi rəngdə, özülü maye şəklində olurlar.

Hissələrin bərpası zamanı istifadə olunan termoplastlara misal olaraq polietilenləri, polipropilenləri, poliamidləri, ftoroplastları, viniplastları, polistirolları göstərmək olar.

Avtomobil hissələrinin bərpası zamanı istifadə olunan epoksid kompozisiyalarının tərkibinə epoksid qətranlarından əlavə bərkidicilər, plastifikatorlar və doldurucular daxil edilir.

Bərkidicilərdən epoksid qətranını dönməz – bərk hala gətirmək üçün istifadə edilir. Bərkidicilər soyuq və qaynar (isti) növlərə bölünürlər. Soyuq bərkidicilər kimi polietilenpoliamin (PEPA) və aminofenol (AF-2) istifadə edilir. Bu bərkidicilərdən istifadə etdikdə epoksid qətranı otaq temperaturunda bərk hala keçir. Lakin, prosesi sürətləndirmək üçün bərkidicini 60-700S qızdırmaq əlverişlidir.

Qaynar bərkidicilər kimi malein anhidridi işlədilir. Qaynar bərkidicilərlə epoksid qətranın bərkitmə prosesini 120-1600S temperaurda aparmaq məsəhət görülür.

Epoksid tərkibinin plastiklik xüsusiyyətini artırmaq üçün ona plastifikator əlavə edirlər. Daha çox istifadə olunan dibutilftolat mayesidir.

Epoksid tərkibinə tələb olunan mexaniki xüsusiyyətləri vermək üçün ona doldurucular əlavə edilir. Doldurucu kimi polad və çuqun ovuntularından (tozundan), alüminium pudrasından, həmçinin talk, asbest, qrafit, sement, qum, şüşə lifi və s. ovuntularından istifadə edilir.

Termoplastlar metalla yaxşı adgeziya xüsusiyyətinə, kifayət qədər yüksək mexaniki möhkəmliyə və yeyilmə davamlığına malikdir. Termoplastik kütlələr qırma şəklində sənaye tərəfindən istehsal olunur və sürüşmə sürtünməsi şəraitində işləyən hissələrin bərpasında istifadə edilir.

Termoplastlardan avtotəmir istehsalında istifadə olunan poliamid qətranlarıdır. Termoplastik kütlələrə daxil olan poliamid qətranına bərkliyi, yeyilməyə davamlığı və digər xüsusiyyətləri artırmaq üçün doldurucular kimi qrafit, talk, metal ovuntuları və s. daxil edilir.

Bu materiallardan, həmçinin, kuzovun armatur hissələrinin hazırlanmasında istifadə edilir.

Poliamid qətranı bərpa olunan hissənin səthinə müxtəlif tozlandırma üsullarından istifadə edilməklə: qaz-alovlu, yüksək tezlikli cərəyan və ya təzyiq altında tökmə üsulu ilə çəkilə bilər.

Polimer və plastik kütlələrin aşağıdakı nöqsan cəhətləri vardır: istilik keçiriciliyi və istiliyə davamlığı zəif olur, bərkliyi və yorulma möhkəmliyi kiçikdir, temperaturun dəyişməsindən və xidmət müdətindən asılı olaraq fiziki – mexaniki xassələri dəyişir.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin