Mühazirələr toplusu Giriş


V FƏSİL. G S M rabitə sistemi



Yüklə 1,13 Mb.
səhifə9/19
tarix01.01.2022
ölçüsü1,13 Mb.
#103128
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
V FƏSİL. G S M rabitə sistemi

5.1 G S M rabitə sisteminin xarakteristikası

G S M naqilsiz rabitə sistemində aşağıdakı xidmətlər nəzərdə tutulmuşdur.

•Səs tipli informasiya selinin verilişi,

•Verilənlər selinə xidmət (EDGE texnolologiyası əsasında veriliş sürəti 384Kbit/san olmaqla),

•SMS qısa mesajların verilişi,

• Səs poçtu

Əlavə (məcburi deyildir) xidmətlər.

•çağıran abunəçinin telefon nömrəsinin təyini,

•çağırışın çərtsiz və şərtli digər nömrəyə yönəldilməsi,

•Çağırışın saxlanılması və gözləməsi,

•konfrans rabitə (3 və daha çox hərəkətli radio stansiya arasında rabitə)

• müəyyən istifadəçilərə göstərilən xidmətlərə qadağa qoyulması( beynəlxalq zənglər, rouminqli zənglər və s.)

• Giriş rabitəsinə qadağanın tədbiqi.

GSM rabitəsində, məhz bu imkanların olması nəticəsində. o mobil rabitə bazarında güclü mövqeyə malikdir.

5.3 G S M mobil rabitə texnologiyasının üstünlükləri

* Analoq standartları ilə müqayisədə ( NMT450, A M P S-800) telefon aparatlarının

həndəsi ölçülərinin kiçik olması, böyük iş müddəti və uzun müddətli qidalanma şəraitinəmaliki olmasıdır. Bu nailiyyətlər, əsas etibarı ilə, telefon aparatından daxil olan siqnalın səviyyəsini nəzarətdə saxlayan baza stansiyasının hesabına əldə edilir. Siqnalın səviyyəsi yüksək olan hallarda sanvari telefonlara avtomatik üsulla komanda verilir ki, ondan şüalandırılan siqnalın səviyyəsi azaldılsın.

Digər üstünlüklər

• Baza stansiyalarının xidməti ərazilərində kifayət qədər sıx yerləşdirilməsində rabitə verilişi keyfiyyətinin yüksək olması ,

• Şəbəkənin böyük tutumlu olması və eyni vaxtda birləşmələrin sayının çoxalması,

• Uyğun tezlik diapazonunda, sənaye maneələrinin səviyyəsinin az olması,

• Analoq sistemləri ilə müqaisədə, kənar qulaq asmalardan və məxvi istifadə etmələrdən, şifrələmə alqoritmləri tətbiq etməklə, mühafizənın yüksək olunması,

• Danışıq selinin yüksək səviyyədə kodlanması. Bu kodlama üsulu EFR adlanır və texnologiyanın sahibi Nokia firmasıdır. Sonralar bu standartlar kimi edilmişdir.

GCM rabitə sisteminin xüsusi ilə Avropa ölkələrində geniş yayılması diqqəti cəlb edir. Bu gun rəsmi olaraq dünyanın 228 operatoru GSM standartından istifadə edir və 110 ölkədə GSM standartlı operator Assosiasiyası tərəfindən qəbul edilmişdir.

• Rouminq imkanı. Bu o deməkdir ki, GSM şəbəkə istifadəçilərindən hər biri nəinki öz şəbəkəsinə məxsus telefon nömrəsi ilə rabitə saxlaya bilir, özünə məxsus abunəçi nömrəsini saxlamaqla yanaşı, bir xidməti ərazidən digər şəbəkənin xidməti ərazisinə keçməklə, çox böyük ərazilər üzrə hərəkət edə bilər. Şəbəkədən şəbəkəyə keçid prosesi avtomatik üsulla həyata keçirilir və bu halda GSM operatorunun əvvəlcədən xəbər etməsinə ehtiyac qalmır(Bəzi operatorların şəbəkələrində daxili abunəçilərinə rouminq təklif etməsinə məhdudiyyət qoyula bilər). Bu barədə GSM operatoruna birbaşa müraciət etməklə ətraflı məlumat almaq olar.

5.4 G S M rabitə sisteminin texniki xarakteristikaları

GSM-900 GSM-1800

MS üzrə veriliş və BS üzrə

qəbul tezlikləri, MHs 890-915 1710-1785

MS üzrə qəbul və BTS üzrə

veriliş tezlikləri, MHs 935-960 1805-1880

Qəbul və veriliş üzrə dupleks tezlik zolağı, MHs 45 95

200 kHs-lik zolaqlı rabitə

Kanallarının sayı, 124 374

890-915 MHs tezlik diapazonunda təşkil edilən rəqəmli rabitə texnologiyasında (telefondan baza stansiyasına doğru) və 935-960 MHs tezlik diapazonunda (baza stansiyasından telefona doğru) real kanalların sayı bu cədvəldə verilən kanalların sayından çox olur, çünki, TDMA texnologiyası əsasında zamana görə ayrılmış impuls kanalları bazasında eyni tezlik zolağından bir neçə istifadəçi istifadə edə bilər.

