Mühazirələr toplusu Giriş


V I I FƏSİL. NÖQTƏ-NÖQTƏLƏR ÇOXLUQLU SİSTEMLƏRİ



Yüklə 1,13 Mb.
səhifə18/19
tarix01.01.2022
ölçüsü1,13 Mb.
#103128
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
V I I FƏSİL. NÖQTƏ-NÖQTƏLƏR ÇOXLUQLU SİSTEMLƏRİ

Kifayət qədər kiçik ölçülü yaşayış sahələrində yaşayan abunəçilərə naqilsiz rabitə xidmətlərini göstərmək üçün ” nöqtə-nöqtələr çoxluğu “ naqilsiz sistemləri istifadə edilir. İngilis dilində point-to-Multipoint ifadəsi nöqtə-nöqtələr çoxluğu deməkdir. Bu vəziyyət daha çox kənd ərazilərinə aiddir.

7.1IRT-2000 sistemi və onun funksiyaları

Nöqtə-nöqtələr çoxluğu sistemlərinin tipik nümunələrindən biri IRT-2000 (Inteqrated-Radio Telekommunikation)rabitə sistemi olub Lusent Technoloqıes firması tərəfindən istismara buraxılmışdır. IRT-2000 rəqəm sistemində TDM/TDMA/FDD texnologiyası istifadə edilir. Zamana görə ayrılmış kanalların birləşdirilməsi çoximkanlı qoşulma texnologiya deməkdir. Sistemdə tezlik kanalları dupleks rejimdə xidmət edilir.

Sistemin imkanı:

─ Danışıq növlü məlumatların ötürülməsi;

─Veriliş sürəti 1,2÷19,2Kbit/san. olan verilənlər selinin kanallarının birləşdirilməsi metodu əsasında veriliş sürəti 64Kbit/san. olan vahid kanalla ötürülməsi;

─ Asinxron veriliş üsulu ilə verilənlər selinin  sürəti ilə təşkili;

─ Genişzolaqlı şəbəkələr üçün 144 Kbit/san. sürəti ilə verilənlər selinin təşkili;

─ Teleqraf siqnallarının və faksimil məlumatlarının ötürülməsi;

─ATS ilə rabitə yaratmaq üçün birləşdirici xətt dəstələrinin təşkili.

IRT-2000 radio rabitə sisteminin tərkibinə mərkəzi, son, retranslasiya, baza və abunəçi radio stansiyaları daxildir. Bu sistemdə abunəçilər, stansiyadan xeyli uzaqda yerləşmiş abunəçilər ilə rabitə yaratmaq üçün naqilli xətt dəstələrindən və ya radio kanallardan istifadə edilir. Sonuncu halda DECT standartından istifadə edilir. İRT 2000 avadanlıqlı şəbəkənin struktur sxemi Şəkil 6.1 – də təsvir edilmişdir.

Məlumdur ki, IMT-2000 çərçivəsində CDMA texnologiyasına əsaslanan üç yeni variantın standart işlənmişdir;

-IMT-MC (IMT-2000 Multi Carrier). Eyni vaxtda bir neçə aparıcı tezliyə hesablanmış və

tək tezlik spektrində işləyən çoxtezlikli idma-2000 sistemli standart,

-IMT-DS (IMT-2000 Dırectspread). Cüt tezlik spetrlərində işləyən tezlik spektri birbaşa

genişləndirilən genişzolaqlı CDMA-2000 sistemli standart,

-IMT-TC (IMT-2000 Time-Code).Tək tezlik spektrlərində işləyən kombinə edilmiş

TDMA/CDMA standartı.

IMT-MC-nin avadanlığında siqnalın güclənməsinin idarə edilməsinin dəqiqliyi IS-95-ə

görə ölçü addımlarının daha kiçik götürülməsi nəticəsində (-0,25; 0,5; ,0dB) sistemi

Şəkil 7.1 İRT 2000 avadanlıqlı şəbəkənin struktur sxemi.

müxtəlif rejimlərdə işini təmin etməyə imkan verir. Digər tərəfdən burada siqnalın gücünün həm düzünə həm də əksinə tənzimlənməsi nəzərdə tutulmuşdur. IMT-DS və IMT-T standartlarına IMT-MC standartı ilə müqayisədə gücün ölçülməsinin sürətini 2 dəfə artırmağa icazə verilir, yəni ölçülən qiymətlər arasındakı intervalı 0,625 millisaniyəyə qədər azaltmaq olar.

IMT-DS standartı üçün gücün ölçülmə addımı arasında vaxt 0,25 dB olmaqla 0,25-1,5dB intervalında dəyişir, lakin IMT-TC standartında o sabit olub 2 dB-yə bərabərdir.

İRT 2000 sisteminin konfiqurasiyası, terminal və retranslyasiya stansiyalarının sayından asılıdr. Bu halda sistem çoxzonalı struktura malik olub şanvari şəbəkələrdə olduğu kimidir. IRT-2000 sistemində rabitə kanallarının sayı 1024, IRT-4500 sistemində isə 4096 kanala bərabərdir. Sistemin mərkəzi stansiyası ATS-in abunəçi komplektləri ilə analoq və ya rəqəm xətt traktı ilə birləşdirilir. Mərkəzi stansiya, terminal və retranslyasiya stansiyaları ilə rabitədə verici-qəbuledici komplektlərindəın istifadə edilir.

Sistemin verici hissəsinin texniki xarakteristikası:

• Vericinin çıxış gücü 0,1; 0,2; 1 VT

• İşçi tezlik spektri 1350-1517; 2300-2500; 2500-2700MQhs

• Radiokanallarla veriliş sürəti nx2,304 Bit/san. (n=1÷4)

• Radiokanalın tezlik spektrinin eni 2-4 MQs.

IRT-2000 sistemində aşağıdakı antenna tipindən istifadə edilir:

─ Dairəvi istiqamətli antenna

Sektor tipli antenna

─ Panel tipli istiqamətləndirilən antenna;

─ D=1-3M tipi parabolik antenna. Son naqilsiz pabitə sisteminin vəzifəsi ayrı-ayrı

abunəçi qruplarına xidmət üçün nəzərdə tutulmuşdur. Onların sayından asılı olaraq, rabitə sistemləri aşağıdakı kimi təsnifata malikdir:

─ Mikrostansiyaların sayı (ancaq abunəçilər üçün N=1÷8);

─ Naqillərlə, stansiyaya qoşula bilən mikro stansiyaların sayı (N≤8) ;

─ Standart stansiyalar (N≤128 abunəçi) stansiyalara naqillərlə qoşulur, xətlərin bir hissəsi və ya hamısı retranslyasiya üçün istifadə edilə bilər;

─ 128 abunəçiyə xidmət edə bilən DECT standartlı rabitə sistemləri baxılan halda 1880-1960 MQs tezlik diapazonu ayrılır. Digər naqilsiz rabitə sistemləri üçün elə mərkəzi stansiyası kimi eyni tezlik diapozonu işlənir.

─ Telefon aparatlari

Ayrılmış son rabitə sistemlərinin maksimal sayı 158 ədəd ola bilər. Abunəçi rabitə sistemlərində istifadə edilən aralıq retranslyasiyarından da rabitə sistemləri kimi istifadə etməklə, mərkəzi rabitə sisteminin təsir radiusunu maksimum 2000 km qədər artırmaq mümkündür. Baxılan halda, ÜITŞ-dən istifadə etməklə və ya icarəyə alınmış rabitə sistemlərinə məsafədən nəzarət həyata keçirtmək mümkündür. Şəbəkə tərəfindən ən çox 4 terminalı operatorlar tərəfindən nəzarətdə saxlamaq mümkündür. Nəzarət prosesi abunəçi xətləri ilə həyata keçirilir və xətdə yaranan trafikə nəzarət və normal işin təmin edilməsinə baxış təşkil edilir. Nəzarət və şəbəkənin idarə edilməsi üçün xüsusi şəbəkə meneceri istifadə edilir. Menecer operatorlara displeydə birbaşa şəbəkə haqqında təsəvvür əldə etmək və şəbəkəni idarə etməyə imkan verir.İstifadə edilən sistemdə şəbəkə meneceri daima stansiyanı, interfeyslərin tipini abunəçi xətlərinin təyinatını, görülən işləri nəzarətdə saxlamaqla yanaşı, abunəçinin statusunu müəyyən etməyə imkanı olur.



7.2 Radiointernet sistemi

Naqilsisz rabitə sistemləri içərisində abunəçilərin telefon və diskret veriliş şəbəkəsinə qoşula bilən ən geniş yayılmış Radio Ethernet sinfinə aid sistem WLL standartlı sistemlərdir. Onların vəzifəsi lokal hesablama mərkəzlərinə radiokanallarla qoşulmanı təmin etməkdir. Çoxsaylı uyğun gəlməyən WLL standartlı avadanlığın bir mərhələ kimi istifadəsi 1997-ci ildə başa çatmışdır.Belə ki, 1997- ci ildə IEEE 802.11 “Wireless Lan Medium Access Control (MAC) and Physısd Loyer (Piy) Speciticationas”adlı standartını qəbul etmişdir. Standartın vəzifəsi naqilsiz şəbəkələrdə nizam-intizam yaratmaq və müxtəlif avadanlıq istehsalçılarının birgə işini təşkil etməkdir. IEEE 802.11 standartı ISO beynəlxalq standartlaşdırma təşkilatına verilənlərin ötürülməsi komitəsi tərəfindən tövsiyyə edilmişdir. Həmin standartda naqilsiz şəbəkələrin iki tipik variantı nəzərdə tutulmuşdur. Stansiyalar müstəqil struktur sxeminə malik olduqca hər hansı bir infrastruktura tələb edilmədən onlar bir-biri ilə birbaşa rabitə yarada bilərlər. “Ad-hoc” adlanan şəbəkəli konfiqurasiya təşkil etmək çox sadədir, lakin onun xidməti ərazisi və imkanları çox məhdud olur . Təsvir edilən konfiqurasiyalı stansiya baza xidmət zonası BSS-i (Base Space Service) təşkil edir.Stansiyaların konfiqurasiyası genişləndirildikdə stansiyaların qoşulma nöqtəsi əsasında bir- biri ilə stansiyalararası rabitə yaradılır. Bunlar ya müstəqil işləyir ya da kabellərlə birləşdirilir. Qoşulma nöqtələri baza stansıyasına (BSS) xidmət edir. Baza satnasiyalar çoxluğu genişləndirilmiş xidmət zonası ESS-i (Extended Space Service) əmələ gətirir. Bu halda IEEE 802.11 standartı qoşulma (birləşmə) nöqtəsindəki stansiyalararası radio kanalların birləşməsini təşkil edən radiointerfeysi təsvir edir. Qoşulma nöqtəsində birləşmə üçün mövcud kabel şəbəkəsinin seqmenti və ya radiogərginliklərdən istifadə edilir.Naqilli şəbəkələrdə olduğu kimi IEEE 802.11 standartı vahid ötürücü mühit protokolunu təyin edir və bu protokol Carries Sence Multiple Access Coclision Avoidance (CSMA (CA) adlanır. Naqilsiz qovşaqların birgə işi, Ready to Send (RTS) adlanan qısa mesajların göndərişləri ilə ilkin olaraq minimallaşdırılır. RTS digər qovşaqları ilkin göndərilən veriliş və ünvan məlumatlarının davametmə vaxtı haqqında məlumat göndərir. Bu iş digər qovşaqlarla, elan olunan məlumatın göndərilmə vaxtına bərabər vaxt qədər gecikdirməyə imkan verir və qəbuledici stansiya RTS-ə Clear to Send (CTS) çağırış siqnalı ilə cavabı çatdırılır. Bu halda ötürücü qovşağa imkan verilir ki, fiziki mühitin azad olub olmaması yoxlanılsın və qəbuledci qovşağın siqnallarının qəbuluna hazırlığı yoxlanılsın. Qəbuledici qovşaq verilən siqnal paketini alan kimi məlumatın səhvsizliyi faktını təsdiq etməlidir. Radiosistemdə bu məsələ təsdiqini tapmazsa onda paketlərin radiokanallarla ötürülməsi prosesi təkrar olunacaqdır. Standart tərəfindən nəzərdə tutulan verilənlər selinin spesifikasiyası imkan verir ki, verilən informasiya selləri bloklara və ya paketlərə bölünsün. Hər bir blok və ya paket nəzarətçi və ünvan informasiya sahəsi ilə təmin edilir. Həmin informasiyanın uzunluğu 30 baytdır. Bundan sonra uzunluğu 2048 bayt və sonra 4 baytlıq xidmət sahə CRS,(Cyelıe Redundancy Code) ilə başa çatır. FHSS (Frequeucy Hoppinq Spread Spectrum) adlı standart əsasında fiziki kanallar üçün 400 baytlıq paket DSSS (Dirat Sequence Spread Spectrum) adlı fiziki kanal üçün isə 1500 və ya 2048 baytlıq paketlər tövsiyyə edilir. Adı çəkilən standartda informasiyanın təhlükəsizliyi-autentifikasiyası və avtorizasiyası nəzərdə tutulmuşdur. Bunu etməklə məqsəd qovşağın şəbəkəyə aid olub olmaması, həmçinin informasiyanın məxfiliyi üçün onun şifrələnməsi prosesi aparılır.

Radio Ethernetin xarakterik xüsusiyyəti onun Rouminq rejimində işləməsidir. Bu qovşağa qoşulan avadanlıqlar arasında hərəkət etməyə imkan verir. Cari nöqtədə siqnalın səviyyəsi azaldıqda, kompüter digər qovşaqdan daha güclü siqnalın axtarışına keçir. IEEE 802.11 standartında fiziki səviyyədə iki radio kanal tipi və bir ədəd infraqırmızı diapazonlu kanala malikdir.İstifadə edilən radiokanalda iki tip tezlik spektrinin genişləndirilməsi teznologiyası tədbiq edilir. Bu halda siqnalın gücünün sıxlıq spektrinin orta qiymətinin azalmasına səbəb olur, çünki siqnalın enerjisi daha geniş tezlik spektrində paylanır. Bu tezlik spektri siqnalın veriliş sürətindən daha geniş olur. Nəticədə həmin tezlik zolağında (diapazonunda) digər istifadəçilər tərəfindən kanallarda yaranan maneələrin səviyyəsini azaltmağa imkan verməklə yanaşı. yüksək maneədayanıqlığı təmin edir. Radiotezliklərin diapazonu 2,4-2,4835 Qıqahers olub sənayedə, elmi səviyyədə lisenziyalar istifadə etmək üçün nəzərdə tutulmuşdur. Bu halda şüalanmanın gücü milli qanunvericiliyə əsasən ABŞ-da və Kanadada 100 MVT, Avropada isə 50 MVT qəbul edilmişdir.




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin