Mühazirələr toplusu Giriş


OMC (Operations and Maintenance Center) alt sistemi



Yüklə 1,13 Mb.
səhifə15/19
tarix01.01.2022
ölçüsü1,13 Mb.
#103128
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
OMC (Operations and Maintenance Center) alt sistemi Bu alt sistem mobil stansiyanın texniki istismar avadanlığı kimi mobil rabitə sisteminin bütün avadanlığı ilə qarşılıqlı birləşməsi vardır, şəbəkənin idarə edilməsi və xidmət keyfiyyətinə nəzarət funksiyasını həyata keçirir. Avadanlığın tədbiqi ilə qəzaların nəticələri emal edilir və işçi

Şəkil 5.3 GSM standartlı mobil rabitə şəbəkəsinin avadanlığının tərkibi

heyətin sistemin işinə müdaxilə edilməsinə icazə verilir. Eyni vaxtda şəbəkənin vəziyyəti fasiləsiz olaraq nəzarətdə saxlanılır, birləşmələrə nəzarət edilir, sistem üzrə proqram təminatı yenilənir və bir çox digər işlər görülür. Şəkil 4.2 –də GSM mobil rabitə sisteminin arxitektur sxemi təsvir edilmişdir.

5.6 GSM RABİTƏ SİSTEMİNİN TEZLİK ZOLAĞI

GSM şəbəkələri Avropada fəaliyyət göstərən analoq NMT-900, TAGS, ETACS mobil rabitə sistemləri ilə paralel işləyir. GSM standartnda tədbiqinə icazə verilən ümumi tezlik zolağı tezlik kanalları arasında bölünmüşdür. Bu halda kanallararası tezlik zolağı 200 kilohers olub 124 tezlik kanalı yaratmağa imkan verir.Sistem tərkibində baza stansiyasından mobil stansiyaya və əksinə istiqamətlərdə təşkil edilən tezlik kanalları, cüt- cür qrup halına salınmaqla, dupleks kanalları təşkil edilir və bu tezlik zolaqları arasında 45 meqaherslik zolağı ayrılmışdır. Ümumiyyətlə ixtiyari şanda konkret sayda tezlik kanalları təşkil edilir və ixtiyari kanala nömrə verilir. 890-915 МГц tezlik zolağında kanalların aparıcı tezlikləri FI (п) kimi göstərili(n- kanalların sıra nömrəsidir). Bu şərt daxilində ayrı- ayrı tezlik kanalların tezlik zolağı aşağıdakı ifadə ilə hesablanır(1 < п < 124).

FI (п) = 890,2 + 0,2 (п-1), МГц: Fu (п) = FI (п) + 45, МГц;

GSM mobil rabitə sistemində TDMA kadrı tərkibində ixtiyari aparıcı tezliklə 8 fiziki kanal təşkil etmək mümkündür. Bu halda ixtiyari fiziki kanalla bir TDMA vaxt kadrı təşkil edilir. Fiziki kanalı təşkil edənə kimi rəqəmli məlumatlar və diskret verilənlər seli qruplaşdırılır və iki tip məntiqi kanal təşkil edilir:

1.Kodlanmış danışıq selinə xidmət edən kanallar(ТСН) ,

2.İdarə etmə və siqnallaşma sellərinə xidmət edən kanallar(ССН).

Bir fiziki kanalla müəyyən kombinasiya şərti ilə bir neçə məntiqi kanal yerləşdirilə bilər.



Şəkil 5.4 GSM rabitə sistemi üçün tezliklərin təşkili

5.7 GSM mobil rabitəsistemində modulyasiya prosesinin təşkili

GSM standartında spektral-minimal sürüşməli(GMSK) Haus tezlik monipulyasiyasa növündən istifadə edilir. Ona görə Haus sürüşməli monipulyasiya adlanır ki, modulyatora daxil edilən düzbucaqlı formalı simvollar ardıcıllığı Haus xarakteristikalı aşağı tezlik süzgəci ilə ayrılır və bu şüalandırılan radio siqnalın tezlik zolağınımn kifayət qədər darlaşdırılmasına imkan verir. Bu halda formalaşdırılan GMSK radiosiqnalı elə bir formada təşkil edilir ki, bir intervalda verilən aparıcı siqnalın informasiya bitinin fazası 90° yeri dəyişdirilir. Məhz Hauss modulyasiya növündə fazası ən az dəyişən.

.

Şəkil5.5 GSM mobil rabitə sistemi üçün Hauss süzgəcli

modulyatorun prinsipial sxemi

modulyasiya növü olduğundan bu tip siqnalı rabitə kanalında tez aşkarlamaq olur.

Sinusiodal siqnalın fazasının fasiləsiz olaraq dəyişməsi son nəticədə tezlik monupulyasiya prosesini yaradır. Aşağıdakı şəkildə GSM standartında modulyatorun prinsipial sxemi təsvir edilmişdir.Beləliklə, tezliyin diskret olaraq fasiləsiz dəyişməsi nəticəsində, Hauss xarakteristikalı süzgəcin tədbiqi “şəffaf keçidlər” yaradır. GSM standartında GMSK- modulyasiya tipinin tədbiqi, normalaşdırılmış tezlik zolağını ВТ = 0,3, kimi dəyişməyə imkan verir.Burada В - 3 дБ səviyyəli süzgəcin tezlik zolağını,T- kod sözündəki simvolun davam etmə müddətini göstərir.

5.8 GSM standartında fiziki radio kanalların təşkili

Xidməti FACCH və SACCH kanalları ilə birgə təşkil edilən kodlanmış danışıq selinə

xidmət edən kanalları (ТСН) təşkil etmək üçün 26 kadrlı multikadrlardan istifadə edilir.Aşağıdakı şəkildə birgə rabitə kanalları və idarə etmə kanallarının(SACCH) təşkilinin strukturası təsvir edilmişdir. Burada multikadrın ixtiyari 13 saylı TDMA kadrında SACCH xidməti kanal təşkl edilir və paket informasiya selinə xidmət göstərilir. TDMA multikadrının ixtiyari 26- c кадrы azaddır. İxtiyari TDMA kadrının ixtiyari fiziki kanalı ilə uzunluğu 114 биtlik informasiya verilir. Nəzərə alınsa ki, 26 kadrlı multikadrın 24 ilə səs tipli, ikisi ilə isə xidməti informasiya selinə xidmət göstərilir və ona görə də multikadrın davam etmə müddəti 120 мс olub, səs tipli informasiya selinə xidmət edən ТСН kanallarının veriliş sürəti 22,8 кбит/сdir. Xidməti SACCH kanalı tam veriliş sürətli 114 bitli uzunluqlu TDMA multikadrının tərkibində bir ədəd TDMA kadrlı SACCH xidməti kanal təşkil etdikdə bu kanalın veriliş sürəti 950 бит/с. olur. Azad kadr da nəzərə alınmaqla birləşmiş TCH/SACCH tam kanalının veriliş sürəti 22,8 + 0,950 +0,950 =24,7 кбит/с. olacaqdır. Şəkil.2.5 görünür ki, bir fiziki kanalda təşkil edilən 26 multikadrın davam etmə müddətində hərəsində 12 multikadr olan yarımveriliş sürətli iki ədəd ТСН səs tipli кanalı təşkil edilir. TDMA kadrının 26- cı azad kadrı SACCH xidməti kanal üçün nəzərdə tutulmuşdur. ТСН kanalı üçün veriliş



Şəkil 5.6 GSMmobil rabitə sistemi üçün əsas və xidməti kadrların təşkilinin qrafiki təsvir sxemi

sürəti 11,4 кбит/с olub, birləşmiş yarımverilış sürətli TCH/SACCH kanalının tam veriliş sürətini dəyişmir, yəni əvvəlki kimi 24,7 кбит/с qalır.ТСН adlı xidməti kanal ilə təşkil edilən yüksək veriliş sürətll idarəetmə FACCH informasiya daşıyan kanalı ilə informasiya simvollar ardıcıllığının ancaq yarısı verilir və bu məqsədlə idarəetmə (FACCH и SACCH kanallardan savayı) multikadrının 51 – ci kadrından istifadə edilir.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin