Lak-rəng örtüklərinin qurudulma üsulları
Lak-rəng örtüklərinin çəkilməsinin vacib mərhələlərindən biri onların qurudulmasıdır. Rənglənmiş məmulatların qurudulması təbii halda 18-230S temperaturda, nisbi rütubət 70%-dən çox olmamaq şərtilə və süni halda 60-1750S temperaturda aparılır.
Təbii qurutma uzunmüddətli (2-48 saat) olur, yaxşı qızdırıla bilən və ventilyasiya qurğuları olan otaqlarda aparılır.
Sintetik emalla rənglənən obyektləri qurutmaq üçün süni qurutmadan istifadə olunur. Süni qurutma suya, yağa, buxara və qaza qarşı yüksək möhkəmliyi təmin edir. Proses fasiləsiz və az vaxt ərzində yerinə yetirilir.
Süni qurutma üsullarının konvensiya, termoradiasiya və induktiv növlərindən istifadə edilir.
Konvensiya üsulunda hissələrin rənglənmiş səthlərinin qurudulması sirkulyasiya edə bilən isti hava ilə aparılır. Konvensiya üsulu ilə qurutmanın mənfi cəhəti ondan ibarətdir ki, burada rəngin quruması örtük səthi tərəfdən (xaricdən) baş verir. Bu halda səthi təbəqədə əmələ gələn plyonka örtüyün alt təbəqələrinin qurumasını çətinləşdirir.
Qurutma prosesində əmələ gələn həlledicilərin buxarı örtüyün dağılmasına və onda məsamələrin əmələ gəlməsinə səbəb olur (şəkil 24.1 a)
Şəkil 24.1. Rənglənmiş hissələrin qurudulma üsulları: a) isti hava ilə qurutma; b) infraqırmızı şüa ilə qurutma; 1 – qabıq; 2 – qurumamış qat; 3 – məmulat; 4 – həlledicinin buxarları
Dostları ilə paylaş: |