GSM-900 rabitə sistemində, bəzi ölkələrdə tezlik diapazonu 880-915 MHs (MS -> BTS-ya) və 925-960 MHs (MS <- BTS) qədər genişləndirilmişdir. Bunun nəticəsində rabitə kanallarının maksimal sayı 50-yə qədər artırılmışdır. GSM rabitə sisteminin bu formada yeni variantı E-GSM (extended GSM) adlandırılmışdır.

GSM sistemində bir kanalın buraxma zolağı 200 kilohersdir.Digər rabitə sistemlərinin tezlik zolaqları ilə üst- üstə düşüb interfrensiya yaratmasın deyə birinci kanaldan heç vaxt istifadə edilimir. Beləliklə yalnız 124 radiokanaldan istifadə edilir. Şəkil GSM rabitə sisteminində tezliklərin təşkil sxemi təsvir edilmişdir.



Şəkil 5.1 GSM standartlı mobil rabitə sisteminin tezlik zolağının təşkilİ sxemi

5.6 GSM-1800 standartlı mobil rabitə sisteminin xarakteristkası

GSM-1800 standartı mobil rabitə sistemi GSM-900 mobil rabitə sisteminin təkmilləşdirilmiş variantı olub, 1710-1880 Mqhs tezlik diapazonunda işləyir.• GSM-1800 standartına məxsus mobil telefonların maksimal şüalandırma gücü 1 vatt olub, GSM-900 standartı(güc2 vatdır) ilə müqayisədə, 1 vatt azdır. Əlavə qidalanma almadan fasiləsiz iş müddəti yüksək və radio dalğalarının şüalanma selinin səviyyəsi isə xeyli aşağıdır.

GSM-1800 və GSM-900 standartlı mobil telefon aparatlarının eyni vaxtda tədbiqi belə

GSM-900 standartlımobil rabitə şəbəkəsinin fəaliyyətini dayandırmır,lakin həmin aparat GSM-1800 standartlı şəbəkənin təsir dairəsinə daxil olduqda əl və ya avtomatik üsulla bu proses həyata keçirilir.Nəticədə tezlik spektrindən daha səmərəli istifadə edilir, istifadəçilər isə aşağı tarif hesabına qənaət əldə etmiş olur. Hər iki şəbəkədə eyni nömrədən istifadə edilir, lakin bununla bərabər aparatın iki şəbəkədə eyni vaxtda istifadə edilməsi yalnız o halda mümkündür ki, hər iki şəbəkə eyni telekommunikasiya kompaniyasına məxsus olsun və ya müxtəlif tezlik diapazonunda işləyən kompaniyalar arasında rouminq barədə qarşılıqlı müqavilə bağlanmış olsun.

GSM-900-1800 standartlı mobil rabitə şəbəkəsi, bu ümumi vahid strukturlu, məntiqli və monitorinqli şəbəkədir. GSM-900-1800 standartlı sistemdə şüalanma tezliyi çox olduqca, maneəli şəraitdə əksolunma və maneələri dəf etmə qabiliyyəti azalır, radio dalğalarının təsir zonası isə kifayət qədər artır.GSM standartlı telefonların təsir zonası siqnalın gecikməsi nəticəsində (Timing advance) 35 km-lə məhdudlanır. Lakin, “extended cell” rejimindən istifadə etdikdə təsir zonası 75 km-ə qədər artır. Bu təsir məsafəsi yalnız dənizdə, səhrada və dağ yerlərində praktiki olaraq mümkündür. GSM-850/1900 MHs standartlı mobil rabitə sistemi ABŞ-da, Kanadada, ayrı-ayrı Latın Amerikası və Afrika ölkələrində tədbiq edilir.

5.5 GSM standartlı mobil rabitə sisteminin strukturu

GSM standartlı mobil rabitə sistemi 2 əsas alt sistemdən ibarətdir(şəkil 5.1)

Bunlardan hər biri bir çox funksional qovşaqlardan ibarət olub, mobil radiorabitə sisteminin elemetləri hesab edilir.Sistemin alt sistemlərinin tərkibi aşağıdakı kimidir:

• Alt kommutasiya sistemi (NSS – Network Switching Subsystem),

• Baza stansiyalar alt sistemi (BSS – Base Station System),

• OMC (Operations and Maintenance Center)texniki istismar və xidmət alt sistemi.

Şəkil5.2 GCM sistemli mobil sistemli şanvari modelli şəbəkənin struktur sxemi




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin